Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-908/2023 17.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Firudin oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC -nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSCnin xeyrinə 40008276 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 479 manat 99 qəpik borcun və 30 manat dövlət rüsumunun, 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdəərizə bu Məcəllənnin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyə qaydalarına əsasən verilir. E-Məhkəmə çıxarışından görünür ki, cavabdeh kimi qeyd edilmiş Cavabdeh (FİN – xxxxxxx) Hacıqabul rayonu Padar qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarır. Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə Cavabdeh (FİN – xxxxxxx) Hacıqabul rayonu Padar qəsəbəsində qeydiyyatda olduğundan Göyçay Rayon Məhkəməsində baxılmalı olmadığından,ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalı,iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC -nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki,ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-908/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-908/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver