Məhkəmə qərarları › İş №e-2(048)-439/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-439/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-439/2024 16.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 5070 manat məbləğin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5070 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “GRAND CHEROKEE” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 2022-ci il mayın 20-də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibanamə olmadan idarə etdiyi «GRAND CHEROKEE” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Buzovna Maştağa yolunda “TOYOTO PRİUS” markalı, **-FN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elvin Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.Həmin qərara əsasən Cavabdeh1 Azərbaycan Respublkasının İXMnin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmçinin Cavabdeh2 Azərbaycan Respublkasının İXM-nin 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərarə alınmışdır. Xəzər rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP 469085 nömrəli inzibati xəta haqqda protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. Xəzər rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP5151949 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Xəzər rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən hadisə nəticəsində “TOYOTO PRİUS” markalı, **-FN-***dövlət nömrə nişanlı avtomobilə 5000 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı "xxxx" ASC-i xx.xx.2020-ci il tarixdə 5000 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir.Ona görə də İddiaçı "xxxx" ASC odənilmiş pulu cavabdehlərdən məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını iştirakı olmadan keçirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sığorta hadisəsi nəticəsində verilmiş 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5070 manat sığorta ödənişi məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair PXA********** nömrəli müqavilə vərəqəsindən görünür ki,X2 məxsus “GRAND CHEROKEE” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli PXA112100 nömrəli sığorta aktının sürətindən görünür ki, Xalq sığorta tərəfindən zərərçəkmiş şəxs X3 5000 manat məbləğində dəymiş ziyanın əvəzi ödənilmişdir. İş materiallarından görünür ki,Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elvin Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.Həmin qərara əsasən Cavabdeh1 Azərbaycan Respublkasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmçinin Cavabdeh2 Azərbaycan Respublkasının İXM-nin 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərarə alınmışdır. İş materialına əlavə edilmiş Xəzər rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP 469085 nömrəli inzibati xəta haqqda protokolundan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. İş materialına əlavə edilmiş Xəzər rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP5151949 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünü r ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materialına əlavə edilmiş Xəzər rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş AutoBox Avto Service tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli 2344 nömrəli qüsur aktına əsasən hadisə nəticəsində “TOYOTO PRİUS” markalı, **-FN-*** dövlət nömrə nişanlı avtomobilə 5000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə əvvəlcə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli,zərərin əvəzini ödəmək vəzifəsi hadisə baş verərkən avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən Cavabdeh1 və avtomobilin sahibi Cavabdeh2 öhdəsinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə zərər çəkmiş şəxsə ödədiyi sığorta ödənişləri məbləğini cavabdehlərdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 sığorta hadisəsi nəticəsində ödənilmiş 5000 manat sığorta ödənişi və 70 manat ödənilmiş dövlət rüsumu, cəmi 5070 (beş min yetmiş) manat tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: bəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar