Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-154/2024 05.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X1 Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın şəhər üzrə nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2023-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X1 nümayəndəsi iddia ərizəsini onun saslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış “Opel Zafira” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020 tarixində Sumqayıt şəhəri, C.Cabbarlı, N.Nərimanov küçələrinin kəsişməsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin əmlakına maddi ziyan dəymişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən 4752 manat məbləğində sığorta ödənişi məbləği zərərçəkmiş şəxs X2 ödənilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən avtomobili idarə etmək hüququnun olmadığı da qeyd olunmuşdur. Belə ki, Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 4752 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 67 manat dövlət rüsumu olmaqla, cəmi 4819 manat pulun “İcbari Sığorta Bürosu” X1 xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktından, Sumqayıt şəhər DYPŞ tərəfindən verilmiş arayışdan və xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" sığorta şirkəti ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi “Opel Zafira” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, C.Cabbarlı, N.Nərimanov küçələrinin kəsişməsində «Hundai-İX35» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 4752 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X3 tərəfindən müəyyən edilmiş 350 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bundan əlavə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X3 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" sığorta şirkəti ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi “Opel Zafira” markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, C.Cabbarlı, N.Nərimanov küçələrinin kəsişməsində «Hundai-İX35» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və bundan sonra cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də Sumqayıt şəhəri, DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Nəticədə «Hundai-İX35» markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 350 manat müəyyən edilmiş, həmin məbləğ “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq olaraq “İcbari Sığorta Bürosu” X3 tərəfindən zərər çəkənə ödənilmiş, lakin qeyd edilən məbləğ iddiaçı tərəfindən Cavabdeh tələb edilsə də o, həmin məbləği indiyənədək sığorta bürosuna ödəməmişdir. Cavabdeh sığorta bürosuna hal-hazırda cəmi 4752 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı “İcbari Sığorta Bürosu” X3 məcbur qalıb Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının tələb etdiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 4752 manat sığorta ödənişi və 67 manat dövlət rüsumu olmaqla, cəmi 4819 manat pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X1 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4752 manat sığorta ödənişi məbləği və 67 manat dövlət rüsumu olmaqla, cəmi 4819 (dörd min səkkiz yüz on doqquz) manat pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-154/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-154/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver