Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-94/2023 03.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat pulun və 30 manat dövlət rüsumunun iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 iddianə müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 02/00023833 nömrəli operativ lizinq müqaviləsinə əsasən Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02/00023833 nömrəli müqaviləyə əsasən 1500,00 (bir min beş yüz) manat öhdəlikdən 500,00 (beş yüz) manat ödəniş edilmiş, 1000,00 (bir min) manat borc qalmışdır. Cavabdeh Cəmiyyətə hazırda 1000,00 (bir min) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. . Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq müqaviləsi bağlayaraq kombayn istifadəsinə verilmişdir. Kombayndan istifadəyə görə cəmiyyətə 1500 manat pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Kombayn istifadəsində olduğu müddəti ərzindən ondan asılı olmayan səbəblərdən kombayn xarab olmuş, biçin edə bilməmişdir. 1500 manat puldan 500 manatını cəmiyyətə qaytarmış, 1000 manat borcu qalmışdır. Maddi imkanı olmadığından, borcunu qaytara bilməmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın cavabdehə lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh kombayndan istifadəyə görə 1500 manat pulun İddiaçı ASC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə təqdim edilmiş xx.xx.2019-cu il tarixli aktın surtindən görünür ki, Niva Effekt SK-5ME-1 markalı kombaynın mühərriki sıradan çıxmışdır. Akt Aqrolizinq ASC-nin Yevlax RN-in Göyçay rayon Bölməsinin rəhbəri, Aqrolizinq ASC-nin Yevlax RN-in Göyçay rayon Bölməsinin mühəndisi və Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC şirkətindən lizinq müqaviləsinə əsasən Niva Effekt SK-5ME-1 markalı kombaynı lizinqə götürmüş, kombaynan istifadəyə görə İddiaçı ASC-yə 1500 manat pul ödəyəcəyini öhdəsinə götürmüş, İddiaçı ASC-yə 500 manat lizinq haqqı ödəmiş, 1000 manat borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ASC şirkəti 1000 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat və ödənilmiş 30 manat mediasiya xərci alınaraq İddiaçı ASC-nə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASCnə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-94/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-94/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver