Məhkəmə qərarları › İş №e-2(046)-730/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-730/2024

23.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-730/2024 23.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 901.40 manat borcun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı ASC-nin iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Azərsu ASC-nin nümayəndəsinin vəsatətinə əsasən geri qaytarılmışdır. Həmçinin İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin hesabına qaytarılmışdır. Hazırki iddia tələbində iddiaçı tərəfindən ərizə əlavə edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbz İddiaçı ASC-nin cavabdeh X1 qarşı qaldırılmış tələb üzrə ödəbilmiş dövlət rüsumunun qəbzidir. Göründüyü kimi İddiaçı ASC qanunla müəyyənləşdirilmiş qaydada dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qanunla müəyyən edilmiş qaydada və məğbəğdə dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC-yə qanunla müəyyən edilmiş qaydada və məğbəğdə dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar