Məhkəmə qərarları › İş №e-2(048)-279/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-279/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-279/2025 06.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********28260 olan “X1 13” markalı telefon üçün 463,30 (dörd yüz altmış üç manat, 30 qəpik) manat ödənilməmiş hissə və 138,99 (yüz otuz səkkiz manat, 99 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “TCL LED TV, Yupiter YP TV” asqısı üçün 445,50 (dörd yüz qırx beş manat, 50 qəpik) manat ödənilməmiş hissə və 133,65 (yüz otuz üç manat, 65 qəpik) manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq üçün , 148,40 (yüz qırx səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə və 44,52 (qırx dörd manat, 52 qəpik) manat cərimə olmaqla ümumilikdə 1374,36 (min üç yüz yetmiş dörd manat, 36 qəpik) manat borc və 33,75 (otuz üç manat, 75 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********28260 olan “X1 13” markalı telefon, “TCL LED TV, Yupiter YP TV” asqısı, “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq almış və nəticədə 1374.36 (min üç yüz yetmiş dörd manat, 36 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 703.08 (yeddi yüz üç manat,08 qəpik) manat (18 ay x 39.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********28260 olan “X1 13” markalı telefon üçün ümumilikdə, 602.29 (altı yüz iki manat, 29 qəpik) manat olmaqla ondan, 463.30 (dörd yüz altmış üç manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.99 (yüz otuz səkkiz manat, 99 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 729 (yeddi yüz iyirmi doqquz) manat (18 ay x 40.50 manat + 0 manat ilkin ödəniş) olan “TCL LED TV, Yupiter YP TV” asqısı üçün ümumilikdə, 579.15 (beş yüz yetmiş doqquz manat,15 qəpik) manat olmaqla ondan, 445.50 (dörd yüz qırx beş manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 133.65 (yüz otuz üç manat, 65 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 311.04 (üç yüz on bir manat, 04 qəpik) manat (18 ay x 17.28 manat + 0 manat ilkin ödəniş) olan “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq üçün ümumilikdə, 192.90 (yüz doxsan iki manat, 90 qəpik) manat olmaqla ondan, 148.40 (yüz qırx səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.52 (qırx dörd manat, 52 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 685.92 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********28260 olan “X1 13” markalı telefon, “TCL LED TV, Yupiter YP TV” asqısı, “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq almış və nəticədə 1374.36 (min üç yüz yetmiş dörd manat, 36 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 703.08 (yeddi yüz üç manat,08 qəpik) manat (18 ay x 39.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********28260 olan “X1 13” markalı telefon üçün ümumilikdə, 602.29 (altı yüz iki manat, 29 qəpik) manat olmaqla ondan, 463.30 (dörd yüz altmış üç manat, 30 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 138.99 (yüz otuz səkkiz manat, 99 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 729 (yeddi yüz iyirmi doqquz) manat (18 ay x 40.50 manat + 0 manat ilkin ödəniş) olan “TCL LED TV, Yupiter YP TV” asqısı üçün ümumilikdə, 579.15 (beş yüz yetmiş doqquz manat,15 qəpik) manat olmaqla ondan, 445.50 (dörd yüz qırx beş manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 133.65 (yüz otuz üç manat, 65 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 311.04 (üç yüz on bir manat, 04 qəpik) manat (18 ay x 17.28 manat + 0 manat ilkin ödəniş) olan “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq üçün ümumilikdə, 192.90 (yüz doxsan iki manat, 90 qəpik) manat olmaqla ondan, 148.40 (yüz qırx səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.52 (qırx dörd manat, 52 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 685.92 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********28260 olan “X1 13” markalı telefon üçün 463,30 (dörd yüz altmış üç manat, 30 qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “TCL LED TV, Yupiter YP TV” asqısı üçün 445,50 (dörd yüz qırx beş manat, 50 qəpik) manat ödənilməmiş hissənin və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq üçün üçün , 148,40 (yüz qırx səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə “138,99 (yüz otuz səkkiz manat, 99 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə,xx.xx.2024-cü il tarixli müqavilə üzrə “133,65 (yüz otuz üç manat, 65 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə, “44,52 (qırx dörd manat, 52 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********28260 olan “X1 13” markalı telefon üçün 463,30 (dörd yüz altmış üç manat, 30 qəpik) manat məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “TCL LED TV, Yupiter YP TV” asqısı üçün 445,50 (dörd yüz qırx beş manat, 50 qəpik)manat əsas borcun və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq üçün üçün , 148,40 (yüz qırx səkkiz manat, 40 qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 138,99 (yüz otuz səkkiz manat, 99 qəpik) manat dəbbə pulunun azaldılaraq 23 (iyirmi üç) manat ,133,65 (yüz otuz üç manat, 65 qəpik) manat dəbbə pulunun azaldılaraq 22 (iyirmi iki) manat müvafiq olaraq 44,52 (qırx dörd manat, 52 qəpik) manat dəbbə pulunun azaldılaraq 7 (yeddi) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********28260 olan “X1 13” markalı telefon üçün 463,30 (dörd yüz altmış üç manat, 30 qəpik) manat ödənilməmiş hissə və 23 (iyirmi üç) manat cərimə borcu olmaqla, 486,30 (dörd yüz səksən altı manat, 30 qəpik) manat borc və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “TCL LED TV, Yupiter YP TV” asqısı üçün 445,50 (dörd yüz qırx beş manat, 50 qəpik) manat ödənilməmiş hissə və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, 467,50 (dörd yüz altmış yeddi manat, 50 qəpik) manat borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq üçün 148,40 (yüz qırx səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə və 7 (yeddi) manat cərimə borcu olmaqla, 155,40 (yüz əlli beş manat, 40 qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 1109,2 (min yüz doqquz manat 20 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 31,09 (otuz bir manat doqquz qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********28260 olan “X1 13” markalı telefon üçün 463,30 (dörd yüz altmış üç manat, 30 qəpik) manat ödənilməmiş hissə və 23 (iyirmi üç) manat cərimə borcu olmaqla, 486,30 (dörd yüz səksən altı manat, 30 qəpik) manat borc və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “TCL LED TV, Yupiter YP TV” asqısı üçün 445,50 (dörd yüz qırx beş manat, 50 qəpik) manat ödənilməmiş hissə və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, 467,50 (dörd yüz altmış yeddi manat, 50 qəpik) manat borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Kıeslect Callıng watch KR Pro” qol saatı, “SBS” qulaqlıq üçün 148,40 (yüz qırx səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə və 7 (yeddi) manat cərimə borcu olmaqla, 155,40 (yüz əlli beş manat, 40 qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 1109,2 (min yüz doqquz manat 20 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 31,09 (otuz bir manat doqquz qəpik) manat manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar