Məhkəmə qərarları › İş №e-2(048)-1069/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1069/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1069/2025 22.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET COMBOMAX XİDMƏTİ, HP PAVİLİON KOMPÜTER üçün 936,28 (doqquz yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 93,63 (doxsan üç manat altmış üç qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME üçün 243,08 (iki yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 24,31 (iyirmi dörd manat otuz bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1297,30 (min iki yüz doxsan yeddi manat otuz qəpik) manat borc, 32,98 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən PAKET COMBOMAX xidməti, HP PAVİLİON kompüter, WİNDOWS 11 HOME almış və nəticədə 1297.30 (bir min iki yüz doxsan yeddi manat 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1341.24 (bir min üç yüz qırx bir manat 24 qəpik) manat (18 ay x 71.18 manat + 60 manat ilkin ödəniş) olan PAKET COMBOMAX xidməti, HP PAVİLİON kompüter üçün ümumilikdə, 1029.91 (bir min iyirmi doqquz manat 91 qəpik) manat olmaqla ondan, 936.28 (doqquz yüz otuz altı manat 28 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 93.63 (doxsan üç manat 63 qəpik) manat cərimə; xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 319.98 (üç yüz on doqquz manat 98 qəpik) manat (6 ay x 53.33 manat + 0 manat ilkin ödəniş) olan WİNDOWS 11 HOME üçün ümumilikdə, 267.39 (iki yüz altmış yeddi manat 39 qəpik) manat olmaqla ondan, 243.08 (iki yüz qırx üç manat 8 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 24.31 (iyirmi dörd manat 31 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 481.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən PAKET COMBOMAX xidməti, HP PAVİLİON kompüter, WİNDOWS 11 HOME almış və nəticədə 1297.30 (bir min iki yüz doxsan yeddi manat 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1341.24 (bir min üç yüz qırx bir manat 24 qəpik) manat (18 ay x 71.18 manat + 60 manat ilkin ödəniş) olan PAKET COMBOMAX xidməti, HP PAVİLİON kompüter üçün ümumilikdə, 1029.91 (bir min iyirmi doqquz manat 91 qəpik) manat olmaqla ondan, 936.28 (doqquz yüz otuz altı manat 28 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 93.63 (doxsan üç manat 63 qəpik) manat cərimə; xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 319.98 (üç yüz on doqquz manat 98 qəpik) manat (6 ay x 53.33 manat + 0 manat ilkin ödəniş) olan WİNDOWS 11 HOME üçün ümumilikdə, 267.39 (iki yüz altmış yeddi manat 39 qəpik) manat olmaqla ondan, 243.08 (iki yüz qırx üç manat 8 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 24.31 (iyirmi dörd manat 31 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 481.86 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET COMBOMAX XİDMƏTİ, HP PAVİLİON KOMPÜTER üçün 936,28 (doqquz yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME üçün 243,08 (iki yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 24,31 (iyirmi dörd manat otuz bir qəpik) manat cərimə borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə “93,63 (doxsan üç manat altmış üç qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET COMBOMAX XİDMƏTİ, HP PAVİLİON KOMPÜTER üçün 936,28 (doqquz yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 93,63 (doxsan üç manat altmış üç qəpik) manat dəbbə pulunun azaldılaraq 46 (qırx altı) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, PAKET COMBOMAX XİDMƏTİ, HP PAVİLİON KOMPÜTER üçün 936,28 (doqquz yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə borcu olmaqla cəmi 982,28 (doqquz yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME üçün 243,08 (iki yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 24,31 (iyirmi dörd manat otuz bir qəpik) manat cərimə borcu olmaqla cəmi 267,39 (iki yüz altmış yeddi manat, otuz doqquz qəpik) manat borc olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1249,67 (min iki yüz qırx doqquz manat altmış yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 32,49 (otuz iki manat qırx doqquz qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET COMBOMAX XİDMƏTİ, HP PAVİLİON KOMPÜTER üçün 936,28 (doqquz yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə borcu olmaqla cəmi 982,28 (doqquz yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME üçün 243,08 (iki yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 24,31 (iyirmi dörd manat otuz bir qəpik) manat cərimə borcu olmaqla cəmi 267,39 (iki yüz altmış yeddi manat, otuz doqquz qəpik) manat borc olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1249,67 (min iki yüz qırx doqquz manat altmış yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 32,49 (otuz iki manat qırx doqquz qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar