Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-296/2025 01.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ilə məhkəməyə müraciət еdərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il, saat 18:30-da Abşeron rayonu, Məmmədli kəndində şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh2 məxsus “Honda İnsight minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Kia Rio minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2109 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə “Vaz 2109 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərər 278,00 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, “Kia Rio minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərər 1820,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA1596458 və PXA156459 saylı sığorta aktları tərtib edilməklə ümumilikdə 2098,00 (iki min doxsan səkkiz) manat sığorta ödənişi zərərçəkənlərə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Göründüyü kimi yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh2, həmçinin sığortalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 qanunvericiliyə əsasən vurulmuş ziyanı ödəməlidir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinin əvəzi olaraq 2098 manat vəsaitin və ödənilmiş 41 manat dövlət rüsumu olmaqla, cəmi 2139 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qəbul etmir. Belə ki, o, Cavabdeh2 ilə ailə həyatı quraraq nikahlarını rəsmi qaydada xx.xx.2020-ci il tarixdə qeyd etdirmişlər. xx.xx.2023-cü il, saat 18:30-da Abşeron rayonu, Məmmədli kəndində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh2 məxsus “Honda İnsight minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Kia Rio minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı və “Vaz 2109 minik” markalı, **- MD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Bununla bağlı bildirir ki, o, idarə etdiyi “Honda İnsight minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətçisi Cavabdeh2 onun razılığı ilə xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Bundan başqa bildirir ki, həmin avtomobil onların birgə nikahı dövründə, yəni xx.xx.2023-cü il tarixdə alındığından qeyd edilən avtomobil onların ümumi birgə mülkiyyəti hesab olunmalıdır. Həmçinin bu halda isə qeyd edilən avtomobili idarə etmək üçün onun mülkiyyətçisi Cavabdeh2 icazə almağa da ehtiyac qalmır, halbuki həmin avtomobili qeyd edilən hadisənin törədildiyi gün onun mülkiyyətçisi Cavabdeh2 müvafiq razılıq əsasında almışdır. Qeyd edilənlərə əsasən də belə hesab edir ki, o, “Honda İnsight minik” markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətçisinin razılığı ilə istifadə etmək üçün qəbul etdiyindən, həmçinin qeyd edilən avtomobilin üzərində onun ümumi birgə mülkiyyət hüququ olduğundan onun və digər Cavabdeh2 da iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi yaranmamışdır. Göstərilənlərə əsasən də onun və digər Cavabdeh2 da iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi yaranmadığından iddia tələbinin bütünlüklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə olan digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktlarından, Abşeron RPŞ-nin DYPŞ tərəfindən tərtib edilmiş arayışdan və qiymətləndirmə aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 idarə etdiyi «HONDA İNSİGHT MİNİK» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində Vaz 2109 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq, həmin nəqliyyat vasitələrinə zərər vurmuş və nəticədə dəymiş ziyanın ümumi məbləği 2098 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron RPŞ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 2098 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HONDA İNSİGHT MİNİK” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 1 sayl Bakı Asan xidməti mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2020-ci il tarixdə 715 nömrəli qeydlə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, müəyyən edilmiş 2098 manat məbləğində sığorta ödənişinin yeddi gün müddətində İddiaçı ASC-nə ödənilməsi Cavabdeh1 xahiş edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 idarə etdiyi «HONDA İNSİGHT MİNİK» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində Vaz 2109 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq, həmin nəqliyyat vasitələrinə zərər vurmuş, bundan sonra Abşeron RPŞ-nin DYPŞ-nin inzibati xəta haqqında qərarına əsasən, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuş, nəticədə dəymiş ziyanın ümumi məbləği 2098 manat müəyyən edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq qaydada zərər çəkmiş şəxslərə ödənilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 2098 manat məbləğində dəymiş ziyan cavabdehlərdən biri olan Cavabdeh1 tələb edilsə də qeyd edilən məbləğ Cavabdeh1 tərəfindən ödənilməmişdir. Lakin buna baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə yanaşı Cavabdeh2 qarşı da belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili hüquqi əsas olmadan Cavabdeh1 istifadəsinə verməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində də göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirildikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Məhkəmə vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibinin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Beləliklə, məhkəmə bildirir ki, Cavabdeh1 idarə etdiyi «HONDA İNSİGHT MİNİK» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahibliyi və ondan istifadəsi hüquqa zidd hesab edilməməlidir. Bundan əlavə məhkəmə bildirir ki, «HONDA İNSİGHT MİNİK» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə nikahı dövründə, yəni xx.xx.2023-cü il tarixdə alındığından qeyd edilən avtomobil onların ümumi birgə mülkiyyəti hesab olunmalıdır. Belə olan halda isə məhkəmə, həmçinin əlavə olaraq qeyd edilən avtomobilin Cavabdeh1 tərəfindən idarə edilməsi üçün Cavabdeh2 müvafiq etibarnamənin alınmasına da lüzum görmür. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, istər Cavabdeh1, istərsə də Cavabdeh2 hərəkətləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qanuni əsası kimi əsaslandığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmədiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Vaz 2109 minik” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyanla bağlı subroqasiya hüququ yaranmamışdır. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə iddia tələbinin təmin olunmamasını qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2098 manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 41 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2098 (iki min doxsan səkkiz) manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-296/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-296/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver