Məhkəmə qərarları › İş №e-2(048)-595/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-595/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-595/2025 20.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “şirəçəkən moulinex frutel” üçün 99,5 (doxsan doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 9,95 (doqquz manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 109,45 (yüz doqquz manat qırx beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarına olan əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi hazırki iddia tələbinin predmeti kredit müqaviləsi üzrə yaranmış pul tələbidir. Cavabdeh borclu Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Mübahisə edilən hüquq münasibəti üzrə vəfat etmiş cavabdehin varislərinin mövcudluğuna dair məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata xitam verilsin. Məhkəməyə müraciət etmək üçün iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar