Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-40/2024 15.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Müddətli alqı satqı müqaviləsi üzrə 825 manat əsas, 270 manat cərimə borcu olmaqla, cəmi 1095 manat borcun və 30.95 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 304782 saylı Müddətli alqı-satqı müqaviləsinə əsasən aldığı Ətçəkən maşına görə 12 ay ödəniş cədvəli üzrə birinci ay 30 manat , digər 11 ayı hər ay 25 manat olmaqla cəmi 315 manat , xx.xx.2022-ci il tarixli 304781 saylı Müddətli alqı satqı müqaviləsinə əsasən, aldığı Tozsorana görə 12 ay ödəniş cədvəli üzrə birinci ay 30 manat , digər 11 ayı hər ay 25 manat olmaqla cəmi 315 manat, xx.xx.2022-ci il tarixli 304790 saylı Müddətli alqı satqı müqaviləsinə əsasən, aldığı Ütüyə görə 10 ay ödəniş cədvəli üzrə birinci ay 35 manat , digər 9 ayı hər ay 20 manat olmaqla cəmi 225 manat ödəməyi öhtəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə şərtləri pozaraq qalıq qalmış 825 manat borcu qaytarmamışdır. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilib, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə X1 ərizə ilə müraciət edərək bildirmişdir ki, işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Cavabdeh məhəhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işin iddia icraatı qaydasına keçirilməsin xahiş etmişdir. İş materiallarından görünür ki, Lerik rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(048)-750/2023 saylı qərardadına əsasən iş iddia icraatı qaydasına keçirilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli 304790 saylı, 304781 saylı və 304782 saylı Müddətli alqı satqı müqavilələri üzrə cavabdehin yaranmış borcu 825 manat əsas, 270 manat cərimə borcu olmaqla, cəmi 1095 manat borc və 30.95 manat məbləğində ödənilmiş dövlət rüsumu təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə iləüzərinə götürdüyüöhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, hər iki müqavilə üzrə cərimə borcu tənassübsüz dərəcədə yüksək olduğundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli və cərimə borcu silinməlidir. Cavabdeh 825 manat məbləğində əsas borc, 0.00 manat cərimə borcu olmaqla, ümümilikdə 825 manat borc və 30.95 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ümümilikdə 825 manat əsas borc və 30.95 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ PoçtindeksiAZ 4300 Lerikşəhəri, Nizamiküçəsi№ 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** ElektronpoçtuLElektron ünvan 15 yanvar 2024-cü il № 2 (048)-40/2024 İddiaçı MMC-ə (ünvan: Bakı şəh., Xətai ray, Əhmədli ŞTQ., Ş.Səmədov küç., ev 43C., döngə 1) surəti: Cavabdeh Lerik şəhəri, M.Bağışov küçəsi Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-40/2024 saylı qətnamənin surəti sizə göndərilir. Qoşma «03» vərəqədə qətnamənin surəti – hər bir ünvana Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-40/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-40/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver