Məhkəmə qərarları › İş №e-2(047)-50/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-50/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-50/2025 25.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh2, onun və digər cavabdeh X6 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 18 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2021-ci il tarixdən Mercedes-Benz 817 yük markalı avtomobilin mülkiyyətçisidir. Həmin avtomobillə yükdaşıma fəaliyyətini həyata keçirmiş və hər ay dolanışacağını təmin etmək üçün müəyyən məbləğdə qazanc əldə etmişdir. Yükdaşıma fəaliyyətini həyata keçirmək üçün sürücü qismində Cavabdeh2 adlı şəxslə razılığa gəlmiş, ona avtomobili idarə etmək üçün notarial qaydada etibarnamə vermiş, bir müddət sonra etibarnamənin müddəti bitdiyi üçün yeni etibarnamə vermək zərurəti yaranmış və Cavabdeh2 adlı şəxsin təkidi ilə sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün ona avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, sürücülük hüququ olduqda idarə etmək səlahiyyəti olan etibarnamə vermişdir. Daha sonra avtomobili satmaq istəyini Ramilə bildirdikdə Ramil başqa dolanışacağının olmadığını, 2 ay gözləməyini və avtomobili özünün ala biləcəyini bildirmiş, lakin 4 ay keçməsinə baxmayaraq pulu ödəmədiyinə görə o, Cavabdeh2 verdiyi etibarnaməni ləğv etmiş və avtomobili geri verməyini tələb etmişdir. Bundan sonra Ramil onun iş yerinə gələrək avtomobili onun adına keçirməyini istəmişdir. O, Ramillə 23000 manat pul vəsaiti müqabilində razılaşmış, bunun müqabilində Cavabdeh2 ona 13000 manat kredit götürüb verəcəyini, 4000 manatı evdən götürəcəyini, 4000 manatlıq avtomobili ona verəcəyini və 2000 manat pulu isə yanvar ayının sonunda verəcəyini bildirmişdir. Onlar alqısatqı prosesini rəsmiləşdirmək üçün DİN BDYPİ-nə getmiş, həmin idarədə avtomobili Nübar adlı şəxsin adına rəsmiləşdirmişdir. Bununla da o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də Ramil bu günə qədər nəqliyyat vasitəsinin ödənişini etməmişdir. Bundan başqa o, cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanan etirazda göstərilənlərin hamısının yalan məlumat olduğunu bildirərək hesab edir ki, cavabdehlər X8 və Cavabdeh2 tərəfindən 23000 manat ona ödənilmədiyindən onun iddia tələbi təmin edilməlidir. Bundan başqa o, qeyd edilənlərlə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə də şikayət ərizəsi ilə müraciət etmiş, lakin həmin bölmənin təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və ona həmin tələb ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaya etiraz ərizəsinin 1-ci bəndində qeyd edilir ki, Ramil avtomobili Anar adlı şəxsdən alıb və 22500 manatı da ona ödəyib, lakin Naxçıvanda qeydiyyatda olduğu üçün Niyazın adına rəsmiləşdirib. Səs yazısı ilə bunları sübut edəcəyini iddia etsə də bu günə qədər səs yazısını məhkəməyə təqdim etməyib. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən göndərilmiş İddiaçı müraciəti əsasında araşdırılmış materialda Cavabdeh2 izahatları mövcuddur. Belə ki, Cavabdeh2 verdiyi izahatda bildirir ki, Niyazla 3 il əvvəl işlədiyi yerdə tanış olmuş, həmin vaxt artıq Niyazın avtomobili mövcud idi və Niyaz ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamə yalnız idarə etmək üçün verilmişdir. Deməli iddia ərizəsinə etirazda qeyd edilən nüanslar doğru deyil. Bundan əlavə həmin etirazın 2-ci bəndində qeyd edilir ki, Niyazla Ramil arasında qazanc əldə etmək üçün razılaşma olmamışdır, lakin razılaşmanın mövcudluğu barədə sübut əlavə edilməmişdir. Eyni zamanda aralarında işgüzar münasibətlərin olması da dolayısı ilə inkar edilərək bildirilmişdir ki, belə olsaydı hər hansı bir yazışma və ya işgüzar münasibətlərə dair başqa hər hansı bir hal olmuş olardı. Bundan əlavə Cavabdeh2 polisdən göndərilmiş öz verdiyi izahatında qeyd edir ki, o, avtomobillə yük daşımış və qazanılan pulu isə Niyazla yarı-yarıya bölüşmüşdür. Deməli iki tərəfin arasında işgüzar münasibətlər mövcud olmuş və onlar qazanc əldə etmək üçün razılaşmışlar. Bunu Ramil özü izahatında etiraf edir. Deməli iddia ərizəsinə etirazda qeyd etdiyi nüanslar doğru deyil. Həmin etirazın 5-ci bəndində qeyd edilir ki, guya Niyaz Nübara satdığı avtomobilin pulunu Ramilə verməmişdir və buna görə də pul tələbi barədə iddia qaldıracaqdır. Lakin Ramil öz izahatında qeyd edir ki, o avtomobilin pulunu Niyaza ödəyib. Belə dediyi təqdirdə aydın olur ki, Ramilin etirazında qeyd etdikləri doğru məlumatlar deyil. Yəni avtomobil Niyaza məxsus olub və onu Ramilə satmaq məqsədilə Nübarla müqavilə bağlanıb. Buradan da aydın olur ki, Nübar heç bir pul verməli deyildi avtomobil sadəcə Nübarın adına rəsmiləşdiriləcəkdir. Həmçinin aydın olur ki, Ramil də pul verməyib və verməsinə dair də heç bir sübutu yoxdur. Nəticə etibarilə Cavabdeh2 hazırki mövqeyi belədir ki, o avtomobili Anardan alıb, lakin Naxçıvanda qeydiyyatda olduğu üçün Niyazın adına rəsmiləşdirib. Niyazla qazanc əldə etmək məqsədilə razılığa gəlməyib və guya Niyaz avtomobilin Nübara satılmasından əldə etdiyi pulu Ramilə verməlidir. Ramilin polisdə verdiyi izahatlardan aydın olur ki, Ramil Niyazla tanış olarkən Niyazın artıq avtomobili var idi. Həmin izahatdan görünür ki, daha sonra qazanc əldə etmək məqsədilə Niyazla razılığa gəmişlər. Bundan sonra müqavilə bağlayaraq avtomobili Nübarın adına keçirmişlər və avtomobilə görə olan borcunu 10 gün əvvəl verdiyini qeyd etmişdir. Polisdə verilən izahatlardan görünür ki, avtomobil sadəcə olaraq Nübarın adına keçirilib və əslində alqı-atqı münasibətləri Ramil ilə Niyaz arasında olub. Hesab edir ki, bu məsələnin mübahisəsiz halıdır. Aydın məsələdir ki burda Nübar tərəfindən və ya onun nümayəndəsi tərəfindən Niyaza heç bir pul vəsaiti ödənilməyib. Alqı-satqı münasibətləri Ramillə Niyaz arasında olduğundan pulu da Ramil Niyaza ödəməli idi. Lakin Ramil tərəfindən heç bir pul məbləği ödənilməmiş və o, həmin pul məbləğini ödədiyinə dair heç bir sübut da təqdim etməmişdir. Qeyd edilənlərə əsasən də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, “X10 817” yük marlkalı 90-RlL-646 dövlət qeydiyyat nişanlı avtomobil 28 dekabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİdə İddiaçı tərəfindən X3, həmin müqavilədə də 22000 manat pulun İddiaçı tərəfindən X5 alındığı qeyd edilmiş və qeyd edilən pul məbləği İddiaçı təqdim edilmişdir. Bundan başqa o, bildirir ki, “X10 817” yük marlkalı 90-RlL-646 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da formal olaraq İddiaçı adına rəsmiləşdirilmiş, lakin İddiaçı qeyd edilən avtomobili X4 22000 manat pulu Cavabdeh1 alsa da qeyd edilən məbləği ona təqdim etməmişdir və ona görə də o, İddiaçı qarşı pul tələbinə dair iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etmək niyyətindədir. Qeyd etdiklərinə əsasən də bildirir ki, onların hal-hazırda İddiaçı ödənilməmiş hər hansı bir borc məbləği qalmamışdır. Odur ki, göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 da Cavabdeh2 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. İş üzrə digər cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh X6 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən, yəni çıxarışdan, alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, X6 adına qeydiyyata alınmış «X10 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə 22000 manat müqabilində X3 və həmin müqavilənin 2-ci bəndində 22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni X5 alındığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ərizəsi əsasında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-də Cavabdeh2 barəsində müvafiq araşdırma aparılmış və Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş etibarnamələrin surətlərindən və ərizədən görünür ki, «X10 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil bir neçə dəfə İddiaçı tərəfindən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək və sair səlahiyyətlərlə verilmiş, həmçinin İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş etibarnaməyə xitam verilməsi Bakı şəhəri 23 saylı notariat ofisindən xahiş edilmiş və qeyd edilən etibarnamələrdən biri xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüş və digərinə isə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli etirazın məzmunundan görünür ki, onlar İddiaçı tərəfindən Cavabdeh2 və digər cavabdeh X7 qarşı verilmiş pul tələbinə dair iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Republikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyasının iştirakçısı və onu 15 aprel 2002-ci ildə ratifikasiya etmiş Dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı mülkiyyətində olmuş «X10 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə 22000 manat müqabilində X3 və həmin müqavilənin 2-ci bəndində 22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni X5 alındığı qeyd edilmiş, lakin iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında sübut etmək yükünün iddiaçı tərəfin üzərinə düşməsinə baxmayaraq nə İddiaçı, nə də ki, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 qeyd edilən 22000 manat pul məbləğinin İddiaçı tərəfindən iş üzrə digər cavabdeh X5 alınmamasını təsdiq edə biləcək kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla sübuta yetirə bilməmişlər. Bundan başqa iş materiallarına əsasən İddiaçı tərəfindən sadəcə olaraq müvafiq etibarnamələr ilə “X10 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə dəfə Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək və sair səlahiyyətlərlə verildiyi, lakin qeyd edilən etibarnamələrdən birinin xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyü və digərinə isə xx.xx.2023-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Lakin bu faktın özü belə İddiaçı tərəfindən qeyd edilən avtomobilin formal əsaslarla digər cavabdeh X1 dəlalət edə bilməz. Qeyd edilənlərə əsasən də bir daha belə müəyyən edilir ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 ona 23000 manat pul borcu olduğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilməmiş, yəni qeyd edilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə İddiaçı mülkiyyətində olmuş «X10 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 nəticəsində 22000 manat pulun İddiaçı tərəfindən alınması tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən sübuta yetirilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi RPİnin 6-cı PB-nin təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda izahatları alınmış şəxslərin izahatlarındakı qeyd edilən hallar mülki işə məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və ona görə də həmin qərarda göstərilən izahatlarda qeyd edilən halları da məhkəmə mötəbər sübut kimi qəbul edə bilməz. Odur ki, məhkəmə cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilənlərə əsasən də məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli, yəni İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Ödənilmiş 159 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı 23000 (iyirmi üç min) manat pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar