Məhkəmə qərarları › İş №e-2(048)-29/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-29/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-29/2025 15.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5231,28 (beş min iki yüz otuz bir manat iyirmi səkkiz qəpik) manat sığorta ödənişi məbləğinin və 72,32 (yetmiş iki manat otuz iki qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC mülkiyyətində оlan «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоlnəqliyyat hadisələrindən iddiaçı–"xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSH200141757 nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2021-ci il yanvarın 20-də Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət nömrə nişanlı avtоmоbillə Lənkəran Lerik yolunun 54-cü km-də «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Lerik DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Lerik DYPŞ-in xx.xx.2021-ci il tarxili, TP4149029 nömrəliinzibati xəta haqqında tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş Mİ-108177 nömrəli iş kartına əsasən hadisə nəticəsində «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtomobilə 10531,28 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 10531,28 manat məbləği "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. Beləliklədə, cavabdehin hazırda borcu 5 231,28 manat təşkil edir (10531,28 manat (zərər məbləği) – 5000 manat ("xxxx" ASC-nin ödədiyi vəsait) – 300 manat (CSH200141757 nömrəli sığorta şəhadətnaməsində nəzərdə tutulan şərtsiz azadolma məbləği) = 5 231,28 manat). Sığоrtalı CSH 78568 nömrəli sığоrta aktının V bəndində cavabdеhə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya vеrildiyini təsdiq еtmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini,iddia tələbinin təmin edilməsini xahiş etmiş və etiraz ərizəsiylə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə məhkəmə zərərin qiymətləndirilməsi ilə bağlı qərardad çıxarmış və iş üzrə zərər müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə mərkəzinin təqdim etdiyi zərər aktına nəzər yetirdikdə məlum olur ki, nəqliyyat vasitəsinə dəymiş zərər onların təmir zamanı çəkdikləri xərcdən kəskin fərqlənir. Tərəflərindən bu hal araşdırılaraq aydınlaşdırılmışdır. Belə ki, zərər məbləğinin kəskin fərqlənməsinə səbəb yeni alınmış (5 il zəmanəti bitməmiş və servis təminatı olan) avtonəqliyyat vasitəsinin zəmanət üzrə servisində təmir olunması zamanı ödənilmiş ƏDV və ehtiyyat hissələrinin orjinal ehtiyyat hissələri ilə əvəz edilməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində sığotalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Onlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə ilkin olaraq qanunvericiliyin tələbinə əsasən dəymiş zərər məbləği müəyyən edilərək zərərçəkənə tərtib olunmuş zərər aktında qeyd olunan zərər məbləğinin ödənilməsi təklif edilmiş, lakin, zərərçəkən təqdim olunan zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmiş və təmir olunmuşdur. Təmir mərkəzi tərəfindən təqdim olunmuş elektron qaimədə göstərilmiş təmir xərcləri köçürülmə vasitəsi ilə ödənilmişdir. Cavabdeh tərəfindən vurulmuş zərər onlar tərəfindən tam həcmdə qarşılanmış və nəqliyyat vasitəsi hadisədən öncəki vəziyyətinə çatdırılmışdır. Zərərçəkmiş nəqliyyat vasitəsinin tam həcmdə hadisədən əvvəlki vəziyyətə çatdırılması üçün ümumilikdə tərəflərindən 10531,28 manat xərc çəkilmişdir. Bununla da qanunvericiliklə üzərlərinə qoyulmuş öhdəliyin icrası tam həcmdə həyata keçirilmişdir. Lakin, cavabdehin hüquqa zidd hərəkəti ilə sığortalı əmlakı zədələməklə, korlamaqla və s. yolla zərəçəkənin maddi və qeyri-maddi nemətlərinə qəsd olunmuş, bu da öz növbəsində mənfi xarakterli əmlak nəticələrinə səbəb olmuşdur. Həmin nəticələri aradan qaldırmaq və pozulmuş hüquqları bərpa etmək zərərvuran tərəfindən zərərin əvəzinin tam həcmdə ödənilməsi yolu ilə aradan qaldırılmalıdır. Məhz zərərin zərərvuran şəxsin hesabına kompensasiya olunması mülkiyyətçinin zərər vurduğu ana kimi mövcud olan vəziyyətinin bərpa edilməsini təmin edir. Bu halda, zərərvuranın zərərçəkənə dəymiş zərəri tam qarşılamalı olduğundan, ümumilikdə təmir xərcləri də, (ƏDV daxil olmaqla) zərərvuran tərəfindən tam həcmdə ödənilməli idi. Lakin hazırkı iş üzrə qiymətləndirici bu halları nəzərə almamışdır. Belə çıxır ki, zərərçəkmiş nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsini özü öz evində təmir etdirməli idi ki, əlavə xərclər ödəməsin. Belə ki, zərərçəkən nəqliyyat vasitəsini təmir edən təmir mərkəzi vergi orqanında qeydiyyatdan keçmiş, əldə etdiyi gəlirə münasibətdə vergi verən tərəfdir. Təbii ki, bu zaman göstərdiyi xidmətə görə əlavə olaraq ƏDV-ni tələb etmək hüququdur. Bununla da, zərərvuran qanunvericiliyin tələbinə əsasən zərərçəkənin pozulmuş əmlak hüquqlarını bərpa etmək üçün çəkilən bütün xərcləri ödəməlidir.Təsvir etdikləri hallara münasibətdə isə zərərçəkənin hüquqları dolayısı ilə sığortaçıya keçdiyindən tələb etmək hüququ sığorta şirkətinin hüququ olduğundan çəkilmiş xərcdə bütünlükdə sığorta şirkətinə qaytarılmalıdır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qanun 40-cı maddəsinə əsasən üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi aşağıdakı məbləğlərdə ödənilir: 40.1.2- əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində. Tərəflərindən 40.1.2 maddə tətbiq olunmuşdur. Sığortalı əmlak hadisədən dərhal əvvəlki vəziyyətinə çatdırılması üçün Təmir mərkəzinə yönləndirilmiş və nəqliyyat vasitəsi yeni olduğundan zərər çəkmiş ehtiyyat hissələri yenisi ilə əvəz edilmişdir. 40.2- Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə, üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi aşağıdakıməbləğlərdə ödənilir: 40.2.1-zərərçəkənin malik olduğu, yaxud hadisə baş verməsəydi malik olması real olaraq ehtimal edilən və itirdiyi qazanc (gəlir) məbləğində; Həmçinin, Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçımüəyyən edir. Göründüyü kimi dəymiş zərərin qiymətləndirilməsi məhz sığorta şirkətinin üzərinə öhdəlik olaraq qoyulmuşdur. Qiymətləndirmə zamanı hər hansı ekspertiza rəyinin alınmasından söz getmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarında qeyd olunmuşdur ki, Elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı hazırlayır və təsdiq edir.“ƏDV məbləği” sütununda eyni bir sətir üzrə “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilən rəqəmin ƏDV-nin Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə müəyyən edilən dərəcəsinə vurulmaqla proqram tərəfindən avtomatik hesablanan ƏDV məbləği göstərilir.“Yekun məbləğ” sütununda “malın (işin, xidmətin) dəyəri (ƏDV-siz, manatla)” qrafasının “Cəmi” sütunundakıməbləğlə “ƏDV məbləği (manatla)” və “Yol vergisi (manatla)” sütunlarındakı məbləğlərin cəmi qeyd olunur. Göründüyü kimi qaydalara əsasən elektron-qaimə formasına heç bir halda müdaxilə oluna bilməz və əlavə ƏDV hesablana bilməz. Qiymətləndirici isə ƏDV sanki ödənilməmiş kimi yalnız ehtiyyat hissələrinin dəyərini qiymətləndirmiş üzərinə ƏDV hesablanmamışdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan normanın təsvirdindən aydın olur ki, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər zərər hesab olunur və bu zərər məbləği tam olaraq zərərvuran tərəfindən ödənilməlidir. Xüsusi qeyd etməyi zəruri hesab edirik ki zərərçəkmiş sığortalı nəqliyyat vasitəsi servis təminatlı nəqliyyat vasitəsi olmuşdur. Bu nəqliyyat vasitəsinin başqa təmir mərkəzində bərpa edilməsi servis təminatından çıxmasına səbəb olardı bu isə zərərçəkən üçün əlavə zərər dəyməsi demək idi. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, qiymətləndirici tərəfindən təyin edilmiş qiymət heç bir halda real zərər kimi qəbul edilə bilməz. Belə ki, əgər sığorta şirkəti zərərçəkənə sadəcə dəymiş zərərin məbləğini ödəmiş olsa idi bu hardasa məhkəmədə şübhə yaradardı, lakin göründüyü kimi nəqliyyat vasitəsi hadisədən öncəki vəziyyətinə çatdırılmış yəni təmir etdirilmiş və ödəniş elektron qaimə ilə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2-cu maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan hallarımüəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır O cümlədən həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur) müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu halda məhkəmə sübutları obyektiv, hərtərəfili araşdırmalı qeyd olunmuş halları nəzərə almalı və yekunda qanunun tələbinə və daxili inamına əsaslanaraq qərar qəbul etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavadeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək,məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbini qəbul etmədiyini,göstərilmiş məbləğin şişirdilmiş və ziyanın 2000 manatdan artıq olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı–"xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. İş materiallarında olan CSH78568 saylı sığorta aktından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi sığorta hadisəsinə görə "xxxx" ASC tərəfindən «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 dövlət nömrə nişanlı avtоmоbilə dəymiş ziyana görə 10231,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli №519948 nömrəli elektron qaimənin surətindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 10531,28 manat təşkil edir. İş materiallarında olan “X3” MMC tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli, AQM/İ 73-1606/2025 saylı ekspert rəyindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN– 315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 7635 manat təşkil edir. İş materiallarında olan Lerik Rayonu YPX Baş İnspektor Polis X1 tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli TP4149029 nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək,60 manat manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə məhkəmə iş materialları ilə müəyyən edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Lənkəran Lerik yolunun 54-cü kilometrliyində Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC tərəfindən CSH200141757 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «MİTSUBİSHİ L200» markalı, 99– PN–315 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Hadisə ilə əlaqədar Lerik Rayonu YPX-nin xx.xx.2021-ci il tarixli TP4149029 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSH78568 saylı sığorta aktı tərtib edilməklə "MİTSUBİSHİ L200" markalı, 99–PN–315 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzə 10531,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.Diamond Motors” MMC tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli №519948 nömrəli elektron qaimənin surətindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 10531,28 manat təşkil edir. Lakin X3” MMC tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli, AQM/İ saylı ekspert rəyindən görünür ki, «MİTSUBİSHİ L200» markalı, 99–PN–315 qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 7635 manat təşkil edir. Cavabdeh idarə etdiyi “CHEVROLET NİVA” markalı, 99–SZ–229 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə 5000 manat sığorta ödənişi etmişdir. Beləliklədə, cavabdehin hazırda borcu 2335 manat təşkil edir (7635 manat (zərər məbləği) – 5000 manat ("xxxx" ASC-nin ödədiyi vəsait) – 300 manat (CSH200141757 nömrəli sığorta şəhadətnaməsində nəzərdə tutulan şərtsiz azadolma məbləği) = 2335 manat). Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 72,32 (yetmiş iki manat otuz iki qəpik) dövlət rüsumunun 43,35 (qırx üç manat otuz beş qəpik) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 2335 (iki min üç yüz otuz beş) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun 43,35 (qırx üç manat otuz beş qəpik) manat hissəsi məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli,iddi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2335 (iki min üç yüz otuz beş) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun 43,35 (qırx üç manat otuz beş qəpik) manat hissəsi məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar