Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-54/2025 23.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ilə sığortalı X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AS-F 409/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Chery Tiggo 2 Pro” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Aveo minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo 2 Pro” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmiyyət tərəfindən 12724,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Chevrolet Aveo minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin ********** nömrəli, xx.xx.2024-cü il tarixli təmir kartından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo 2 Pro” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 12724,50 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “Chevrolet Aveo minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 819/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Chery Tiggo 2 Pro” markalı **-LR-*** dövlət nişanlı avotəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 7724,50 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Chevrolet Aveo minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən 12724,50 manat məbləğində olan sığorta ödənişinin 5000 manatı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən ödəniş edilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 7724,50 manat təşkil edir. Odur ki, Cavabdeh 7724,50 manat sığorta ödənişinin və ödənilmiş 97,65 manat dövlət rüsumu olmaqla, cəmi 7822,05 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Gülnar İbrahimova məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Cavabdeh idarə etdiyi “Chevrolet Aveo minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmış “Chery Tiggo 2 Pro” markalı **-LR-*** dövlət qeydiyat nişanlı avtomobillə toqquşmuşdur. Lakin o, belə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə onun avtomobilinə ziyan dəyməmişdir. Belə ki, iddiaçı dəymiş ziyanın bir hissəsini sığorta şirkəti vasitəsilə almışdır. Bundan başqa təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçının istifadəsində olan “Chery Tiggo 2 Pro” markalı **- LR-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 9680 manat müəyyən olunmuşdur. Qeyd etdiklərinə əsasən də o, belə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" ASC-dən alınmış sığorta ödənişi məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş ümumi ziyan məbləğindən çıxılaraq iddia tələbi qismən təmin olunmalıdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin qismən, yəni 4680 manat hissəsində təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə olan Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından, sığorta şəhadətnaməsindən, zərər dəymiş avtonəqliyyat vastəsinin qiymətləndirilməsinə dair hesabatdan və xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan **-CN-*** dövlət qeydiyyat nişanlı «CHEVROLET AVEO MİNİK” markalı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsinin sığortası (kasko) ilə sığortalanmış X2 məxsus “Chery Tiggo 2 Pro” markalı, **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticədə “CHERY TİGGO 2 PRO” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 12724,50 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki "xxxx"xxxx"xxxx" ASC-yə ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin bağlanılması rədd edilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surətinin Bakı şəhəri Xətai Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9898 nömrəli rəyi ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “CHERY TİGGO 2 PRO” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9680 manat olması müəyyən edilir. O, cümlədən dəyişməli hissələrin quyməti 7780 manat və təmir bərpa işlərinin qiyməti 1900 manat. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan **-CN-*** dövlət qeydiyyat nişanlı «CHEVROLET AVEO MİNİK” markalı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsinin sığortası (kasko) ilə sığortalanmış X2 məxsus “Chery Tiggo 2 Pro” markalı, **- LR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində həmin avtomobilə zərər vurmuşdur. Bununla bağlı Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh barəsində cinayət işinin bağlanılması rədd edilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surətinin Bakı şəhəri Xətai Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Nəticədə "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta aktına əsasən X2 məxsus “Chery Tiggo 2 Pro” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 12724,50 manat müəyyən edilərək zərər çəkmiş şəxsə ödənilmişdir. Bundan sonra “Chevrolet Aveo minik” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalandığından həmin ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi "xxxx"xxxx"xxxx" ASC tərəfindən cavabdehdən 7724,50 manat pulun ödənilməsi tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə müraciət edilərək 7724,50 manat sığorta ödənişinin cavabdehdən tutularaq ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almış və həmin rəyə əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “CHERY TİGGO 2 PRO” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9680 manat olması müəyyən edilmişdir ki, məhkəmə də qeyd edilən bu ekspert rəyi ilə razılaşmışdır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 9680 manat məbləğində maddi ziyan dəymiş və göstərilən maddi ziyandan "xxxx"xxxx"xxxx" ASC-nə dəymiş ziyan qismində 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də məhkəmə qeyd edir ki, "xxxx"xxxx"xxxx" ASC-nə dəymiş zərər qismində ödənilmiş 5000 manat sığorta ödənişi məbləği məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş 9680 manat məbləğində ümumilikdə dəymiş ziyan məbləğindən çıxılmalıdır. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh 4680 manat sığorta ödənişi məbləğinin alınıb iddiaçı "xxxx" ASC-nə verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 97,65 manat dövlət rusumunun 66,80 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 30,85 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara məcmu qaydada hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 4680 manat sığorta ödənişi məbləği və 66,80 ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş 97,65 manat dövlət rüsumunun 30,85 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9898 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 20 manatı Cavabdeh 30 manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE**********000 2088501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4680 (dörd min altı yüz səksən) manat sığorta ödənişi məbləği və ödənilmiş 66,80 (altmış altı manat səksən qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4746,80 (dörd min yeddi yüz qırx altı manat səksən qəpik) manat borc pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 30,85 (otuz manat səksən beş qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9898 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 20 manatı Cavabdeh 30 manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq alınıb Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000 **********8501, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-54/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-54/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver