Məhkəmə qərarları › İş №e-2(048)-559/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-559/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-559/2024 01.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizor üçün 488,8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə və 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE” və “VİNİL ŞƏFFAF” üçün 480,6 (dörd yüz səksən manat altmış qəpik) manat ödənilməmiş hissə və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon üçün 409,92 (dörd yüz doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 40,08 (qırx manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1516 (min beş yüz on altı) manat borc və 35,16 (otuz beş manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, “LG LED” markalı televizor, İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE”, “VİNİL ŞƏFFAF” və İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon almış və nəticədə 1516 (min beş yüz on altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 700,8 (yeddi yüz manat səksən qəpik) manat (18 ay x 35 manat + 70.8 manat ilkin ödəniş) “LG LED” markalı televizor üçün ümumilikdə, 537 (beş yüz otuz yeddi) manat olmaqla ondan, 488,8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 676 (altı yüz yetmiş altı) manat (18 ay x 37 manat + 10 manat ilkin ödəniş) İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE” və “VİNİL ŞƏFFAF” üçün ümumilikdə, 529 (beş yüz iyirmi doqquz) manat olmaqla ondan, 480,6 (dörd yüz səksən manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 721,42 (yeddi yüz iyirmi bir maant qırx iki qəpik) manat (18 ay x 36.19 manat + 70 manat ilkin ödəniş) İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon üçün ümumilikdə 450 (dörd yüz əlli) manat olmaqla ondan, 409,92 (dörd yüz doqquz maant doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 40,08 (qırx manat səkkiz qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 718.9 (yeddi yüz on səkkiz manat doxsan qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsullları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirlər də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, “LG LED” markalı televizor, İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE”, “VİNİL ŞƏFFAF” və İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon almış və nəticədə 1516 (min beş yüz on altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700,8 (yeddi yüz manat səksən qəpik) manat (18 ay x 35 manat + 70.8 manat ilkin ödəniş) “LG LED” markalı televizor üçün ümumilikdə, 537 (beş yüz otuz yeddi) manat olmaqla ondan, 488,8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 676 (altı yüz yetmiş altı) manat (18 ay x 37 manat + 10 manat ilkin ödəniş) İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE” və “VİNİL ŞƏFFAF” üçün ümumilikdə, 529 (beş yüz iyirmi doqquz) manat olmaqla ondan, 480,6 (dörd yüz səksən manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 721,42 (yeddi yüz iyirmi bir maant qırx iki qəpik) manat (18 ay x 36.19 manat + 70 manat ilkin ödəniş) İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon üçün ümumilikdə 450 (dörd yüz əlli) manat olmaqla ondan, 409,92 (dörd yüz doqquz maant doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 40,08 (qırx manat səkkiz qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 718.9 (yeddi yüz on səkkiz manat doxsan qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizor üçün 488,8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə və 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE” və “VİNİL ŞƏFFAF” üçün 480,6 (dörd yüz səksən manat altmış qəpik) manat ödənilməmiş hissə və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon üçün 409,92 (dörd yüz doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 40,08 (qırx manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1516 (min beş yüz on altı) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizor üçün 488,8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə və 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE” və “VİNİL ŞƏFFAF” üçün 480,6 (dörd yüz səksən manat altmış qəpik) manat ödənilməmiş hissə və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon üçün 409,92 (dörd yüz doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 40,08 (qırx manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1516 (min beş yüz on altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35,16 (otuz beş manat on altı qəpik) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizor üçün 488,8 (dörd yüz səksən səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə və 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19816 olan “OPPO A17” markalı telefon, “AKAMİ JAM CASE” və “VİNİL ŞƏFFAF” üçün 480,6 (dörd yüz səksən manat altmış qəpik) manat ödənilməmiş hissə və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********60667 olan “HUAWEİ NOVA Y70” markalı telefon üçün 409,92 (dörd yüz doqquz manat doxsan iki qəpik) manat ödənilməmiş hissə və 40,08 (qırx manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1516 (min beş yüz on altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35,16 (otuz beş manat on altı qəpik) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar