Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-291/2025 10.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4200 (dörd min iki yüz) manat sığorta ödənişinin və ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ/060500 saylı, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə "xxxx" ASC-də sığorta təminatı almış və Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən qeyri-yaşayış obyektinə xx.xx.2019-cu il tarixdə oğurluq hadisəsi nəticəsində maddi zərər dəymişdir. Quba Rayon Məhkəməsinin 1(027)-1/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən qeyd edilən oğurluq hadisəsinin cavabdehlər tərəfindən törədilməsi öz əksini tapmışdır. AKT-0742/Fİ-078/2019-2020 saylı sığorta aktına əsasən 4200 (dörd min iki yüz) manat məbləğində sığorta ödənişi sığortalının bank hesabına köçürülmüşdür. Lerik Rayon Məhkəməsinin 2(048)-291/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən məhkəmə gedişatı zamanı ümumi borcdan 600 (altı yüz) manat ödəniş edildiyindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaitinin və 62 (altmış iki) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh X6 izahatında sığorta ödənişi məbləğindən onun payına düşən məbləği ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan iş üzrə Cavabdeh1 etiraz və mülahizəsini təqdim etməsi, eləcə də iddia tələbinə etirazının olub-olmaması barədə onun tərəfindən imza edilmiş yazılı ərizəsinin məhkəməyə göndərilməsi təklif edilmiş, Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinə heç bir əlavə və etirazının olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X4 arasında bağlanmış AZ/060500 saylı, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinin surətindən görünür ki, X2 məxsus Bakı-Şamaxı- Yevlax yolunun 114-cü km-də yerləşən “Sürücü” market xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan sığortaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatı barədə xx.xx.2019-cu il tarixli sazişdən görünür ki, X2 məxsus Bakı-Şamaxı- Yevlax yolunun 114-cü km-də yerləşən “Sürücü” marketə ümumilikdə 4400 (dörd min dörd yüz) manat maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də sığrtalanan X2 məxsus Bakı-Şamaxı-Yevlax yolunun 114-cü km-də yerləşən “Sürücü” marketdə baş vermiş hadisə nəticəsində 4400 (dörd min dörd yüz) manat məbləğində zərər dəymiş, zərər məbləğindən 200 (iki yüz) manat azadolma məbləği çıxılmaqla cəmi 4200 (dörd min iki yüz) manat zərər müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına (AZ20İBAZ********************) 4200 (dörd min iki yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 noyabr 2019-cu il tarixli qərardan görünür ki, X7 özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı X7 və X6 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 iyun 2019-cu il tarixdə saat 00:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 114-cü kilometrliyində Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən X1 icarə əsasında işlətdiyi saxlanc yeri hesab olunan “Sürücü” market mağazasının qarşısına gələrək dam örtüyünün arasından içəri qanunsuz daxil olmaqla orada kassadan 162 (yüz almış iki) manat məbləğində pul, 3006,1 (üç min altı manat on qəpik) manat dəyərində müxtəlif növlü siqaretlər, 20 (iyirmi) manat dəyərində saç qırxan maşın, 37 (otuz yeddi) manat dəyərində mobil danışıq kartları, 8 (səkkiz) manat dəyərində elektirik qidalandırıcı, 25,6 (iyirmi beş manat altı qəpik) dəyərində 32 ədəd "Snikers" şokoladı, 500 (beş yüz) manat dəyərində yaddaşı ilə birlikdə kamera avadanlığı, 150 (yüz əlli) manat dəyərində monitor, 350 (üç yüz əlli) manat dəyərindəbeş ədəd "Viski" içkisini, 160 (yüz altmış) manat dəyərində səkkiz qutu alışqan, 700 (yeddi yüz) manat dəyərində bir ədəd “Asur” markalı noutbuku, ümumilikdə zərərçəkmiş Elvin Dəmirovun 4968,7 (dörd min doqquz yüz altmış səkkiz manat yetmiş qəpik) manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Həmin qərardan görünür ki, istintaq zamanı zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq X6 və X5 istintaq müddətində cinayət məsuliyyətinə cəlb etmək mümkün olmamışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-1/2021 saylı, xx.xx.2021ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3. 177.2.4-cü və 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, "xxxx" ASC cavabdehlərdən 4200 manat vəsaiti 5 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə iclasında aparılmış araşdırma və iş materialları ilə müəyyən olunur ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X4 arasında bağlanmış AZ/060500 saylı, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən X2 məxsus Bakı-Şamaxı-Yevlax yolunun 114-cü km-də yerləşən “Sürücü” market xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də sığortalanmış, X7 özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı X7 və X6 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 iyun 2019-cu il tarixdə saat 00:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 114-cü kilometrliyində Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən X1 icarə əsasında işlətdiyi saxlanc yeri hesab olunan “Sürücü” market mağazasının qarşısına gələrək dam örtüyünün arasından içəri qanunsuz daxil olmaqla X2 ziyan vurmuşlar, dəymiş zərərin hesabatı barədə sığorta aktına əsasən X2 məxsus Bakı-Şamaxı-Yevlax yolunun 114-cü km-də yerləşən “Sürücü” marketə ümumilikdə 4400 (dörd min dörd yüz) manat maddi zərər dəymiş, dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 200 (iki yüz) manat azadolma məbləği çıxıldıqdan sonra sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X2 4200 (dörd min iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh X6 tərəfindən məhkəmə gedişatı zamanı ümumi borcdan 600 (altı yüz) manat ödəniş edilmiş, iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaitinin və 62 (altmış iki) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materialları, tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, "xxxx" ASC-də sığortlanmış X2 məxsus Bakı-Şamaxı-Yevlax yolunun 114-cü km-də yerləşən “Sürücü” marketdə xx.xx.2019-cu il tarixdə baş vermiş oğurluq hadisəsi Cavabdeh1 və X6 tərəfindən törədilmiş, istintaq zamanı zəruri əməliyyataxtarış tədbirlərinin keçirilməsinə baxmayaraq X6 və X5 istintaq müddətində cinayət məsuliyyətinə cəlb etmək mümkün olmamış, Cavabdeh1 Quba Rayon Məhkəməsinin 1(027)-1/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3. 177.2.4-cü və 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 200 (iki yüz) manat azadolma məbləği çıxıldıqdan sonra sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X2 4200 (dörd min iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra cavabdeh X6 tərəfindən məhkəmə gedişatı zamanı ümumi borcdan 600 (altı yüz) manat ödəniş edilmişdir Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehlər Cavabdeh1 və X3 geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 3600 (üç min altı yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-291/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-291/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver