Məhkəmə qərarları › İş №e-2(048)-1001/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1001/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1001/2025 12.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “Samsung Tv”, “Zəmanət + 1 il” xidməti üçün 1564,7 (min beş yüz altmış dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə və 156,47 (yüz əlli altı manat qırx yeddi qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08849 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil şəffaf”, “Samsung Charger”, “HD Glass”, “Paket L” xidməti, “X1 1 il” xidməti üçün 287,78 (iki yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə və 28,78 (iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97785 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil Mat”, “Paket L” xidməti, “X1 3 il” xidməti üçün 384,04 (üç yüz səksən dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 38,4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2483,77 (iki min dörd yüz səksən üç manat yetmiş yeddi qəpik) manat borc və 44,84 (qırx dörd manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən “Samsung Tv”, “Zəmanət + 1 il” xidməti, İMEİ kodu **********08849 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil şəffaf”, “Samsung Charger”, “HD Glass”, “Paket L” xidməti, “X1 1 il” xidməti, İMEİ kodu **********97785 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil Mat”, “Paket L” xidməti, “X1 3 il” xidməti almış və nəticədə 2483,77 (iki min dörd yüz səksən üç manat yetmiş yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1827,96 (min səkkiz yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat (18 ay x 93,22 manat + 150 manat ilkin ödəniş) “Samsung Tv”, “Zəmanət + 1 il” xidməti üçün ümumilikdə 1721,17 (min yeddi yüz iyirmi bir manat on yeddi qəpik) manat olmaqla ondan, 1564,7 (min beş yüz altmış dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə və 156,47 yüz əlli altı manat qırx yeddi qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 644,56 (altı yüz qırx dörd manat əlli altı qəpik) manat (12 ay x 52,88 manat + 10 manat ilkin ödəniş) olan “Paket L” xidməti, İMEİ kodu **********23937 olan “Samsung Galaxy A14” markalı telefon İMEİ kodu **********08849 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil şəffaf”, “Samsung Charger”, “HD Glass”, “Paket L” xidməti, “X1 1 il” xidməti üçün ümumilikdə 316,56 (üç yüz on altı manat əlli altı qəpik) manat olmaqla ondan, 287,78 (iki yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə və 28,78 (iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 602,04 (altı yüz iki manat dörd qəpik) manat (12 ay x 50,17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********97785 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil Mat”, “Paket L” xidməti, “X1 3 il” xidməti üçün ümumilikdə 446,04 (dörd yüz qırx altı manat dörd qəpik) manat olmaqla ondan, 384,04 (üç yüz səksən dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 38,4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 838,04 (səkkiz yüz otuz səkkiz manat dörd qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən “Samsung Tv”, “Zəmanət + 1 il” xidməti, İMEİ kodu **********08849 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil şəffaf”, “Samsung Charger”, “HD Glass”, “Paket L” xidməti, “X1 1 il” xidməti, İMEİ kodu **********97785 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil Mat”, “Paket L” xidməti, “X1 3 il” xidməti almış və nəticədə 2483,77 (iki min dörd yüz səksən üç manat yetmiş yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1827,96 (min səkkiz yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat (18 ay x 93,22 manat + 150 manat ilkin ödəniş) “Samsung Tv”, “Zəmanət + 1 il” xidməti üçün ümumilikdə 1721,17 (min yeddi yüz iyirmi bir manat on yeddi qəpik) manat olmaqla ondan, 1564,7 (min beş yüz altmış dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə və 156,47 yüz əlli altı manat qırx yeddi qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 644,56 (altı yüz qırx dörd manat əlli altı qəpik) manat (12 ay x 52,88 manat + 10 manat ilkin ödəniş) olan “Paket L” xidməti, İMEİ kodu **********23937 olan “Samsung Galaxy A14” markalı telefon İMEİ kodu **********08849 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil şəffaf”, “Samsung Charger”, “HD Glass”, “Paket L” xidməti, “X1 1 il” xidməti üçün ümumilikdə 316,56 (üç yüz on altı manat əlli altı qəpik) manat olmaqla ondan, 287,78 (iki yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə və 28,78 (iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 602,04 (altı yüz iki manat dörd qəpik) manat (12 ay x 50,17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********97785 olan “Samsung Galaxy A15” markalı telefon, “Vinil Mat”, “Paket L” xidməti, “X1 3 il” xidməti üçün ümumilikdə 446,04 (dörd yüz qırx altı manat dörd qəpik) manat olmaqla ondan, 384,04 (üç yüz səksən dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 38,4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 838,04 (səkkiz yüz otuz səkkiz manat dörd qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1564,7 (min beş yüz altmış dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 287,78 (iki yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 384,04 (üç yüz səksən dörd manat dörd qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2025-ci il tarixli müqavilə üzrə 156,47 (yüz əlli altı manat qırx yeddi qəpik) manat cərimə borcunun tutulması”, “xx.xx.2024-cü il tarixli müqavilə üzrə 28,78 (iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat cərimə borcunun tutulması” və “xx.xx.2024-cü il tarixli müqavilə üzrə 38,4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1564,7 (min beş yüz altmış dörd manat yetmiş qəpik) manat məbləğində ödənilməmiş hissənin, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 287,78 (iki yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissənin, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 384,04 (üç yüz səksən dörd manat dörd qəpik) manat ödənilməmiş hissənin müəyyən olunduğunu nəzərə alaraq, alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 156,47 (yüz əlli altı manat qırx yeddi qəpik) manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 28,78 (iyirmi səkkiz manat yetmiş səkkiz qəpik) manat dəbbə pulunun azaldılaraq 10 (on) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 38,4 (otuz səkkiz manat qırx qəpik) manat dəbbə pulunun azaldılaraq 15 (on beş) manat müəyyən edilməsini daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025ci il tarixli müqaviləyə əsasən 1564,7 (min beş yüz altmış dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1614,7 (min altı yüz on dörd manat yetmiş qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 287,78 (iki yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 297,78 (iki yüz doxsan yeddi manat yetmiş səkkiz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 384,04 (üç yüz səksən dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 422,64 (dörd yüz iyirmi iki manat altmış dörd qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 2335,12 (iki min üç yüz otuz beş manat on iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 43,36 (qırx üç manat otuz altı qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1564,7 (min beş yüz altmış dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1614,7 (min altı yüz on dörd manat yetmiş qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 287,78 (iki yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 297,78 (iki yüz doxsan yeddi manat yetmiş səkkiz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 384,04 (üç yüz səksən dörd manat dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 422,64 (dörd yüz iyirmi iki manat altmış dörd qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 2335,12 (iki min üç yüz otuz beş manat on iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 43,36 (qırx üç manat otuz altı qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar