Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-469/2025 29.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 949,9 (doqquz yüz qırx doqquz manat doxsan qəpik) manat əsas borc, 142,4 (yüz qırx iki manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1092,3 (min doxsan iki manat otuz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 351,4 (üç yüz əlli bir manat qırx qəpik) manat əsas borc, 52,7 (əlli iki manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 404,1 (dörd yüz dörd manat on qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 24,9 (iyirmi dörd manat doxsan qəpik) manat əsas borc, 3,7 (üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 28,6 (iyirmi səkkiz manat altmış qəpik) manat borc, xx.xx.2024ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 387,9 ( üç yüz səksən yeddi manat doxsan qəpik) manat əsas borc, 58,1 (əlli səkkiz manat on qəpik) cərimə borcu olmaqla, cəmi 446 (dörd yüz qırx altı) borc, ümumilikdə dörd müqavilə üzrə 1714,1 (min yeddi yüz on dörd manat on qəpik) manat əsas borc, 256,9 (iki yüz əlli altı manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 1971 (min doqquz yüz yetmiş bir) manat borcun və 39,71 (otuz doqquz manat yetmiş bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung” markalı soyuducu üçün 24 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla, cəmi 1199,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Xiaomi” markalı telefon üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla, cəmi 582,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Nokia” markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 5 manat olmaqla, cəmi 59,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Honor” markalı telefon üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla, cəmi 499,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 949,9 (doqquz yüz qırx doqquz manat doxsan qəpik) manat əsas borc, 142,4 (yüz qırx iki manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1092,3 (min doxsan iki manat otuz qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 351,4 (üç yüz əlli bir manat qırx qəpik) manat əsas borc, 52,7 (əlli iki manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 404,1 (dörd yüz dörd manat on qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 24,9 (iyirmi dörd manat doxsan qəpik) manat əsas borc, 3,7 (üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 28,6 (iyirmi səkkiz manat altmış qəpik) manat borc, xx.xx.2024-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 387,9 ( üç yüz səksən yeddi manat doxsan qəpik) manat əsas borc, 58,1 (əlli səkkiz manat on qəpik) cərimə borcu olmaqla, cəmi 446 (dörd yüz qırx altı) borc, ümumilikdə dörd müqavilə üzrə 1714,1 (min yeddi yüz on dörd manat on qəpik) manat əsas borc, 256,9 (iki yüz əlli altı manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 1971 (min doqquz yüz yetmiş bir) manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Samsung” markalı soyuducu üçün 24 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla, cəmi 1199,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Xiaomi” markalı telefon üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla, cəmi 582,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Nokia” markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 5 manat olmaqla, cəmi 59,9 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Honor” markalı telefon üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 28 manat olmaqla, cəmi 499,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 949,9 (doqquz yüz qırx doqquz manat doxsan qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 351,4 (üç yüz əlli bir manat qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24,9 (iyirmi dörd manat doxsan qəpik) manat, xx.xx.2024-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 387,9 (üç yüz səksən yeddi manat doxsan qəpik) manat məbləğində əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 142,4 (yüz qırx iki manat qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 52,7 (əlli iki manat yetmiş qəpik) manat, və xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 58,1 (əlli səkkiz manat on qəpik) cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilədən irəli gələn 949,9 (doqquz yüz qırx doqquz manat doxsan qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və “142,4 (yüz qırx iki manat qırx qəpik) manat” dəbbə pulunun azaldılaraq 40 (qırx) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilədən irəli gələn 351,4 (üç yüz əlli bir manat qırx qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və “52,7 (əlli iki manat yetmiş qəpik) manat” dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat və xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 387,9 ( üç yüz səksən yeddi manat doxsan qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və “58,1 (əlli səkkiz manat on qəpik)” dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 949,9 (doqquz yüz qırx doqquz manat doxsan qəpik) manat əsas borc və 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 351,4 (üç yüz əlli bir manat qırx qəpik) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 371,4 (üç yüz yetmiş bir manat qırx qəpik) manat borc, xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 387,9 (üç yüz səksən yeddi manat doxsan qəpik) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 407,9 (dörd yüz yeddi manat doxsan qəpik) borc və xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24,9 (iyirmi dörd manat doxsan qəpik) manat əsas borc və 3,7 (üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 28,6 (iyirmi səkkiz manat altmış qəpik) manat borc olmaqla, ümumilikdə 1797,8 (min yeddi yüz doxsan yeddi manat səksən qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 37,98 (otuz yedddi manat doxsan səkkiz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 949,9 (doqquz yüz qırx doqquz manat doxsan qəpik) manat əsas borc və 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 989,9 (doqquz yüz səksən doqquz manat doxsan qəpik) manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 351,4 (üç yüz əlli bir manat qırx qəpik) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 371,4 (üç yüz yetmiş bir manat qırx qəpik) manat borc, xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 387,9 (üç yüz səksən yeddi manat doxsan qəpik) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 407,9 (dörd yüz yeddi manat doxsan qəpik) borc və xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24,9 (iyirmi dörd manat doxsan qəpik) manat əsas borc və 3,7 (üç manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, cəmi 28,6 (iyirmi səkkiz manat altmış qəpik) manat borc olmaqla, ümumilikdə 1797,8 (min yeddi yüz doxsan yeddi manat səksən qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 37,98 (otuz yedddi manat doxsan səkkiz qəpik) manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-469/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-469/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver