Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1077/2025 30.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat əsas borc və 227 (iki yüz iyirmi yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 1745,89 (min yeddi yüz qırx beş manat səksən doqquz qəpik) manat borc və 37,46 (otuz yeddi manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh şəxsi istehsal üçün qısa müddət ərzində ödəmək şərtilə ümumilikdə 1818,89 manat dəyərində tikinti materialları vermişdir. Cavabdeh İddiaçı ilə bağladığı 423/18 saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən götürdüyü malın dəyərini 30 gün müddətində İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehlə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə imzalanmış 11404 nömrəli “Öhdəliklərin qarşılıqlı tanınması aktı”na əsasən, cavabdeh yaranmış borcu etiraf edərək aktın imzalandığı tarixdən etibarən 15 gün müddətində ödəməyi öhdəsinə götürmüş, lakin 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borc qalığını ödəməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh izahat verərək İddiaçındən 1818,89 manat dəyərində götürdüyü malı imkanı olmadığı üçün ödəyə bilmədiyini, həmin pulu avqust-sentyabr ayı ərzində tam ödəyəcəyini bildirmişdir. Lakin “öhdəliklərin qarşılıqlı tanınması akt”ın imzalandığı müddətdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, borcluya dəfələrlə şifahi, telefon əlaqəsi və rəsmi bildiriş vasitəsilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh yalnız 300 (üç yüz) manat məbləğində qismən ödəniş etmiş, qalan 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) məbləğində borcu ödəməmişdir. Cavabdeh şifahi razılaşmanın şərtlərini pozaraq müəyyən edilmiş müddətdə borc məbləğini İddiaçınə qaytarmamışdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə qarşı pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda cavabdehə borcun könüllü şəkildə ödənilməsi üçün 3 (üç) gün müddət verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh şəxsi istehsal üçün qısa müddət ərzində ödəmək şərtilə ümumilikdə 1818,89 manat dəyərində tikinti materialları vermişdir. Cavabdeh İddiaçı ilə bağladığı 423/18 saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən götürdüyü malın dəyərini 30 gün müddətində İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehlə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə imzalanmış 11404 nömrəli “Öhdəliklərin qarşılıqlı tanınması aktı”na əsasən, cavabdeh yaranmış borcu etiraf edərək aktın imzalandığı tarixdən etibarən 15 gün müddətində ödəməyi öhdəsinə götürmüş, lakin 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat məbləğində borc qalığını ödəməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Müqavilənin 6.2-ci bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin 0,5% həcmində dəbbə pulu ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ilə bağladığı 423/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı məhkəmə qaydasında Cavabdeh 423/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tikinti materialları üçün 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat əsas borcu tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “423/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 227 (iki yüz iyirmi yeddi) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, eləcə də 423/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 227 (iki yüz iyirmi yeddi) manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 423/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat əsas borc və 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 1568,89 (min beş yüz altmış səkkiz manat səksən doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 35,69 (otuz beş manat altmış doqquz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumunun 1,77 (bir manat yetmiş yeddi qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 423/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 1518,89 (min beş yüz on səkkiz manat səksən doqquz qəpik) manat əsas borc və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1568,89 (min beş yüz altmış səkkiz manat səksən doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 35,69 (otuz beş manat altmış doqquz qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-1077/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1077/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver