Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-195/2025 26.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Güləbird kənd icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan 5 ədəd mobil telefon, 1 ədəd qol saatı, 1 ədəd adapter, 1 ədəd vinil və 1 ədəd qulaqlıq almış, nəticədə 1528,75 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 2122,92 manat olan 1 ədəd mobil telefon və 1 ədəd adapter üçün ümumilikdə 501,61 manat olmaqla ondan 367,70 manat ödənilməmiş hissə, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu, həmçinin 110,31 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1000,08 manat olan 1 ədəd mobil telefon və 1 ədəd vinil üçün ümumilikdə 388,83 manat olmaqla ondan 299,10 manat ödənilməmiş hissə, həmçinin 89,73 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 543,82 manat olan 1 ədəd mobil telefon üçün ümumilikdə 254,93 manat olmaqla ondan 196,10 manat ödənilməmiş hissə, həmçinin 58,83 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 593,04 manat olan 1 ədəd mobil telefon və 1 ədəd qol saatı üçün ümumilikdə 247,33 manat olmaqla ondan 172,10 manat ödənilməmiş hissə, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu, həmçinin 51,63 manat cərimə və xx.xx.2023-cü il tarixli digər müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1208,88 manat olan 1 ədəd mobil telefon və 1 ədəd qulaqlıq üçün ümumilikdə 136,05 manat olmaqla ondan 86,50 manat ödənilməmiş hissə, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu, həmçinin 25,95 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində qızıl zəmanət ultra 2 il xidmətindən imtina etmiş və məhsul 160 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 962,38 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 160 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ, 3420,96 manat təşkil edir. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. Odur ki, 5 ədəd mobil telefon, 1 ədəd qol saatı, 1 ədəd adapter, 1 ədəd vinil və 1 ədəd qulaqlıq üçün cəmi 1121,50 manat ödənilməmiş hissə, 70,80 manat innovativ layihələr mərkəzi rüsumu, həmçinin 336,45 manat cərimə olmaqla, ümumilikdə 1528,75 manat borc pulun və 35,29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, cavabdeh iddiaçıdan 5 ədəd mobil telefon, 1 ədəd qol saatı, 1 ədəd adapter, 1 ədəd vinil və 1 ədəd qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin hər beş müqavilə üzrə cəmi 1121,50 manat əsas, 70,80 manat innovativ layihələr mərkəzi rüsumu və 336,45 manat cərimə olmaqla, ümumilikdə 1528,75 manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunun ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilələrin şərtlərini pozmuşdur. Həmin müqavilələrə əsasən cavabdehin MMC-nə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cəmi 1121,50 manat əsas, 70,80 manat innovativ layihələr mərkəzi rüsumu və 336,45 manat cərimə olmaqla, ümumilikdə 1528,75 manat məbləğində borcu qalmışdır. Bundan əlavə MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədəm icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh hər beş müqavilə üzrə cəmi 336,45 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbə pulunun azaldılması və iddianı cərimə hissəsində hər beş müqavilə üzrə cəmi 30 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 35,29 manat dövlət rüsumunun 33 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 2,29 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh beş müqavilə üzrə cəmi 1121,50 manat əsas, 70,80 manat innovativ layihələr mərkəzi rüsumu və 30 manat cərimə olmaqla, ümumilikdə 1222,30 manat borc pul, həmçinin ödənilmiş 35,29 manat dövlət rüsumunun 33 manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 2,29 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 1121,50 manat əsas, 70,80 manat innovativ layihələr mərkəzi rüsumu və 30 manat cərimə olmaqla, ümumilikdə 1222,30 (bir min iki yüz iyirmi iki manat otuz qəpik) manat borc pul, həmçinin ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,29 (iki manat iyirmi doqquz qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-195/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-195/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver