Məhkəmə qərarları › İş №e-2(048)-341/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-341/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-341/2024 07.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizulu oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18655 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə ilə bağlanmış VİP18655 saylı zaminlik müqavilələri üzrə ödənilmiş 222.43 ABŞ dolları(ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas(qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün ,məcmu borcun 1%-i həcmində 56 ABŞ dolları(ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə,cəmi 278,42 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xaiş etmişdir. Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18655 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ,iddiaçı cavabdehə satış qiyməti 921ABŞ dolları(ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan(ümumi məbləğ 921 ABŞ dolları) “Aplle i phone 12 128 gb purple” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ilə bağlanmış VİP18655 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixində zamin durmuşdur. Cavabdehlə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra ilkin olraq 47 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla,xx.xx.2023-cü il tarixdə 73.40 ABŞ dolları,xx.xx.2023-cü il tarixdə 72.81 ABŞ dolları,xx.xx.2023-cü il tarixdə 73.40 ABŞ dolları,xx.xx.2023-cü il tarixdə 72.81 ABŞ dolları ,xx.xx.2023-cü il tarixdə 72.81 ABŞ dolları ,xx.xx.2023-cü il tarixdə 73.40 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 73.40 ABŞ dolları,xx.xx.2023-cü il tarixdə 60.46 ABŞ dolları ,xx.xx.2023-cü il tarixdə 79.08 ABŞ dolları ödəniş gününə olan məzzənə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-i borcluya 12 ay müddətinə, 921 ABŞ dolları dəyərində məhsul satmışdır.Lakin borclu «Ödəniş cədvəli»nə əsasən ödəməli olduğu borcu və hesablanmış cərimələri URAL İ” MMC-yə ödəməkdən yayınmış və beləliklə nisyə alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nisyə alqı-satqı müqaviləsinə əsasən borclu pul öhdəliklərinin icrasını gecikdirdikdə mağaza pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh1 (zamin) həmin sazişə əsasən mağaza qarşısında öz üzərlərinə məsuliyyət götürərək nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və borcun qaytarılması ilə bağlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icra etməlidir. Cavabdeh2 İddiaçı MMC-i 222.43 ABŞ dolları əsas, 56 ABŞ dolları cərimə borcu vardır. İddiaçı MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdilər ki, həqiqətən 921 ABŞ dolları İddiaçı MMC-dən “Aplle i phone 12 128 gb purple” markalı 1 ədəd mobil telefonu götürmüşlər. Cavabdeh2 həmin krediti vaxtı-vaxtında ödəmişdir. Lakin sonradan maddi imkanı pisləşdiyi üçün krediti tam ödəyə bilməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh2 12 ay müddətinə 921 ABŞ dolları məbləği dəyərində məhsul satmışdır. İş materiallarına əlavə edilmiş 21.xx.xx-2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 222.43 ABŞ dolları əsas borcu, 56 ABŞ dolları cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə ilə bağlanmış VİP18655 saylı zaminlik müqaviləsinin sürətindən görünür ki, Cavabdeh1 VİP18655 saylı müqaviləyə zamin durmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14190 nömrəli qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli son xəbardarlıq məktubundan görünür ki,Cavabdeh2 müqavilənin şərtlərini pozmağına dair xəbardarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 əsas borclu Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mağaza qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, borcu və ona hesablanmış cərimə borcunu cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-dən aldığı məhsul üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin buna baxmayaraq onlar müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişlər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumununun əvəzində 30 manat tutulub İddiaçı MMC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 222.43 ABŞ dolları əsas, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 227.43 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) borc və 30 manat ödənilmiş dövlət rüsumu eyni həcmdə tutularaq tələbkar İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar