Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-148/2025 17.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Soyuducu Hoffmann” üçün 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat ödənilməmiş hissə və 148,95 (yüz qırx səkkiz manat doxsan beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon üçün 416,9 (dörd yüz on altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (iyirmi üç manat, altmış qəpik) manat və 125,07 (yüz iyirmi beş manat yeddi qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15” markalı telefon üçün 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (iyirmi üç manat, altmış qəpik) manat və 116,7 (yüz on altı manat yetmiş qəpik) manat cərimə olmaqla ümumilikdə 1740,32 (min yeddi yüz qırx manat otuz iki qəpik) manat borc və 37,41 (otuz yeddi manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, “Soyuducu Hoffmann”, İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon, Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15”markalı telefon almış və nəticədə 1740,32 (min yeddi yüz qırx manat otuz iki qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 971,8 (doqquz yüz yetmiş bir manat səksən qəpik) manat (6 ay x 154.8 manat + 43 manat ilkin ödəniş) olan “Soyuducu Hoffmann” üçün ümumilikdə, 645,45 (altı yüz qırx beş manat qırx beş qəpik) manat olmaqla ondan, 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 148,95 (yüz qırx səkkiz manat doxsan beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 620,06 (altı yüz iyirmi manat altı qəpik) manat (18 ay x 31.67 manat + 50 manat ilkin ödəniş) olan İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon üçün ümumilikdə, 565,57 (beş yüz altmış beş manat əlli yeddi qəpik) manat olmaqla ondan, 416,9 (dörd yüz on altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 125,07 (yüz iyirmi beş manat yeddi qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 597 (beş yüz doxsan yeddi) manat (12 ay x 43.5 manat + 75 manat ilkin ödəniş) olan “Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15” markalı telefon üçün ümumilikdə, 529,3 (beş yüz iyirmi doqquz manat otuz qəpik) manat olmaqla ondan, 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 116,7 (yüz on altı manat yetmiş qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1302,4 (min üç yüz iki manat qırx qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, “Soyuducu Hoffmann”, İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon, Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15”markalı telefon almış və nəticədə 1740,32 (min yeddi yüz qırx manat otuz iki qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 971,8 (doqquz yüz yetmiş bir manat səksən qəpik) manat (6 ay x 154.8 manat + 43 manat ilkin ödəniş) olan “Soyuducu Hoffmann” üçün ümumilikdə, 645,45 (altı yüz qırx beş manat qırx beş qəpik) manat olmaqla ondan, 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 148,95 (yüz qırx səkkiz manat doxsan beş qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 620,06 (altı yüz iyirmi manat altı qəpik) manat (18 ay x 31.67 manat + 50 manat ilkin ödəniş) olan İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon üçün ümumilikdə, 565,57 (beş yüz altmış beş manat əlli yeddi qəpik) manat olmaqla ondan, 416,9 (dörd yüz on altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 125,07 (yüz iyirmi beş manat yeddi qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 597 (beş yüz doxsan yeddi) manat (12 ay x 43.5 manat + 75 manat ilkin ödəniş) olan “Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15” markalı telefon üçün ümumilikdə, 529,3 (beş yüz iyirmi doqquz manat otuz qəpik) manat olmaqla ondan, 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 116,7 (yüz on altı manat yetmiş qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1302,4 (min üç yüz iki manat qırx qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Soyuducu Hoffmann” üçün 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon üçün 416,9 (dörd yüz on altı manat doxsan qəpik) manat ödənilməmiş hissə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15” markalı telefon üçün 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə “148,95 (yüz qırx səkkiz manat doxsan beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə, xx.xx.2024cü il tarixli müqavilə üzrə “125,07 (yüz iyirmi beş manat yeddi qəpik) manat cərimə borcunun tutulması” hissəsinə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə, “116,7 (yüz on altı manat yetmiş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Soyuducu Hoffmann” üçün 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon üçün 416,9 (dörd yüz on altı manat doxsan qəpik) manat əsas borcun və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15” markalı telefon üçün 389 (üç yüz səksən doqquz) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 148,95 (yüz qırx səkkiz manat doxsan beş qəpik) manat dəbbə pulunun azaldılaraq 40 (qırx) manat, 125,07 (yüz iyirmi beş manat yeddi qəpik) manat dəbbə pulunun azaldılaraq 30 (otuz) manat, müvafiq olaraq 116,7 (yüz on altı manat yetmiş qəpik) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, “Soyuducu Hoffmann” üçün 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat ödənilməmiş hissə və 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 536,5 (beş yüz otuz altı manat əlli qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon üçün 416,9 (dörd yüz on altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum və 30 (otuz) manat cərimə borcu olmaqla, 470,5 (dörd yüz yetmiş manat əlli qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15” markalı telefon üçün , 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 432,6 (dörd yüz otuz iki manat altmış qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 1439,6 (min dörd yüz otuz doqquz manat altmış qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 34,49 (otuz dörd manat qırx doqquz qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Soyuducu Hoffmann” üçün 496,5 (dörd yüz doxsan altı manat əlli qəpik) manat ödənilməmiş hissə və 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 536,5 (beş yüz otuz altı manat əlli qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62047 olan “Blackview A96” markalı telefon üçün 416,9 (dörd yüz on altı manat doxsan qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum və 30 (otuz) manat cərimə borcu olmaqla, 470,5 (dörd yüz yetmiş manat əlli qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Case”, “Samsung 25W Compact Charger”, “X1”, İMEİ kodu **********30463 olan “Samsung Galaxy A15” markalı telefon üçün 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 432,6 (dörd yüz otuz iki manat altmış qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 1439,6 (min dörd yüz otuz doqquz manat altmış qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 34,49 (otuz dörd manat qırx doqquz qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-148/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-148/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver