Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-791/2024 04.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızına qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızına qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızına və Laçın RİHB-nın Malıbəy kənd icra nümayəndəliyinə (cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızına çatdırılması üçün) xx.xx.2024-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ******* nömrəli, xx.xx.2021-ci il tarixli № ******* nömrəli, xx.xx.2021ci il tarixli № 22472571 nömrəli və xx.xx.2021-ci il tarixli № 22472434 nömrəli müqavilələrə əsasən cavabdeh iddiaçıdan 1 ədəd planşet, 1 ədəd qol saatı və məişət avadanlıqları almış, nəticədə 2765 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə Xıdırova (Bayramova) Əfsanə Azad qızının xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2583,26 manat olan 1 ədəd planşet üçün 1704 manat olmaqla ondan 1549,04 manat ödənilməmiş hissə, 154,96 manat cərimə pulu, eyni tarixli digər müqaviləyə əsasən alqı-satqı qiyməti 685,08 manat olan 1 ədəd qol saatı üçün 586 manat olmaqla ondan 532,90 manat ödənilməmiş hissə, 53,10 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 243 manat olan məişət avadanlığı üçün 96 manat olmaqla ondan 87,95 manat ödənilməmiş hissə, 8,05 manat cərimə pulu və eyni tarixli digər müqaviləyə əsasən isə alqı-satqı qiyməti 590,40 manat olan məişət avadanlığı üçün 379 manat olmaqla ondan 344,20 manat ödənilməmiş hissə, 34,80 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ ümumilikdə 1587,65 manat təşkil edir. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. Odur ki, 1 ədəd planşet, 1 ədəd qol saatı və məişət avadanlıqları üçün cəmi 2514,09 manat ödənilməmiş hissə, 250,91 manat dəbbə pulu, ümumilikdə 2765 manat pulun və 47,65 manat dövlət rüsumunun cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızından alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli № ******* nömrəli, xx.xx.2021-ci il tarixli № ******* nömrəli, xx.xx.2021-ci il tarixli № 22472571 nömrəli və xx.xx.2021-ci il tarixli № 22472434 nömrəli müqavilələrdən görünür ki, cavabdeh iddiaçıdan 1 ədəd planşet, 1 ədəd qol saatı və məişət avadanlıqları almışdır. İş materiallarına əlavə olunmuş borca dair maliyyə arayışdan görünür ki, cavabdehin hər dörd müqavilə üzrə cəmi 2514,09 manat əsas, 250,91 manat cərimə məbləği, ümumilikdə 2765 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunun ödənilməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ******* nömrəli, xx.xx.2021-ci il tarixli № ******* nömrəli, xx.xx.2021-ci il tarixli № 22472571 nömrəli və xx.xx.2021-ci il tarixli № 22472434 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilələrin şərtlərini pozmuşdur. Həmin müqavilələrə əsasən cavabdehin MMC-nə iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cəmi 2514,09 manat əsas borcu, 250,91 manat cərimə, ümumilikdə 2765 manat məbləğində borcu qalmışdır. Bundan əlavə MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədəm icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızından hər dörd müqavilə üzrə cəmi 250,91 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbə pulunun azaldılması və iddianı cərimə hissəsində hər dörd müqavilə üzrə cəmi 50 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 47,65 manat dövlət rusumunun 46 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 1,65 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızından hər dörd müqavilə üzrə cəmi 2514,09 manat əsas, 50 manat cərimə, ümumilikdə 2564,09 manat borc pul və ödənilmiş 47,65 manat dövlət rüsumunun 46 manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 1,65 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Xıdırova (Bayramova) Əfsanə Azad qızından xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, 22472571 nömrəli və xx.xx.2021-ci il tarixli, 22472434 nömrəli müqavilələr üzrə cəmi 2514,09 manat əsas, 50 manat cərimə, ümumilikdə 2564,09 (iki min beş yüz altmış dörd manat doqquz qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun 46 (qırx altı) manatı tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,65 (bir manat altmış beş qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-791/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-791/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver