Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-627/2024 23.12.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 20 % mükafat məbləği hesablanmaqla 21 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 435.88 manat, ümumilikdə isə 9154 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 9154 manatın 7670 manatı əsas məbləğ təşkil edir. 08 yanvar 2024-cü il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-6167 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 fevral 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5246.52 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6167saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 fevral 2024-cü il tarixə ümumilikdə 767.88 manat məbləğində gecikmə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Odur ki, Cavabdeh 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 308,04 manat gecikdirilmiş əsas, 127,83 manat gecikdirilmiş mükafat, 332,01 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5246.52 manat, ümumilikdə 6014.40 manat borcun və ödənilmiş 80.15 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıMMC-nin direktoru R.A.İsmayılov məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı daxili lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, X1 ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı lizinq müqaviləsinə 3 nömrəli əlavə olan lizinq ödənişləri cədvəlindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 435.88 manat olmaqla ümumilikdə 9154 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş X4, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, MAS-6167 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi və təhviltəslim aktından görünür ki, 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş və 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, KHAZAR LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş vəziyyətdə İddiaçı MMC tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Avto Servis MMC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olmuş “KHAZAR LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5246,52 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 308,04 manat gecikdirilmiş əsas, 127,83 manat gecikdirilmiş mükafat, 332,01 manat dəbbə pulu, ümumilikdə 767,88 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə müqaviləyə əsasən ödəməli olduğu borcunun və dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8467 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan “X6” MMC tərəfindən tərtib edilmiş qüsur aktında qeyd olunan 2021-ci il buraxılışlı “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 336 manat müəyyən edilir. 28 adda ehtiyyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-in 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-nin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Həmçinin MM-in 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmiş və “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 435.88 manat olmaqla ümumilikdə 9154 manat məbləğində pulu «Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra X4, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli, MAS-6167 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 28 dekabr 2023-cü il tarixli MAS-6167 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş və 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də «Azərmaş” MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 fevral 2024-cü il tarixdə əzilmiş vəziyyətdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsindən alınaraq iddiaçı «Azərmaş” MMCnin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5246,52 manat dəyərində ziyan dəydiyi müəyyən olunmuşdur. Daha sonra iddiaçı «Azərmaş” MMC qeyd edilən tələblə məhkəməyə müraciət etmiş, iddiaçının təqdim etdiyi maliyyə arayışına və qüsur aktına əsasən cavabdehin iddiaçı «Azərmaş” MMC-nə xx.xx.2024-cü il tarixə 308,04 manat gecikdirilmiş əsas, 127,83 manat gecikdirilmiş mükafat, 332,01 manat dəbbə pulu, 5246,52 manat dəymiş ziyan, ümumilikdə 6014.40 manat borcu yaranmışdır. Bundan sonra «Azərmaş” MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilsə də məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8467 nömrəli ekspertiza rəyinə əsasən iş materiallarında olan “X6” MMC tərəfindən tərtib edilmiş qüsur aktında qeyd olunan 2021-ci il buraxılışlı “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 336 manat müəyyən edilmiş, lakin 28 adda ehtiyyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən ekspert rəyi nəzərdən keçirilən zaman belə müəyyən olunmuşdur ki, ekspert rəyində 2021-ci il buraxılışlı “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 adda ehtiyat hissələrinin orta bazar qiyməti İddiaçı Avto Servis MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı 04 adda ehtiyat hissələrinin orta bazar qiymətindən yüksək olmuşdur. Odur ki, məhkəmə, məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8467 nömrəli ekspertiza rəyini qəbul etməyərək bütünlüklə İddiaçı Avto Servis MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı ilə razılaşaraq belə hesab edir ki, 2021-ci il buraxılışlı “KHAZAR LX” markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5246,52 manat məbləğində ziyan dəymişdir. Bundan əlavə MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı «Azərmaş” MMC Cavabdeh 332,01 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində 10 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 80,15 manat dövlət rusumunun 77 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 3,15 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh 308,04 manat gecikdirilmiş əsas, 127,83 manat gecikdirilmiş mükafat, 10 manat dəbbə pulu, 5246,52 manat dəymiş ziyan, ümumilikdə 5692,39 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun 77 manatı tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 3,15 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd olunmalıdır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8467 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE00000 00000000 2088501, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0 **********000003944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 308,04 manat gecikdirilmiş əsas, 127,83 manat gecikdirilmiş mükafat, 10 manat dəbbə pulu, 5246,52 manat dəymiş ziyan, ümumilikdə 5692,39 (beş min altı yüz doxsan iki manat otuz doqquz qəpik) manat məbləğində borc pul və 77 (yetmiş yeddi) manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3,15 (üç manat on beş qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8467 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE**********0 002088501, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0**********000003 944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-627/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-627/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver