Məhkəmə qərarları › İş №e-2(046)-87/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-87/2024

23.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-87/2024 23.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı “Qaz İxrac” idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “Qaz İxrac” idarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində keçən magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmaqda olan mişar daşından hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək, 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Qaz İxrac» İdarəsinin nümayəndəsi X1 tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində keçən magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmaqda olan mişar daşından hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək, 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Qaz İxrac» İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Çayarxı kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, kəndin ərazisindən keçən yeraltı 1020 mm-lik “Qazıməmməd-Qazax” magistral yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında mişar daşından hasar inşa olunur. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: kənd təsərrüfatlı torpaq sahələrindən keçən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 mkeçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qadağandır. Cavabdeh tərəfindən inşa olunmaqda olan tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasənmagistral qaz kəmərləri (QPS-lər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli **********01 reyestr nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Çayarxı kəndi yerləşən 1.3777 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və faktki istifadə etdiyini bildirdiyi, bir hissəsi mişar daşı ilə əhatələnmiş 5.17 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli **********01 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 1. 3777 ha torpaq sahəsi ilə üst-üstə düşmür. (sxemdə göstərilmişdir). Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli **********01 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.3777 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən “1020 mm-lik Qazıməmməd-Qaza İİ xətt” magistral qaz kəmərinin mühafizə zonasında yerləşmir.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.08 2021- ci il tarixli **********00 reyestr nömrəli çıxarışla Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 4.53 ha torpaq sahəsinin üzərindən (şimal hissəsindən, sxemdə göstərilmişdir) “1020 mm-lik Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəməri keçir və 4 53 ha torpaq sahəsinin bir hissəsi “1020 mm-lik Qazıməmməd-Qazax İİ xətt” magistral caz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3494 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçının naturada göstərdiyi və faktki istifadə etdiyini bildirdiyi, bir hissəsi mişar daşı ilə əhatələnmiş 5.17 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli **********01 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.3777 ha torpaq sahəsi ilə üst-üstə düşmür. (sxemdə göstərilmişdir).Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli **********01 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.3777 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən “1020 mm-lik Qazıməmməd-Qaza İİ xətt” magistral qaz kəmərinin mühafizə zonasında yerləşmir.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.08 2021- ci il tarixli **********00 reyestr nömrəli çıxarışla Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 4.53 ha torpaq sahəsinin üzərindən (şimal hissəsindən, sxemdə göstərilmişdir) “1020 mm-lik Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəməri keçir və 4 53 ha torpaq sahəsinin bir hissəsi “1020 mm-lik Qazıməmməd-Qazax İİ xətt” magistral caz kəmərinin mühafizə zonasında yerləşir.Aparılmış təqdiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinə əsasən ekspertizası təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının naturada göstərdiyi və faktki istifadə etdiyini bildirdiyi, bir hissəsi mişar daşı ilə əhatələnmiş 5.17 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli **********01 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.3777 ha torpaq sahəsi ilə üst-üstə düşmür. (sxemdə göstərilmişdir).Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021- ci il tarixli **********01 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.3777 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən “1020 mm-lik Qazıməmməd-Qaza İİ xətt” magistral qaz kəmərinin mühafizə zonasında yerləşmir.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.08 2021- ci il tarixli **********00 reyestr nömrəli çıxarışla Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış Göyçay rayonu Çayarxı kəndində yerləşən 4.53 ha torpaq sahəsinin üzərindən (şimal hissəsindən, sxemdə göstərilmişdir) “1020 mm-lik Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəməri keçir və 4 53 ha torpaq sahəsinin bir hissəsi “1020 mm-lik Qazıməmməd-Qazax İİ xətt” magistral caz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə hesab edir ki,Cavabdeh tərəfindən inşa edilmiş mişar daşından hasar onun xüsusi mülkiyyətində inşa edildiyindən iddiaçı tərəfindən qeyd edilən hasarın cavabdehin hesabına sökülməsini tələb etməsi, cavabdehin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat iddiaçıya aid edilməli, 100 manat ekspertiza xərci iddiaçıdan alınaraq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində keçən magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmaqda olan mişar daşından hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək, 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 100 manat pulun cavabdehlərdən tutulması barədə tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində keçən magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmaqda olan mişar daşından hasarın cavabdehin öz vəsaiti hesabına sökülərək, 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 100 manat pulun cavabdehdən tutulması barədə tələbi rədd edilsin. İş üzrə ekspertiza xərci olan 100 manat iddiaçı “Qaz İxrac” İdarəsindən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE**********0002088501 nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar