Məhkəmə qərarları › İş №e-2(047)-82/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-82/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-82/2024 12.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2115-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli 1543-L/17 nömrəli, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli və xx.xx.2017-ci il tarixli 311- LD/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 2115-GL/17 nömrəli müqavilə üzrə 3731,00 manat gecikdirilmiş borcu və 982,26 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1543-L/17 nömrəli müqavilə üzrə 290,00 manat gecikdirilmiş borcu və 409,32 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli müqavilə üzrə 37280,40 manat gecikdirilmiş borcu və 50069,99 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli müqavilə üzrə 4591,31 manat gecikdirilmiş borcu və 6198,64 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 311-LD/17 nömrəli müqavilə üzrə isə 1148,80 manat gecikdirilmiş borcu və 1551,37 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin onlar qanunun tələblərinə əsasən məhkəmədə iddianın qaldırılması üçün dövlət rüsumunun ödənilməsindən də azaddırlar. Eyni zamanda bildirirlər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət olunmuş və həmin haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, Cavabdeh beş müqavilə üzrə 47041,51 manat gecikdirilmiş əsas borc və 59211,58 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manatın, cəmi 106753,09 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 2115- GL/17 nömrəli müqavilə üzrə əsas borc məbləğindən 2000 manat ödənildiyindən xx.xx.2017ci il tarixli 2115-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1731,00 (bir min yeddi yüz otuz bir) manat gecikdirilmiş borcun və hesablanmış 982,26 (doqquz yüz səksən iki manat 26 qəpik) manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1543-L/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 290,00 (iki yüz doxsan) manat gecikdirilmiş borcun və hesablanmış 409,32 (dörd yüz doqquz manat 32 qəpik) manat cərimə borcunun, xx.xx.2017ci il tarixli 309-LD/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 37280,40 (otuz yeddi min iki yüz səksən manat 40 qəpik) manat gecikdirilmiş borcun və hesablanmış 50069,99 (əlli min altmış doqquz manat 99 qəpik) manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 4591,31 (dörd min beş yüz doxsan bir manat 31 qəpik) manat gecikdirilmiş borcun və hesablanmış 6198,64 (altı min bir yüz doxsan səkkiz manat 64 qəpik) manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 311-LD/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1148,80 (bir min bir yüz qırx səkkiz manat 80 qəpik) manat gecikdirilmiş borcun və hesablanmş 1551,37 (bir min beş yüz əlli bir manat 37 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manatın, cəmi 104753,09 (bir yüz dörd min yeddi yüz əlli üç manat doqquz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, "xxxx" ASC ("xxxx" ASC) ilə onun arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən o, satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını və iribuynuzlu mal-qaranı İizinqə götürmüşdür. Maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə borcu yaranmışdır. O, iddia tələbini əsas və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat hissəsində qəbul edir, lakin cərmə borcu hissəsində isə qəbul etmir. Odur ki, iddia tələbinin izahatına uyğun qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 2115-GL/17 saylı lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə dəyəri 3740 manat məbləğində qiymətləndirilən Kotan 4 gövdəli asma (təkərli)-AK—4-35 və 47250 manat məbləğində qiymətləndirilən traktor Belarus-892 markalı texnika lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 1543-L/17 saylı lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə dəyəri 3900 manat məbləğində qiymətləndirilən Yemqıran asılan karataş markalı texnika lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 309 LD/17 saylı lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə dəyəri 83410,80 manat məbləğində qiymətləndirilən Holştin-Friz 33 baş inək lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 310 LD/17 saylı lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə dəyəri 10110,40 manat məbləğində qiymətləndirilən Holştin-Friz 4 baş inək lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 311 LD/17 saylı lizinq müqaviləsindən və təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə dəyəri 2527,60 manat məbləğində qiymətləndirilən Holştin-Friz 1 baş inək lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə Cavabdeh lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından və müvafiq ödəniş qəbzindən görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixli 2115-GL/17 nömrəli müqavilə üzrə 1731 manat gecikdirilmiş borc və hesablanmış 982,26 manat cərimə, xx.xx.2017-ci il tarixli 1543-L/17 nömrəli müqavilə üzrə 290 manat gecikdirilmiş borc və hesablanmış 409,32 manat cərimə, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli müqavilə üzrə 37280,40 manat gecikdirilmiş borc və 50069,99 manat cərimə, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli müqavilə üzrə 4591,31 manat gecikdirilmiş borc və 6198,64 manat cərimə və xx.xx.2017-ci il tarixli 311-LD/17 nömrəli müqavilə üzrə isə 1148,80 manat gecikdirilmiş borc və 1551,37 manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilən 000İPX12329928EF saylı ödəniş tapşırığından və müqavilədən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardımla bağlı 500 (beş yüz) manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, cavabdehə müqavilələrə əsasən ödəməli olduğu borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-nin 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-nin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-nin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-nin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2115-GL/17 nömrəli, xx.xx.2017-ci il tarixli 1543- L/17 nömrəli, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli və xx.xx.2017-ci il tarixli 311-LD/17 nömrəli müqavilələrə əsasən lizinq verən tərəfindən lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə cavabdeh tərəfindən satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları və iribuynuzlu mal-qara Cavabdeh İizinqə verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli fərmanına əsasən "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin müvafiq müqavilələrə əsasən tələb hüququ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Lakin Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, həmçinin məhkəmə baxışı gedişatında əsas borcundan 2000 manat ödəniş etmiş və nəticədə cavabdehin xx.xx.2017-ci il tarixli 2115- GL/17 nömrəli müqavilə üzrə 1731 manat gecikdirilmiş borc və hesablanmış 982,26 manat cərimə, xx.xx.2017-ci il tarixli 1543-L/17 nömrəli müqavilə üzrə 290 manat gecikdirilmiş borc və hesablanmış 409,32 manat cərimə, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli müqavilə üzrə 37280,40 manat gecikdirilmiş borc və 50069,99 manat cərimə, xx.xx.2017-ci il tarixli 310- LD/17 nömrəli müqavilə üzrə 4591,31 manat gecikdirilmiş borc və 6198,64 manat cərimə və xx.xx.2017-ci il tarixli 311-LD/17 nömrəli müqavilə üzrə isə 1148,80 manat gecikdirilmiş borc və 1551,37 manat məbləğində cərimə borcu qalmışdır. Bundan əlavə MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh ümumilikdə beş müqvilə üzrə 59211,58 manat məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından dəbbə pulunun azaldılması və iddianı cərimə hissəsində xx.xx.2017-ci il tarixli 2115-GL/17 nömrəli müqavilə üzrə 150 manat, xx.xx.2017-ci il tarixli 1543-L/17 nömrəli müqavilə üzrə 50 manat, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli müqavilə üzrə 1400 manat, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli müqavilə üzrə 300 manat və xx.xx.2017-ci il tarixli 311-LD/17 nömrəli müqavilə üzrə isə 100 manat ümumilikdə beş müqavilə üzrə 2000 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddia tələbi qismən təmin edilsə də əsas məbləğ dəyişmədiyindən, eyni zamanda Cavabdeh da hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləği qəbul etdiyindən iddiaçının hüquqi yardımla bağlı iddia ərizəsinə əsasən tələb etdiyi 500 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh xx.xx.2017-ci il tarixli 2115-GL/17 nömrəli müqavilə üzrə 1731 manat gecikdirilmiş əsas borc və hesablanmış 150 manat cərimə, xx.xx.2017-ci il tarixli 1543- L/17 nömrəli müqavilə üzrə 290 manat gecikdirilmiş əsas borc və hesablanmış 50 manat cərimə, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli müqavilə üzrə 37280,40 manat gecikdirilmiş əsas borc və 1400 manat cərimə, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli müqavilə üzrə 4591,31 manat gecikdirilmiş əsas borc və 300 manat cərimə və xx.xx.2017-ci il tarixli 311- LD/17 nömrəli müqavilə üzrə 1148,80 manat gecikdirilmiş əsas borc və 100 cərimə, cəmi 45041,51 manat gecikdirilmiş əsas borc, 2000 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, ümumilikdə 47541,51 manat məbləğində pul tutulub iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməli və iddia tələbi qalan hissələrdə isə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 2115-GL/17 nömrəli müqavilə üzrə 1731 manat gecikdirilmiş əsas borc və hesablanmış 150 manat cərimə, xx.xx.2017-ci il tarixli 1543-L/17 nömrəli müqavilə üzrə 290 manat gecikdirilmiş əsas borc və hesablanmış 50 manat cərimə, xx.xx.2017-ci il tarixli 309-LD/17 nömrəli müqavilə üzrə 37280,40 manat gecikdirilmiş əsas borc və 1400 manat cərimə, xx.xx.2017-ci il tarixli 310-LD/17 nömrəli müqavilə üzrə 4591,31 manat gecikdirilmiş əsas borc və 300 manat cərimə və xx.xx.2017-ci il tarixli 311-LD/17 nömrəli müqavilə üzrə 1148,80 manat gecikdirilmiş əsas borc və 100 cərimə, cəmi 45041,51 manat gecikdirilmiş əsas borc, 2000 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, ümumilikdə 47541,51 (qırx yeddi min beş yüz qırx bir manat əlli bir qəpik) manat məbləğində borc pul tutulub iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə isə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar