Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-128/2025 17.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 37,9 (otuz yeddi manat doxsan qəpik) manat əsas borc, 5,6 (beş manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 43,5 (qırx üç manat əlli qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 109,9 (yüz doqquz manat doxsan qəpik) manat əsas borc, 16,4 (on altı manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 126,3 (yüz iyirmi altı manat otuz qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 147,8 (yüz qırx yeddi manat səksən qəpik) manat əsas borc və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 169,8 (yüz altmış doqquz manat səksən qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomi” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499,99 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Simfer” markalı elektrikli sobaya görə 18 ay ödəniş cədvəli üzrə 10 manat olmaqla, cəmi 179,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü ildə 42 manat ödəniş etmiş və xx.xx.2023cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü ildə 10 manat ödəniş ödəmiş, iki müqavilə üzrə 147,8 (yüz qırx yeddi manat səksən qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytar ıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 56 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləsi üzrə 164 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğlərinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğlərinin 10%-i, yəni 5,6 və 16,4 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 37,9 (otuz yeddi manat doxsan qəpik) manat əsas borc, 5,6 (beş manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 43,5 (qırx üç manat əlli qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 109,9 (yüz doqquz manat doxsan qəpik) manat əsas borc, 16,4 (on altı manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 126,3 (yüz iyirmi altı manat otuz qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 147,8 (yüz qırx yeddi manat səksən qəpik) manat əsas borc və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 169,8 (yüz altmış doqquz manat səksən qəpik) manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “Xiaomi” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499,99 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Simfer” markalı elektrikli sobaya görə 18 ay ödəniş cədvəli üzrə 10 manat olmaqla, cəmi 179,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü ildə 42 manat ödəniş etmiş və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024cü ildə 10 manat ödəniş ödəmiş, iki müqavilə üzrə 147,8 (yüz qırx yeddi manat səksən qəpik) manat borcu qaytarmamışdır. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 37,9 (otuz yeddi manat doxsan qəpik) manat əsas borc, 5,6 (beş manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 43,5 (qırx üç manat əlli qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 109,9 (yüz doqquz manat doxsan qəpik) manat əsas borc, 16,4 (on altı manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 126,3 (yüz iyirmi altı manat otuz qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 147,8 (yüz qırx yeddi manat səksən qəpik) manat əsas borc və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 169,8 (yüz altmış doqquz manat səksən qəpik) manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 179,9 (yüz yetmiş doqquz manat doxsan qəpik) manat əsas borc və 26,9 (iyirmi altı manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 206,8 (iki yüz altı manat səksən qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 189,9 (yüz səksən doqquz manat doxsan qəpik) manat əsas borc, 28,4 (iyirmi səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 218,3 (iki yüz on səkkiz manat otuz qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə cəmi 425,1 (dörd yüz iyirmi beş manat on qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 37,9 (otuz yeddi manat doxsan qəpik) manat əsas borc, 5,6 (beş manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 43,5 (qırx üç manat əlli qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 109,9 (yüz doqquz manat doxsan qəpik) manat əsas borc, 16,4 (on altı manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 126,3 (yüz iyirmi altı manat otuz qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 147,8 (yüz qırx yeddi manat səksən qəpik) manat əsas borc və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 169,8 (yüz altmış doqquz manat səksən qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 37,9 (otuz yeddi manat doxsan qəpik) manat əsas borc, 5,6 (beş manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 43,5 (qırx üç manat əlli qəpik) manat borc, xx.xx.2023cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 109,9 (yüz doqquz manat doxsan qəpik) manat əsas borc, 16,4 (on altı manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 126,3 (yüz iyirmi altı manat otuz qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 147,8 (yüz qırx yeddi manat səksən qəpik) manat əsas borc və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, cəmi 169,8 (yüz altmış doqquz manat səksən qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-128/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-128/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver