Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-219/2024 15.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Kiçibəyov Atabəy Qələbəy oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 156.1 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində və maps arayışında cavbadehin qeydiyyat ünvanı Cəlilabad rayonu Alar kəndi qeyd olunmuşdur. Bununla da, İddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin məcəllənin 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 152.3-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, qəraraaldım: İddiaçı MMC-nin cavabdeh X2 qarşı alqı satqı müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(048)-219/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-219/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver