Məhkəmə qərarları › İş №e-2(047)-234/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-234/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-234/2025 07.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızına qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızına qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızına və Laçın rayon Hacıxanlı kənd üzrə icra nümayəndəliyinə (cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızına çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs X2 “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli FA-0556 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdehə həmin müqavilə üzrə “SİNTRA” firmasının istehsalı olan, 1799 manat məbləğində “SİNTRA” modeli su təmizləmə sistemi quraşdırılaraq təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, FA-0556 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 50 manat ilkin ödəniş etməklə, həmçinin 2.4-cü bəndində göstərilən qaydada 30 ay müddətinə olmaqla hər ayın 28-dən gec olmayaraq, hər ay 58 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə xəbardarlıq da edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Bundan başqa İddiaçı MMC ilə X2 arasında imzalanan tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən X1 Muxtarova (Muradzadə) Fidan Mehman qızına qarşı olan tələb hüququ İddiaçı MMC-nə keçmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızının həmin alqı-satqı müqaviləsi üzrə 791 manat məbləğində əsas borcu qalmışdır. Odur ki, «SİNTRA» markalı su təmizləmə sistemi üçün 791 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızından alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər üzərinə müəyyən öhdəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş X2 ilə İddiaçı MMC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, X2 ilə cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızı arasında bağlanmış müqavilə üzrə borcun tələb edilməsi hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 791 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunu 7 (yeddi) təqvim günü ərzində ödəməsi ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı bildirilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, X2 “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli FA-0556 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdehə həmin müqavilə üzrə “SİNTRA” firmasının istehsalı olan, 1799 manat məbləğində “SİNTRA” modeli su təmizləmə sistemi quraşdırılaraq təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, FA-0556 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 50 manat ilkin ödəniş etməklə, həmçinin 2.4-cü bəndində göstərilən qaydada 30 ay müddətinə olmaqla hər ayın 28-dən gec olmayaraq, hər ay 58 manat ödəniş etməli idi. Bundan başqa İddiaçı MMC ilə X2 arasında imzalanan tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən X1 Muxtarova (Muradzadə) Fidan Mehman qızına qarşı olan tələb hüququ İddiaçı MMCnə keçmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, xx.xx.2021-ci il tarixli müqaviləyə üzrə cavabdehin MMC-nə iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 791 manat məbləğində əsas borcu qalmışdır. Həmçinin, iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırıması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızından 791 manat əsas borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284- 5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Muxtarova (Muradzadə) Fidan Mehman qızından 791 (yeddi yüz doxsan bir) manat əsas borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar