Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-837/2023 01.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 29.082,29 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən "xxxx" ASC-nin iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən AsanPay vasitəsilə ödənilmiş xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzinə əsasən dövlət rüsumunu Göyçay Rayon Məhkəməsinin hesabına ödəməli olduğu halda Yevlax Rayon Məhkəməsinin hesabına ödəmişdir. “X1” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi hesablanmaqla dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-837/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-837/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver