Məhkəmə qərarları › İş №e-2(046)-73/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-73/2025

07.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-73/2025 07.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Göyçay rayonu Kürd kəndində Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsində tikdiyi qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia tələbindən imtina etdiyini və bu əsasla da iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında etibarnamə üzrə nümayəndə X2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbindən imtina edilməsi ilə bağlı ərizəyə heç bir etirazlarının olmadıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə hazır ki iş üzrə icraata xitam verilməsi barədə ərizəsini iddiadan imtina kimi qəbul edilməli, iddiadan imtina qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüququqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı, iş üzrə icraata xitam verilməlidır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268- ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiadan imtinası qəbul olunsun. İş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət olunmasına yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar