Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-575/2025 30.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “X1 1 il” xidməti, “Glass”, “Case”, İMEİ kodu **********92659 olan “Oppo A38” markalı telefon üçün 231,19 (iki yüz otuz bir manat on doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 23,12 (iyirmi üç manat on iki qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “X1 1 il” xidməti, İMEİ kodu **********17753 olan “Oppo A38” markalı telefon üçün 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 21,38 (iyirmi bir manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “X1 2 il” xidməti 2 ədəd, İMEİ kodu **********24506 olan “Xiaomi Redmi A2+” markalı telefon, İMEİ kodu **********75589 olan “Xiaomi Redmi A2+” markalı telefon üçün 113,25 (yüz on üç manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11,33 (on bir manat otuz üç qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “X1 2 il” xidməti, İMEİ kodu **********94248 olan “Xiaomi Redmi A2+” markalı telefon üçün 24,3 (iyirmi dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 2,43 (iki manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 687,99 (altı yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən “X1 1 il” xidməti, “Glass”, “Case”, İMEİ kodu **********92659 olan “Oppo A38” markalı telefon, “X1 1 il” xidməti, İMEİ kodu **********17753 olan “Oppo A38” markalı telefon, “X1 2 il” xidməti 2 ədəd, İMEİ kodu **********24506 olan “Xiaomi Redmi A2+” markalı telefon, İMEİ kodu **********75589 olan “Xiaomi Redmi A2+” markalı telefon, “X1 2 il” xidməti, İMEİ kodu **********94248 olan “Xiaomi Redmi A2+” markalı telefon almış və nəticədə 687,99 (altı yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 292,02 (iki yüz doxsan iki manat iki qəpik) manat (6 ay x 46,24 manat + 14,58 manat ilkin ödəniş) olan “X1 1 il” xidməti, “Glass”, “Case”, İMEİ kodu **********92659 olan “Oppo A38” markalı telefon üçün ümumilikdə, 277,91 (iki yüz yetmiş yeddi manat doxsan bir qəpik) manat olmaqla ondan, 231,19 (iki yüz otuz bir manat on doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 23,12 (iyirmi üç manat on iki qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 277,86 (iki yüz yetmiş yeddi manat səksən altı qəpik) manat (6 ay x 44,08 manat + 13,38 manat ilkin ödəniş) olan “X1 1 il” xidməti, İMEİ kodu **********17753 olan “Oppo A38” markalı telefon üçün ümumilikdə, 258,78 (iki yüz əlli səkkiz manat yetmiş səkkiz qəpik) manat olmaqla ondan, 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 21,38 (iyirmi bir manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 568 (beş yüz altmış səkkiz) manat (12 ay x 37,75 manat + 115 manat ilkin ödəniş) olan “X1 2 il” xidməti 2 ədəd, İMEİ kodu **********24506 olan “Xiaomi Redmi A2+” markalı telefon, İMEİ kodu **********75589 olan “Xiaomi Redmi A2+” markalı telefon üçün ümumilikdə, 124,58 (yüz iyirmi dörd manat əlli səkkiz qəpik) manat olmaqla ondan, 113,25 (yüz on üç manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11,33 (on bir manat otuz üç qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 291,96 (iki yüz doxsan bir manat doxsan altı qəpik) manat (12 ay x 24,33 manat + 0 manat ilkin ödəniş) olan “X1 2 il” xidməti, İMEİ kodu **********94248 olan “Xiaomi Redmi A2+” markalı telefon üçün ümumilikdə, 26,73 (iyirmi altı manat yetmiş üç qəpik) manat olmaqla ondan, 24,3 (iyirmi dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 2,43 manat (iki manat qırx üç qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 768,47 (yeddi yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qusursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023cü il tarixli müqavilələrə əsasən “X1 1 il” xidməti, “Glass”, “Case”, İMEİ kodu **********92659 olan “Oppo A38” markalı telefon, “X1 1 il” xidməti, İMEİ kodu **********17753 olan “Oppo A38” markalı telefon, “X1 2 il” xidməti 2 ədəd, İMEİ kodu **********24506 olan “Xiaomi Redmi A2+” markalı telefon, İMEİ kodu **********75589 olan “Xiaomi Redmi A2+” markalı telefon, “X1 2 il” xidməti, İMEİ kodu **********94248 olan “Xiaomi Redmi A2+” markalı telefon almış və nəticədə 687,99 (altı yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 292,02 (iki yüz doxsan iki manat iki qəpik) manat (6 ay x 46,24 manat + 14,58 manat ilkin ödəniş) olan “X1 1 il” xidməti, “Glass”, “Case”, İMEİ kodu **********92659 olan “Oppo A38” markalı telefon üçün ümumilikdə, 277,91 (iki yüz yetmiş yeddi manat doxsan bir qəpik) manat olmaqla ondan, 231,19 (iki yüz otuz bir manat on doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 23,12 (iyirmi üç manat on iki qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 277,86 (iki yüz yetmiş yeddi manat səksən altı qəpik) manat (6 ay x 44,08 manat + 13,38 manat ilkin ödəniş) olan “X1 1 il” xidməti, İMEİ kodu **********17753 olan “Oppo A38” markalı telefon üçün ümumilikdə, 258,78 (iki yüz əlli səkkiz manat yetmiş səkkiz qəpik) manat olmaqla ondan, 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 21,38 (iyirmi bir manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 568 (beş yüz altmış səkkiz) manat (12 ay x 37,75 manat + 115 manat ilkin ödəniş) olan “X1 2 il” xidməti 2 ədəd, İMEİ kodu **********24506 olan “Xiaomi Redmi A2+” markalı telefon, İMEİ kodu **********75589 olan “Xiaomi Redmi A2+” markalı telefon üçün ümumilikdə, 124,58 (yüz iyirmi dörd manat əlli səkkiz qəpik) manat olmaqla ondan, 113,25 (yüz on üç manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11,33 (on bir manat otuz üç qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 291,96 (iki yüz doxsan bir manat doxsan altı qəpik) manat (12 ay x 24,33 manat + 0 manat ilkin ödəniş) olan “X1 2 il” xidməti, İMEİ kodu **********94248 olan “Xiaomi Redmi A2+” markalı telefon üçün ümumilikdə, 26,73 (iyirmi altı manat yetmiş üç qəpik) manat olmaqla ondan, 24,3 (iyirmi dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 2,43 manat (iki manat qırx üç qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 768,47 (yeddi yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 231,19 (iki yüz otuz bir manat on doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 23,12 (iyirmi üç manat on iki qəpik) manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 21,38 (iyirmi bir manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 113,25 (yüz on üç manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11,33 (on bir manat otuz üç qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 24,3 (iyirmi dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 2,43 manat (iki manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 687,99 (altı yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 231,19 (iki yüz otuz bir manat on doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 23,12 (iyirmi üç manat on iki qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 21,38 (iyirmi bir manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 113,25 (yüz on üç manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11,33 (on bir manat otuz üç qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 24,3 (iyirmi dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 2,43 manat (iki manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 687,99 (altı yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 231,19 (iki yüz otuz bir manat on doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 23,12 (iyirmi üç manat on iki qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 21,38 (iyirmi bir manat otuz səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 113,25 (yüz on üç manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 11,33 (on bir manat otuz üç qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 24,3 (iyirmi dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 2,43 manat (iki manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 687,99 (altı yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-575/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-575/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver