Məhkəmə qərarları › İş №e-2(047)-54/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-54/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-54/2024 11.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X4 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “İcbari Sığorta Bürosu” X5 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X4 nümayəndəsi iddia ərizəsini onun saslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış “Mersedes Benz 190” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020 tarixdə Bakı şəhəri Nobel prospektində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən X2 əmlakına maddi ziyan vurmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən 420 manat məbləğində sığorta ödənişi məbləği zərərçəkmiş şəxs X3 ödənilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törədərkən avtomobili idarə etmək hüququnun olmadığı müəyyən olunmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 420 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 450 manat pulun “İcbari Sığorta Bürosu” X4 xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X4 nümayəndəsi Əziz Quliyev məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan digər Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktından, Bakı şəhəri, Xətai rayon DYPŞ tərəfindən verilmiş arayışdan və qüsur aktından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" sığorta şirkəti ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi “Mersedes Benz 190” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nobel prospektində «Mersedes Benz C220» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 420 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X5 tərəfindən müəyyən edilmiş 420 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X5 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" sığorta şirkəti ASC-də icbari sığorta növü ilə sığortalanmış Cavabdeh idarə etdiyi “Mersedes Benz 190” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nobel prospektində «Mersedes Benz C220» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və bundan sonra cavabdehin yol nəqliyyat hadisəsini törədərkən avtomobili idarə etmək hüququnun olmadığı müəyyən olunmuşdur. Buna görə də Bakı şəhəri, Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş ******* nömrəli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Nəticədə «Mersedes Benz C220» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 420 manat müəyyən edilmiş, həmin məbləğ “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq olaraq “İcbari Sığorta Bürosu” X5 tərəfindən zərər çəkənə ödənilmiş, lakin qeyd edilən məbləğ iddiaçı tərəfindən Cavabdeh tələb edilsə də o, həmin məbləği indiyənədək sığorta bürosuna ödəməmişdir. Cavabdeh sığorta bürosuna hal-hazırda cəmi 420 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı “İcbari Sığorta Bürosu” X5 məcbur qalıb Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara məcmu qaydada hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 420 (dörd yüz iyirmi) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 450 manat pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X4 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 420 (dörd yüz iyirmi) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 450 (dörd yüz əlli) manat pul tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X4 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar