Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1032/2025 08.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ üçün 2342,64 (iki min üç yüz qırx iki manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik), 234,26 (iki yüz otuz dörd manat iyirmi altı qəpik) manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞET üçün 668,04 (altı yüz altmış səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 66,80 (altmış altı manat səksən qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********73906 SAMSUNG GALAXYA14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 120,3 (yüz iyirmi manat otuz qəpik) manat ödənilməmiş hissə, 12,03 (on iki manat üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 3467,68 (üç min dörd yüz altmış yeddi manat altmış səkkiz qəpik) manat borc, 54,68 (əlli dörd manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞET, İMEİ KODU **********73906 SAMSUNG GALAXYA14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ almış və nəticədə 3467,68 (üç min dörd yüz altmış yeddi manat, 68 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2342,64 (iki min üç yüz qırx iki manat, 64 qəpik) manat (24 ay x 97,61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ üçün ümumilikdə, 2600,50 (iki min altı yüz manat, 50 qəpik) manat olmaqla ondan, 2342,64 (iki min üç yüz qırx iki manat, 64 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 234,26 (iki yüz otuz dörd manat,26 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 668,04 (altı yüz altmış səkkiz manat,04 qəpik) manat (12 ay x 55,67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞEüçTün ümumilikdə, 734,84 (yeddi yüz otuz dörd manat,84 qəpik) manat olmaqla ondan, 668.04 (altı yüz altmış səkkiz manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,80 (altmış altı manat, 80 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 433,08 (dörd yüz otuz üç manat, 08 qəpik) manat (18 ay x 24,06 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********73906 SAMSUNG GALAXY A14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün ümumilikdə, 132,33 (yüz otuz iki manat, 33 qəpik) manat olmaqla ondan, 120,3 (yüz iyirmi manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,03 (on iki manat, 03 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 312,78 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞET, İMEİ KODU **********73906 SAMSUNG GALAXYA14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ almış və nəticədə 3467,68 (üç min dörd yüz altmış yeddi manat, 68 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2342,64 (iki min üç yüz qırx iki manat, 64 qəpik) manat (24 ay x 97,61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏüTçİün ümumilikdə, 2600,50 (iki min altı yüz manat, 50 qəpik) manat olmaqla ondan, 2342,64 (iki min üç yüz qırx iki manat, 64 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 234,26 (iki yüz otuz dörd manat,26 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 668,04 (altı yüz altmış səkkiz manat,04 qəpik) manat (12 ay x 55,67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞEüçTün ümumilikdə, 734,84 (yeddi yüz otuz dörd manat,84 qəpik) manat olmaqla ondan, 668.04 (altı yüz altmış səkkiz manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,80 (altmış altı manat, 80 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 433,08 (dörd yüz otuz üç manat, 08 qəpik) manat (18 ay x 24,06 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********73906 SAMSUNG GALAXY A14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün ümumilikdə, 132,33 (yüz otuz iki manat, 33 qəpik) manat olmaqla ondan, 120,3 (yüz iyirmi manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,03 (on iki manat, 03 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 312,78 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 0xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ üçün 2342,64 (iki min üç yüz qırx iki manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞET üçün 668,04 (altı yüz altmış səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********73906 SAMSUNG GALAXYA14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 120,3 (yüz iyirmi manat otuz qəpik) manat ödənilməmiş hissə, 12,03 (on iki manat üç qəpik) manat cərimə borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixli müqavilə üzrə “234,26 (iki yüz otuz dörd manat iyirmi altı qəpik) manat cərimə borcunun tutulması” hissəsinə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə “66,80 (altmış altı manat səksən qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ üçün 2342,64 (iki min üç yüz qırx iki manat altmış dörd qəpik) manat əsas borcun, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞET üçün 668,04 (altı yüz altmış səkkiz manat dörd qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 234,26 (iki yüz otuz dörd manat iyirmi altı qəpik) manat dəbbə pulunun azaldılaraq 117 (yüz on yeddi) manat, 66,80 (altmış altı manat səksən qəpik) manat dəbbə pulunun azaldılaraq 33 (otuz üç) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ üçün 2342,64 (iki min üç yüz qırx iki manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik), 117 (yüz on yeddi) manat cərimə borcu olmaqla cəmi 2483,24 (iki min dörd yüz səksən üç manat iyirmi dörd qəpik) manat borc, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞET üçün 668,04 (altı yüz altmış səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu olmala cəmi 701,04 (yeddi yüz bir manat dörd qəpik) manat borc; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********73906 SAMSUNG GALAXYA14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 120,3 (yüz iyirmi manat otuz qəpik) manat ödənilməmiş hissə, 12,03 (on iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 132,33 (yüz otuz iki manat otuz üç qəpik) manat borc olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 3316,61 ( üç min üç yüz altı manat almış bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 53,16 (əlli üç manat on altı qəpik)manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********18575 İPHONE 15 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ üçün 2342,64 (iki min üç yüz qırx iki manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik), 117 (yüz on yeddi) manat cərimə borcu olmaqla cəmi 2483,24 (iki min dörd yüz səksən üç manat iyirmi dörd qəpik) manat borc, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, İMEİ KODU 4MTYD24B27400700 HUAWEİ PLANŞET üçün 668,04 (altı yüz altmış səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu olmala cəmi 701,04 (yeddi yüz bir manat dörd qəpik) manat borc; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********73906 SAMSUNG GALAXYA14 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 120,3 (yüz iyirmi manat otuz qəpik) manat ödənilməmiş hissə, 12,03 (on iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 132,33 (yüz otuz iki manat otuz üç qəpik) manat borc olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 3316,61 ( üç min üç yüz altı manat almış bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 53,16 (əlli üç manat on altı qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(048)-1032/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1032/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver