Məhkəmə qərarları › İş №e-2(047)-811/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-811/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-811/2025 22.08.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Sarxan Aqil oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Şamkənd kənd üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.20.02.020 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə” əsasında cavabdeh 4.68 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar MMC tərəfindən cavabdehə 1680 manat dəyərində şəkər çuğunduru toxumu, 780 manat dəyərində gübrə və 436,08 manat dəyərində aqrotexniki xidmət satılmış, həmçinin 343.51 manat məbləğində isə avans pul ödənilmişdir. Lakin cavabdeh tərəfindən zavoda məhsul təhvil verilməmiş, nəticədə Cavabdeh MMC-yə cəmi 3239.59 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi üçün pretenziya məktubu göndərilsə də cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. xx.xx.2025-ci il tarixədək Cavabdeh İddiaçı MMC-nə 2896,08 manat satılan mal və xidmətin dəyəri, həmçinin 343,51 manat avans məbləği olmaqla, cəmi 3239,59 manat borcu qalmışdır. Odur ki, Cavabdeh 2896,08 manat satılan mal və xidmətin dəyəri, həmçinin 343,51 manat avans məbləği olmaqla, cəmi 3239,59 manat borc pulun və 53 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qarışıq müqavilədən və digər sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən bu müqavilə əsasında Cavabdeh 1680 manat dəyərində şəkər çuğunduru toxumu, 780 manat dəyərində gübrə və 436,08 manat dəyərində aqrotexniki xidmət satılmış, həmçinin 343.51 manat məbləğində isə avans pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə 2896,08 manat satılan mal və xidmətin dəyəri, həmçinin 343,51 manat avans məbləği olmaqla, cəmi 3239,59 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdehədən ona satılmış 1680 manat dəyərində şəkər çuğunduru toxumu, 780 manat dəyərində gübrə, 436,08 manat dəyərində aqrotexniki xidmət və 343,51 manat məbləğində isə avans olmaqla cəmi 3239,59 manat borc pulu 10 (on) gün ərzində ödəməsi üçün bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə də müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli şəkər çuğunduru üzrə qarışıq müqavilə əsasında cavabdeh 4.68 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq İddiaçı MMC tərəfindən Cavabdeh 1680 manat dəyərində şəkər çuğunduru toxumu, 780 manat dəyərində gübrə və 436,08 manat dəyərində aqrotexniki xidmət satılmış, həmçinin 343.51 manat məbləğində isə avans pul ödənilmişdir. Lakin qeyd olunan müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək zavoda məhsul təhvil verilməmiş bununla da müqavilənin şərtlərini pozmuşdur. Bundan sonra İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə pretenziya ünvanlanaraq ona satılmış 1680 manat dəyərində şəkər çuğunduru toxumu, 780 manat dəyərində gübrə, 436,08 manat dəyərində aqrotexniki xidmət və 343,51 manat məbləğində isə avans olmaqla cəmi 3239,59 manat borc pulu 10 (on) gün ərzində ödəməsi üçün bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Daha sonra da cavabdeh tərəfindən borc məbləği ödənilmədiyindən iddiaçı məcbur olub belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2025-ci il tarixli maliyyə arayışna əsasən 2896,08 manat satılan mal və xidmətin dəyəri, həmçinin 343,51 manat avans məbləği olmaqla, cəmi 3239,59 manat borc pul tələbi qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 53 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2896,08 manat satılan mal və xidmətin dəyəri, həmçinin 343,51 manat avans məbləği olmaqla, cəmi 3239,59 manat borc pul və ödənilmiş 53 manat dövlət rüsumu tutulub İddiaçı MMC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2896,08 manat satılan mal və xidmətin dəyəri, həmçinin 343,51 manat avans məbləği olmaqla, cəmi 3239,59 (üç min iki yüz otuz doqquz manat əlli doqquz qəpik) manat borc pul və ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar