Məhkəmə qərarları › İş №e-2(047)-723/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-723/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-723/2023 07.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Alxaslı kənd icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2023-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onun əsaslandırmışdır ki, 2022ci il sentyabr ayının 09-da Cavabdeh idarə etdiyi «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Xırdalan şəhəri, Q.Aslanov küçəsində «Changan Uni-K» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı Abşeron rayonu DYPŞ-i tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində «Changan Uni-K » markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7500 manat maddi zərər dəymiş və "xxxx" ASC tərəfindən 7300 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra «Toyota Prius» markalı,7**-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta növü ilə sığortalandığı "xxxx" ASC tərəfindən onlara 4866,50 manat ödəniş edilmiş və cavabdehin onlara 2433,50 manat ödənilməmiş sığorta ödənişi qalmışdır. Odur ki, Cavabdeh 2433,50 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 44,80 manat dövlət rüsumu olmaqla, cəmi 2478,30 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktından, xx.xx.2022-ci il tarixli təmir aktından və könüllü sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh idarə etdiyi «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Xırdalan şəhəri, Q.Aslanov küçəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək "xxxx" ASC-də könüllü sığorta növü ilə sığortalanmış «Changan Uni-K» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 7300 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayonu DYPŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş 7300 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən 4866,50 manat sığorta ödənişi edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi Cavabdeh idarə etdiyi «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Xırdalan şəhəri, Q.Aslanov küçəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək "xxxx" ASC-də könüllü sığorta növü ilə sığortalanmış «Changan Uni-K» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və buna görə də Abşeron rayonu DYPŞ-i tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. X3-K» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 7300 manat müəyyən edilmiş, həmin məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş, bundan sonra isə «Toyota Prius» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta növü ilə sığortalandığı "xxxx" ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4866,50 manat ödəniş edilmiş, lakin qalıq qalan 2433,50 manat məbləğ iddiaçı tərəfindən Cavabdeh tələb edilsə də o, həmin məbləği indiyənədək sığorta şirkətinə ödəməmişdir. Cavabdeh sığorta şirkətinə halhazırda cəmi 2433,50 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcbur qalıb Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının tələb etdiyi 44,80 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 2433,50 manat sığorta ödənişi və 44,80 (qırx dörd manat səksən qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2478,30 (iki min dörd yüz yetmiş səkkiz manat otuz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2433,50 manat sığorta ödənişi məbləği və 44,80 manat dövlət rüsumu olmaqla, cəmi 2478,30 (iki min dörd yüz yetmiş səkkiz manat otuz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar