Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1000/2025 12.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Apple Adapter”, İMEİ kodu **********50808 olan “İphone 13” markalı telefon, “Vinil şəffaf” üçün 1031,35 (min otuz bir manat otuz beş qəpik) manat ödənilməmiş hissə və 103,14 (yüz üç manat on dörd qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Paket Apple” xidməti üçün 36,63 (otuz altı manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 3,66 (üç manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1174,78 (min yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat borc və 31,75 (otuz bir manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən “X1 2 İl” xidməti, “Paket XXXL” xidməti, “Apple Adapter”, İMEİ kodu **********50808 olan “İphone 13” markalı telefon, “Vinil Şəffaf”, “Paket Apple” xidməti almış və nəticədə 1174,78 (min yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2157,66 (iki min yüz əlli yeddi manat altmış altı qəpik) manat (18 ay x 119,87 manat + 0 manat ilkin ödəniş) “X1 2 il” xidməti, “Paket XXXL” xidməti, “Apple Adapter”, İMEİ kodu **********50808 olan “İphone 13” markalı telefon, “Vinil şəffaf” üçün ümumilikdə 1134,49 (min yüz otuz dörd manat qırx doqquz qəpik) manat olmaqla ondan 1031,35 (min otuz bir manat otuz beş qəpik) manat ödənilməmiş hissə və 103,14 (yüz üç manat on dörd qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 3,33 manat + 0 manat ilkin ödəniş) olan “Paket Apple” xidməti üçün ümumilikdə 40,29 (qırx manat iyirmi doqquz qəpik) manat olmaqla ondan 36,63 (otuz altı manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 3,66 (üç manat altmış altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixində “X2 2 il” xidməti, “Paket XXXL” xidmətindən imtina etmiş və məhsul 469,99 (dörd yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmşdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 656,32 (altı yüz əlli altı manat otuz iki qəpik) manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 469,99 (dörd yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat, digər müqavilə üzrə ödənilən məbləğ 23,31 (iyirmi üç manat otuz bir qəpik) manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən “X1 2 İl” xidməti, “Paket XXXL” xidməti, “Apple Adapter”, İMEİ kodu **********50808 olan “İphone 13” markalı telefon, “Vinil Şəffaf”, “Paket Apple” xidməti almış və nəticədə 1174,78 (min yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2157,66 (iki min yüz əlli yeddi manat altmış altı qəpik) manat (18 ay x 119,87 manat + 0 manat ilkin ödəniş) “X1 2 il” xidməti, “Paket XXXL” xidməti, “Apple Adapter”, İMEİ kodu **********50808 olan “İphone 13” markalı telefon, “Vinil şəffaf” üçün ümumilikdə 1134,49 (min yüz otuz dörd manat qırx doqquz qəpik) manat olmaqla ondan 1031,35 (min otuz bir manat otuz beş qəpik) manat ödənilməmiş hissə və 103,14 (yüz üç manat on dörd qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 3,33 manat + 0 manat ilkin ödəniş) olan “Paket Apple” xidməti üçün ümumilikdə 40,29 (qırx manat iyirmi doqquz qəpik) manat olmaqla ondan 36,63 (otuz altı manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 3,66 (üç manat altmış altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixində “X2 2 il” xidməti, “Paket XXXL” xidmətindən imtina etmiş və məhsul 469,99 (dörd yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmşdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 656,32 (altı yüz əlli altı manat otuz iki qəpik) manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 469,99 (dörd yüz altmış doqquz manat doxsan doqquz qəpik) manat, digər müqavilə üzrə ödənilən məbləğ 23,31 (iyirmi üç manat otuz bir qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 1031,35 (min otuz bir manat otuz beş qəpik) manat və 36,63 (otuz altı manat altmış üç qəpik) manat ödənilməmiş hissələrin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli müqavilə üzrə 103,14 (yüz üç manat on dörd qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1031,35 (min otuz bir manat otuz beş qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 103,14 (yüz üç manat on dörd qəpik) manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat müəyyən edilməsini daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 1031,35 (min otuz bir manat otuz beş qəpik) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1081,35 (min səksən bir manat otuz beş qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 36,63 (otuz altı manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 3,66 (üç manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 40,29 (qırx manat iyirmi doqquz qəpik) manat borc, ümumilikdə hər iki müqavilə üzrə 1121,64 (min yüz iyirmi bir manat altmış dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 31,22 (otuz bir manat iyirmi iki qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1031,35 (min otuz bir manat otuz beş qəpik) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1081,35 (min səksən bir manat otuz beş qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 36,63 (otuz altı manat altmış üç qəpik) manat ödənilməmiş hissə və 3,66 (üç manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 40,29 (qırx manat iyirmi doqquz qəpik) manat borc, ümumilikdə hər iki müqavilə üzrə 1121,64 (min yüz iyirmi bir manat altmış dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 31,22 (otuz bir manat iyirmi iki qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-1000/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1000/2025
12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver