Məhkəmə qərarları › İş №e-2(047)-423/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-423/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-423/2025 13.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Laçın şəhər üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan 2 ədəd mobil telefon, 1 ədəd qol saatı, 1 ədəd paltaryuyan, 4 ədəd plyonka istehsalı, 2 ədəd qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, 1 ədəd qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, 1 ədəd qızıl zəmanət ultra 1 il (kontakt) xidməti, paket XL xidməti, smart saatın quraşdırılması xidməti və paket L xidməti almış, nəticədə 1913,71 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 838,08 manat olan 1 ədəd mobil telefon, 1 ədəd qol saatı, 2 ədəd plyonka istehsalı, 2 ədəd qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, paket XL xidməti və smart saatın quraşdırılması xidməti üçün cəmi 870,67 manat olmaqla, ondan 791,52 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 79,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 792,01 manat olan 1 ədəd paltaryuyan və qızıl zəmanət ultra 3 il (kontakt) xidməti üçün cəmi 630,45 manat olmaqla, ondan 573,14 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 57,31 manat cərimə, xx.xx.2023-cü il tarixli digər bir müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1025,46 manat olan 1 ədəd mobil telefon, 2 ədəd plyonka istehsalı, 1 ədəd qızıl zəmanət ultra 1 il (kontakt) xidməti və paket L xidməti üçün cəmi 412,58 manat olmaqla, ondan 353,62 manat ödənilməmiş hissə, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu və müştəriyə güzəşt olunaraq 35,36 manat cərimə pulu borcu hesablanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində 2 ədəd plyonka istehsalından imtina etmiş və buna görə məhsul 19,98 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 651,86 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 19,98 manat, ümumilikdə isə 671,84 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə ödədiyi cəmi məbləğ 265,43 manat təşkil edir. Odur ki, 2 ədəd mobil telefon, 1 ədəd qol saatı, 1 ədəd paltaryuyan, 4 ədəd plyonka istehsalı, 2 ədəd qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, 1 ədəd qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, 1 ədəd qızıl zəmanət ultra 1 il (kontakt) xidməti, paket XL xidməti, smart saatın quraşdırılması xidməti və paket L xidməti üçün cəmi 1718,28 manat ödənilməmiş hissə, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu və 171,82 manat dəbbə pulu olmaqla, ümumilikdə 1913,71 manat pulun, həmçinin 39,14 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, cavabdeh iddiaçıdan 2 ədəd mobil telefon, 1 ədəd qol saatı, 1 ədəd paltaryuyan, 4 ədəd plyonka istehsalı, 2 ədəd qızıl zəmanət ultra 2 il (kontakt) xidməti, 1 ədəd qızıl zəmanət ultra 3 il (kontakt) xidməti, 1 ədəd qızıl zəmanət ultra 1 il (kontakt) xidməti, paket XL xidməti, smart saatın quraşdırılması xidməti və paket L xidməti almışdır. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin hər üç müqavilə üzrə cəmi 1718,28 manat əsas, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu və 171,82 manat cərimə məbləği olmaqla, ümumilikdə 1913,71 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunun ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli nisyə alqısatqı müqavilələri üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilələrin şərtlərini pozmuşdur. Həmin müqavilələrə əsasən cavabdehin MMC-nə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cəmi 1718,28 manat əsas, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu və 171,82 manat cərimə olmaqla, ümumilikdə 1913,71 manat məbləğində borcu qalmışdır. Bundan əlavə MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədəm icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh hər üç müqavilə üzrə cəmi 171,82 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində hər üç müqavilə üzrə cəmi 50 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 39,14 manat dövlət rusumunun 38 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 1,14 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh hər üç müqavilə üzrə cəmi 1718,28 manat əsas, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu və 50 manat cərimə olmaqla, ümumilikdə 1791,88 manat borc pul, həmçinin ödənilmiş 39,14 manat dövlət rüsumunun 38 manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 1,14 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər üç müqavilə üzrə cəmi 1718,28 manat əsas, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu və 50 manat cərimə olmaqla, ümumilikdə 1791,88 (bir min yeddi yüz doxsan bir manat səksən səkkiz qəpik) manat borc pul, həmçinin ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,14 (bir manat on dörd qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar