Məhkəmə qərarları › İş №e-2(048)-495/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-495/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-495/2025 05.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlu, Məhkəmə iclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti,İMEİ KODU **********18340 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 3343 (üç min üç yüz qırx üç) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və 334,30 (üç yüz otuz dörd manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 SLİM üçün 834,70 (səkkiz yüz otuz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə və 83,47 (səksən üç manat qırx yeddi qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL 2 ədəd, ÜZQİRXAN PHİLİPS 2 ədəd üçün 393,80 (üç yüz doxsan üç manat səksən qəpik) manat ödənilməmiş hissə və 39,38 (otuz doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5052,25 (beş min əlli iki manat iyirmi beş qəpik) manat borc və 70,53 (yetmiş manat əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, İMEİ KODU **********18340SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, PLAYSTATİON 5 SLİM, almış və nəticədə 5052.25 (beş min əlli iki manat,25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3540.06 (üç min beş yüz qırx manat,06 qəpik) manat (18 ay x 196.67 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, İMEİ KODU **********18340 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün ümumilikdə, 3700.90 (üç min yeddi yüz manat, 90 qəpik) manat olmaqla ondan, 3343 (üç min üç yüz qırx üç) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 334.30 (üç yüz otuz dörd manat, 30 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1509.02 (min beş yüz doqquz manat, 02 qəpik) manat (18 ay x 64.39 manat + 350 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 SLİM üçün ümumilikdə, 918.17 (doqquz yüz on səkkiz manat, 17 qəpik) manat olmaqla ondan, 834.70 (səkkiz yüz otuz dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.47 (səksən üç manat, 47 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 898.74 (səkkiz yüz doxsan səkkiz manat, 74 qəpik) manat (18 ay x 49.93 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL 2 ədəd, ÜZQİRXAN PHİLİPS 2 ədəüdçün ümumilikdə, 433.20 (dörd yüz otuz üç manat, 20 qəpik) manat olmaqla ondan, 393.80 (üç yüz doxsan üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.38 (otuz doqquz manat, 38 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1376.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan iddiaçı ABC Telecom» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, öhdəliklərin icrası ilə xəbardarlıq olunmuş,əks təqdirdə borcun qaytarılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbir görüləcəyi barədə xəbərdarlıq etmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET XXXL xidməti, İMEİ KODU **********18340SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, PLAYSTATİON 5 SLİM, almış və nəticədə 5052.25 (beş min əlli iki manat,25 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3540.06 (üç min beş yüz qırx manat,06 qəpik) manat (18 ay x 196.67 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti, İMEİ KODU **********18340 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün ümumilikdə, 3700.90 (üç min yeddi yüz manat, 90 qəpik) manat olmaqla ondan, 3343 (üç min üç yüz qırx üç) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 334.30 (üç yüz otuz dörd manat, 30 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1509.02 (min beş yüz doqquz manat, 02 qəpik) manat (18 ay x 64.39 manat + 350 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 SLİMüçün ümumilikdə, 918.17 (doqquz yüz on səkkiz manat, 17 qəpik) manat olmaqla ondan, 834.70 (səkkiz yüz otuz dörd manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.47 (səksən üç manat, 47 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 898.74 (səkkiz yüz doxsan səkkiz manat, 74 qəpik) manat (18 ay x 49.93 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL 2 ədəd, ÜZQİRXAN PHİLİPS 2 ədəüdçün ümumilikdə, 433.20 (dörd yüz otuz üç manat, 20 qəpik) manat olmaqla ondan, 393.80 (üç yüz doxsan üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.38 (otuz doqquz manat, 38 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1376.32 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti,İMEİ KODU **********18340 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon” üçün 3343 (üç min üç yüz qırx üç) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən PLAYSTATİON 5 SLİM üçün 834,70 (səkkiz yüz otuz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL 2 ədəd, ÜZQİRXAN PHİLİPS 2 ədəd üçün 393,80 (üç yüz doxsan üç manat səksən qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə “334,30 (üç yüz otuz dörd manat otuz qəpik) manat cərimə borcunun tutulması” hissəsinə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə “83,47 (səksən üç manat qırx yeddi qəpik) manat cərimə borcunun tutulması” hissəssinə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə “39,38 (otuz doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcunun tutulması” münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti,İMEİ KODU **********18340 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon” üçün 3343 (üç min üç yüz qırx üç) manat məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 SLİM üçün 834,70 (səkkiz yüz otuz dörd manat yetmiş qəpik) manat əsas borcun və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL 2 ədəd, ÜZQİRXAN PHİLİPS 2 ədəd üçün 393,80 (üç yüz doxsan üç manat səksən qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 334,30 (üç yüz otuz dörd manat otuz qəpik) manat dəbbə pulunun azaldılaraq 167,15 (yüz altmış yeddi manat on beş qəpik) manat, 83,47 (səksən üç manat qırx yeddi qəpik) manat dəbbə pulunun azaldılaraq 41,7 (qırx bir manat yetmiş qəpik) manat 39,38 (otuz doqquz manat otuz səkkiz qəpik) manat dəbbə pulunun azaldılaraq 19,65 (on doqquz manat altmış beş qəpik) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70,53 (yetmiş manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun 68,23 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 2,30 manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, “SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti,İMEİ KODU **********18340 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon” üçün 3343 (üç min üç yüz qırx üç) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 167,15 (yüz altmış yeddi manat on beş qəpik) manat cərimə borcu olmaqla, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5 SLİM üçün 834,70 (səkkiz yüz otuz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə 41,7 (qırx bir manat yetmiş qəpik) manat cərimə borcu olmaqla və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL 2 ədəd, ÜZQİRXAN PHİLİPS 2 ədəd üçün 393,80 (üç yüz doxsan üç manat səksən qəpik) manat ödənilməmiş hissə və 19,65 (on doqquz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 4823,65 (dörd min səkkiz yüz iyirmi üç manat altmış beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 68,23 (altmış səkkiz manat iyirmi üç qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XXXL xidməti,İMEİ KODU **********18340 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon” üçün 3343 (üç min üç yüz qırx üç) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum və 167,15 (yüz altmış yeddi manat on beş qəpik) manat cərimə borcu olmaqla, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5 SLİM üçün 834,70 (səkkiz yüz otuz dörd manat yetmiş qəpik) manat ödənilməmiş hissə 41,7 (qırx bir manat yetmiş qəpik) manat cərimə borcu olmaqla və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL 2 ədəd, ÜZQİRXAN PHİLİPS 2 ədəd üçün 393,80 (üç yüz doxsan üç manat səksən qəpik) manat ödənilməmiş hissə və 19,65 (on doqquz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 4823,65 (dörd min səkkiz yüz iyirmi üç manat altmış beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 68,23 (altmış səkkiz manat iyirmi üç qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar