Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-980/2022 28.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Xalq Sığorta ASC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Xalq Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 140 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzili xx.xx.2016-cı ildən xx.xx.2038-ci ilədək "xxxx" ASC-də əmlak sığorta növündə sığortalamışdır. Sığortalıya RRM100116417 nömrəli əmlak sığortası şəhadətnaməsi verilmişdir. 2019-cu il mayın 28də Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 4 saylı mənzildən "xxxx" ASC-də sığortalanmış Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir. Bakı şəhəri, Xətai rayonu, 6 saylı MKİS-in 10 iyun 2019-cu il tarixli aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə su axması faktı öz təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 0786/19 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində sığortalı mənzilə 140 manat məbləğində zərər dəymişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz: İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2019-cu il mayın 28-də ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 4 saylı mənzildən "xxxx" ASC-də sığortalanmış Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə su axması nəticəsində 140 maddi ziyan dəymişdir. Bildirir ki, ona məxsus mənzil binanın 4-cü mərtəbəsində, ziyan dəymiş mənzil isə binanın 1-ci mərtəbəsində yerləşir. Bundan başqa sözügedən hadisə ilə bağlı ona məxsus mənzilə baxış keçirilməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Xalq Sığorta ASC etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı ıil tarixli Əmlak Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzili xx.xx.2016-cı ildən xx.xx.2038-ci ilədək "xxxx" ASC-də əmlak sığorta növündə sığortalamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 6 saylı MKİS-nin mühəndisi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 11 saylı evin, 4-cü mənzilində su sayğacanın sıradan çıxması nəticəsində 1-ci mənzilə su axaraq ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli baş vermiş hadisə yerində əmlaka dəymiş zərərlə bağlı baxış aktından görünür ki, Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə həmin binanın 2-ci mərtəbəsində yerləşən su sayğacından su sızmışdır. Nəticədə həmin mənzilin mətbəxinin tavanına və divanına ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş Azərsu ASC-nın Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 11 saylı evin, 4-cü mənzilinin giriş su xəttinin üzərindəki su sayğacından sonra mətbəxdə yerləşən su xəttində sızma meydana gəlmişdir. Mətbəxtə toplanmış sular aşağı mərtəbədəki 1 saylı mənzilə axmışdır. Məhkəməyə təqdim edilmiş Best Service Baku MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, Nümayəndə2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzil cəmi 140 manat ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş Sığorta Aktının surətindən görünür ki, Nümayəndə2 140 manat sığorta ödənişi ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Xalq Sığorta ASC sığortalı Nümayəndə2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 1 saylı mənzilə Cavabdeh təqsirli hərəkətləri nəticəsində 140 manat ziyan vurulduğunu iddia edir, Cavabdeh həmin məbləği geri tələb edir. Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki,Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, 4 saylı mənzildən su sayğacından su sızmasına görə həmin mənzilə baxış keçirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin sayğacın mənzildən çöldə yerləşməsi, cavabdehə məxsus mənzilə baxış keçirilməməsi, İddiaçı Xalq Sığorta ASC-də sığortalanmış Nümayəndə2 məxsus mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində ziyan dəyməsini inkar edir. Məhkəmə baxışı zamanı Cavabdeh 140 manat ziyanın alınaraq İddiaçı Xalq Sığorta ASC-yə ödənilməsinə dair heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Xalq Sığorta ASC-nin Cavabdeh 140 manat pulun tutulması barədə tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Xalq Sığorta ASC-nin Cavabdeh 140 manat pulun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-980/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-980/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver