Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-989/2023 03.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i sadələşdirilmiş icraat qaydasında ərizə ilə Göyçay Рayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1100 manat məbləğində vurulmuş zərər və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1131 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Рayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Vaz 2106” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyunun 16-da Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “Vaz 2106” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində “Mercedes Benz C200” markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sabunçu DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1 -ci маддяси иля nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddəсi ilə Sabunçu DYPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 5034 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C200” markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobilə 1100 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1100 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. “Vaz 2106” markalı, **-BT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs Cavabdeh1 olduğundan və Cavabdeh2 tərəfindən “Vaz 2106” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2 həm də Cavabdeh1 qarşı yaranır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişляр. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş “Auto Box” avtomobil servisinin xx.xx.2021-cı il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Mercedes Benz C200” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği cəmi 1100 manat təşkil edir. İşə əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC-i ilə sığortalı “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş PXA89397 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnamə olmadan idarə edərkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz C200” markalı, **- BZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq, “Mercedes Benz C200” markalı, **- BZ-*** qeydiyyat nişanlı avtomobilə 1100 manat məbləğində maddi ziyan vurmuşdur. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. İşə əlavə edilmiş Sabunçu DYPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1 -ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2n dəymiş zərərin əvəzi olaraq 1100 manat pulun ödənilməsi tələb olunmuş və əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi,tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin ,dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq,sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən sübroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla,sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı ,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, yüksək təhlükə mənbəyi olan “ Xalq Sığorta" ASC-i tərəfindən xx.xx.2021-ci il tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnamə olmadan xx.xx.2021-ci il tarixdə idarə edərək yol hərəkəti qaydalarını pozması nəticəsində sığorta hadisəsi baş vermiş və “Mercedes Benz C200” markalı **-BZ-*** avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Cavabdeh2 əməli törətməkdə Azərbaycan Respublikası İXM-in 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə olunmuşdur. Hadisə zamanı “Mercedes Benz C200” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan sığortaçı "xxxx" ASC-i tərəfindən hesablanmış və 1100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran şəxs Cavabdeh2 qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində iddiaçı "xxxx" ASC-nə keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki,zərərvuran Cavabdeh2 törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya,hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini,yəni iddia tələbinin predmeti olan 1100 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Bu isə o deməkdir ki, hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh2dur. Buna baxmayaraq iddiaçı "xxxx" ASC-i iddia tələbini həmçinin digər Cavabdeh1 qarşı da irəli sürmüşdür. Halbuki iş üzrə tədqiq edilmiş sübutlardan digər Cavabdeh1 Cavabdeh2 ilə nə birgə (solitar), nədə ki, əlavə (subsidiar) məsuliyyətinin olması müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alıb,məhkəmə hesab edir ki,ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərər vuran Cavabdeh2 üzərinə qoyulmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə təmin edilməlidir. Digər Cavabdeh1 qarşı yönəldilmiş tələb məhkəmə hesab edir ki, təmin olunmamalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 «Mercedes Benz C200» markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1100 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-nə verilməli, iddia tələbi Cavabdeh1 qarşı olan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 «Mercedes Benz C200» markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1100 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx"ASC-nə verilsin. Cavabdeh1 qarşı olan iddia təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh2 aid edilsin. Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-989/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-989/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver