Məhkəmə qərarları › İş №e-2(047)-275/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-275/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-275/2025 18.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Laçın şəhər üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onun saslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, kənar darəvi yolda Cavabdeh idarə etdiyi “İsuzu Roybus” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin “X1 Prado” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı və şirkət tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSF100214236 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmış “Chevrolet Cruze” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşması nəticəsində sonunculara maddi zərər dəymişdir. 20 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “X2” tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Chevrolet Cruze” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 4577 manat təşkil edir. Hadisə üzrə "xxxx" ASC tərəfindən CSF120821/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 4477 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmin məbləğin 2083,88 manat hissəsi "xxxx" ASC tərəfindən şrkətə sığorta ödənişi olaraq ödənilmiş, 2393,12 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bununla bağlı Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq həmin məbləğ indiyənədək sığorta şirkətinə ödənilmşəmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 2393,12 manat məbləğində pul vəsaiti və ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sığorta aktından, sığorta şəhadətnaməsindən, yekun qüsur aktlarından, Yasamal DYPŞ tərəfindən verilmiş arayışdan və digər sənədlərdən görünür ki, Cavabdeh idarə etdiyi “İsuzu Roybus” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Yasamal rayonu, kənar darəvi yolda, “X1 Prado” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSF100214236 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada sığortalanmış “Chevrolet Cruze” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşması nəticəsində sonunculara maddi zərər dəymiş, toqquşma nəticəsində xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə könüllü qaydada sığortalanmış “Chevrolet Cruze” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 4577 manat təşkil etmiş, hadisə üzrə "xxxx" ASC tərəfindən sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 4477 manat məbləğində sığorta ödənişi ödənilmiş və həmin məbləğin 2083,88 manat hissəsi "xxxx" ASC tərəfindən şrkətə sığorta ödənişi olaraq ödənilmiş, 2393,12 manat hissəsi isə ödənilməmiş qalmışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilərək onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün materialların Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Pİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş sığorta və təhvil-təslim aktlarından görünür ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş 4477 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş 2393,12 manat məbləğində sığorta ödənişinin cavabdehdən ödənilməsi tələb edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, kənar darəvi yolda Cavabdeh idarə etdiyi “İsuzu Roybus” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin “X1 Prado” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSF100214236 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü (kasko) qaydada sığortalanmış “Chevrolet Cruze” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşması nəticəsində sonunculara maddi zərər dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsini törədərkən svetoforun (işıqforun) və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi müəyyən olunmuşdur. Buna görə də Bakı şəhəri Yasamal rayon Pİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Nəticədə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığorta növü ilə sığortalanmış “Chevrolet Cruze” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 4577 manat təşkil etmişdir. Hadisə üzrə "xxxx" ASC tərəfindən sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 4477 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmin məbləğin 2083,88 manat hissəsi "xxxx" ASC tərəfindən şrkətə sığorta ödənişi olaraq ödənilmiş, 2393,12 manat hissəsi isə ödənilməmiş qalmışdır. Qeyd edilən məbləğ iddiaçı tərəfindən Cavabdeh tələb edilsə də o, həmin məbləği indiyənədək iddiaçıya ödəməmişdir. Cavabdeh sığorta şirkətinə hal-hazırda cəmi 2393,12 manat məbləğində əsas borcu qalmışdır. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcbur qalıb Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının tələb etdiyi 44 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 2393,12 manat məbləğində pul vəsaiti və 44 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2393,12 (iki min üç yüz doxsan üç manat on iki qəpik) manat məbləğində sığorta ödənişi və 44 (qırx dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar