Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-486/2025 13.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, 304583 saylı müqavilə üzrə 115 (yüz on beş) manat əsas borc borc, 40,4 (qırx manat qırx qəpik) manat cərimə borcu və xx.xx.2023-cü il tarixli, 315312 saylı müqavilə üzrə 60 (altmış) manat əsas borc borc, 68,4 (altmış səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 371,8 (üç yüz yetmiş bir manat səksən qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə borclu Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 304583 saylı və xx.xx.2020-ci tarixində-243647 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, "xxxx" MMC Cavabdeh ilkin ödəniş 10 manat olmaqla, kreditlə 8 ay 25 manat, 4 ay 30 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 330 (üç yüz otuz) manat məbləğində ətçəkən maşın və ilkin ödəniş 10 manat olmaqla, kreditə 9 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 190 (yüz doxsan) manat məbləğində 40 sm keramik qazan satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 304583 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü ildə 30 manat ödəniş etmiş, 243647 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci ildə 20 manat ödəniş etmiş, 304583 ve 243647 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci ildən bu vaxta qədər heç bir ödəniş etməmiş, bunun nəticəsində "xxxx" MMC-yə ətçəkənə görə əsas borc üzrə 115 (yüz on beş) manat, hər gecikdiyi gün üçün faiz üzrə 404 (dörd yüz dörd) manat və 40 sm keramik qazana görə əsas borc üzrə 60 (altmış) manat, hər gecikdiyi gün üçün faiz üzrə 684 (altı yüz səksən dörd) manat borcu yaranmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 0.5 manat) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90% olmaqla cavabdeh tərəfindən ödənilməli cərimə 40,4 (qırx manat qırx qəpik) manat, 68,4 (altmış səkkiz manat qırx qəpik) manat olmaqla tutulmalı olan məbləğ 371,8 manat təşkil edir. Lerik Rayon Məhkəməsinin 2(048)-486/2025 saylı, 25 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş iddia icraatına keçirilmişdir. Sonradan iddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2022-ci il tarixli, 304583 saylı müqavilə üzrə 95 (doxsan beş) manat əsas borc, 40,4 (qırx manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2020-cü il tarixli, 243647 saylı müqavilə üzrə 60 (altmış) manat əsas borc və 68,4 (altmış səkkiz manat qırx qəpik) manat cərimə borcunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, ətçəkən maşın xarab olduğu üçün şirkətə təmir olunmasından ötrü təhvil vermişdir. Şirkət tərəfindən onunla əlaqə saxlanıldığını və aylıq 20-30 manat ödəniş etməsini bildirmişlər. O, ətçəkən maşının geri qaytarılmasını onlardan tələb etmiş və ətçəkən maşını ona qaytaracaqlarını bildirmişlər. O, ayın sonunda əmək haqqı alacağını və ödəniş edəcəkdir. Ətçəkən maşına görə 115 manat yox 95 manat borcu vardır. Keramik qazana görə borcunu isə tam olaraq ödəmişdir və qazanla bağlı şirkətə borcu yoxdur. Ayın sonunda əmək haqqı aldığı zaman borcundan 30 manat ödəniş edəcək və növbəti ayda borcunu tam olaraq bağlayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 304583 saylı müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilkin ödəniş 10 manat olmaqla, kreditlə 8 ay 25 manat, 4 ay 30 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 330 (üç yüz otuz) manat məbləğində ətçəkən maşını Cavabdeh satmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cü il tarixli, 243647 saylı müqavilədən görünür ki, satıcı West Appliances” MMC ilkin ödəniş 10 manat olmaqla, kreditə 9 ay 25 manat hissə-hissə ödəmək şərtilə 1 ədəd 190 (yüz doxsan) manat məbləğində 40 sm keramik qazanı Cavabdeh satmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 304583 saylı müqavilə üzrə 115 (yüz on beş) manat əsas borc borc, 40,4 (qırx manat qırx qəpik) manat cərimə borcu və xx.xx.2023-cü il tarixli, 315312 saylı müqavilə üzrə 60 (altmış) manat əsas borc borc, 68,4 (altmış səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 371,8 (üç yüz yetmiş bir manat səksən qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 304583 saylı müqavilə üzrə 95 (doxsan beş) manat əsas borc, 40,4 (qırx manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2020-cü il tarixli, 243647 saylı müqavilə üzrə 60 (altmış) manat əsas borc və 68,4 (altmış səkkiz manat qırx qəpik) manat cərimə borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqımüqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında borc öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin cavabdehdən xx.xx.2022-ci il tarixli, 304583 saylı müqavilə üzrə 95 (doxsan beş) manat əsas borcun, xx.xx.2020-cü il tarixli, 243647 saylı müqavilə üzrə 60 (altmış) manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdeh izahatında 243647 saylı müqavilə üzrə 60 (altmış) manat borcunu ödədiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddia ərizəsində “müvafiq müqavilələr üzrə tələb edilən 40,4 (qırx manat qırx qəpik) manat və 68,4 (altmış səkkiz manat qırx qəpik) manat cərimə borclarının tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2022-ci il tarixli, 304583 saylı müqavilə üzrə 95 (doxsan beş) manat və xx.xx.2020-cü il tarixli, 243647 saylı müqavilə üzrə 60 (altmış) manat məbləğində əsas borcların müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilələr üzrə “40,4 (qırx manat qırx qəpik) manat dəbbə pulunun azaldılaraq 5 (beş) manat və 68,4 (altmış səkkiz manat qırx qəpik) manat dəbbə pulunun azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli, 304583 saylı müqaviləyə əsasən 95 (doxsan beş) manat əsas borc və 5 (beş) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 243647 saylı müqaviləyə əsasən, 60 (altmış) manat əsas borc və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 170 (yüz yetmiş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 304583 saylı müqaviləyə əsasən 95 (doxsan beş) manat əsas borc və 5 (beş) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 243647 saylı müqaviləyə əsasən 60 (altmış) manat əsas borc və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 170 (yüz yetmiş) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-486/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-486/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver