Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-327/2025 01.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MƏBƏX MEBELİ - 4026 üçün 597,95 (beş yüz doxsan yeddi manat doxsan beş qəpik) manat ödənilməmiş hissə və 298,98 (iki yüz doxsan səkkiz manat 98 qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MƏBƏX MEBELİ - 4190 üçün 95,06 (doxsan beş manat 06 qəpik) manat ödənilməmiş hissə və 47,53 (qırx yeddi manat əlli üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1039.52 (min otuz doqquz manat əlli iki qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən MƏTBƏX MEBELİ - 4026, MƏTBƏX MEBELİ – 4190 almış və nəticədə 1039.52 (min otuz doqquz manat, 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 957 (doqquz yüz əlli yeddi) manat (30 ay x 31.90 manat + 0 manat ilkin ödəniş) olan MƏTBƏX MEBELİ - 4026üçün ümumilikdə, 896.93 (səkkiz yüz doxsan altı manat, 93 qəpik) manat olmaqla ondan, 597.95 (beş yüz doxsan yeddi manat, 95 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 298.98 (iki yüz doxsan səkkiz manat, 98 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 151.20 (yüz əlli bir manat, 20 qəpik) manat (24 ay x 6.30 manat + 0 manat ilkin ödəniş) olan MƏTBƏX MEBELİ – 4190 üçün ümumilikdə, 142.59 (yüz qırx iki manat, 59 qəpik) manat olmaqla ondan, 95.06 (doxsan beş manat,06 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 47.53 (qırx yeddi manat, 53 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən ZƏMANƏT +1 İL XİDMƏTİNDƏN xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 36.80 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 322.25 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 36.80 manat, ümumilikdə, 359.05 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 56.14 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən MƏTBƏX MEBELİ - 4026, MƏTBƏX MEBELİ – 4190 almış və nəticədə 1039.52 (min otuz doqquz manat, 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 957 (doqquz yüz əlli yeddi) manat (30 ay x 31.90 manat + 0 manat ilkin ödəniş) olan MƏTBƏX MEBELİ - 4026üçün ümumilikdə, 896.93 (səkkiz yüz doxsan altı manat, 93 qəpik) manat olmaqla ondan, 597.95 (beş yüz doxsan yeddi manat, 95 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 298.98 (iki yüz doxsan səkkiz manat, 98 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 151.20 (yüz əlli bir manat, 20 qəpik) manat (24 ay x 6.30 manat + 0 manat ilkin ödəniş) olan MƏTBƏX MEBELİ – 4190 üçün ümumilikdə, 142.59 (yüz qırx iki manat, 59 qəpik) manat olmaqla ondan, 95.06 (doxsan beş manat,06 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 47.53 (qırx yeddi manat, 53 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən ZƏMANƏT +1 İL XİDMƏTİNDƏN xx.xx.2023cü il tarixində imtina etmiş və məhsul 36.80 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 322.25 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 36.80 manat, ümumilikdə, 359.05 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MƏTBƏX MEBELİ - 4026 üçün 597,95 (beş yüz doxsan yeddi manat doxsan beş qəpik) manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MƏBƏX MEBELİ - 4190 üçün 95,06 (doxsan beş manat 06 qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə “298,98 (iki yüz doxsan səkkiz manat 98 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 47,53 (qırx yeddi manat əlli üç qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MƏTBƏX MEBELİ - 4026 üçün 597,95 (beş yüz doxsan yeddi manat doxsan beş qəpik) manat məbləğində əsas borcun, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MƏBƏX MEBELİ - 4190 üçün 95,06 (doxsan beş manat 06 qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 298,98 (iki yüz doxsan səkkiz manat 98 qəpik) manat dəbbə pulunun azaldılaraq manat ,47,53 (qırx yeddi manat əlli üç qəpik) manat dəbbə pulunun azaldılaraq 5 (beş) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, MƏTBƏX MEBELİ - 4026 üçün 597,95 (beş yüz doxsan yeddi manat doxsan beş qəpik) manat ödənilməmiş hissə və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 626,95 (altı yüz doxsan altı manat 95 qəpik) manat borc və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MƏBƏX MEBELİ - 4190 üçün 95,06 (doxsan beş manat 06 qəpik) manat ödənilməmiş hissə və 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 100,06 (yüz manat 06 qəpik) manat borc, ümumilikdə hər iki müqavilə üzrə 727,01 (yeddi yüz iyirmi yeddi mana 03 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MƏTBƏX MEBELİ - 4026 üçün 597,95 (beş yüz doxsan yeddi manat doxsan beş qəpik) manat ödənilməmiş hissə və 29 (iyirmi doqquz) manat cərimə borcu olmaqla, cəmi 626,95 (altı yüz doxsan altı manat 95 qəpik) manat borc və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MƏBƏX MEBELİ - 4190 üçün 95,06 (doxsan beş manat 06 qəpik) manat ödənilməmiş hissə və 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 100,06 (yüz manat 06 qəpik) manat borc, ümumilikdə hər iki müqavilə üzrə 727,01 (yeddi yüz iyirmi yeddi mana 01 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(048)-327/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-327/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver