Məhkəmə qərarları › İş №e-2(048)-610/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-610/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-610/2025 01.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 6 ədəd “Playstation 5” oyun pultu üçün 709,3 (yeddi yüz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə və 70,93 (yetmiş manat doxsan üç qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Playstation 5” üçün 634,6 (altı yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə və 63,46 (altmış üç manat qırx altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Playstation 5” üçün 630,8 (altı yüz otuz manat səksən qəpik) manat ödənilməmiş hissə və 63,08 (altmış üç manat səkkiz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2172,17 (iki min yüz yetmiş iki manat on yeddi qəpik) manat borc və 41,73 (qırx bir manat yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 6 ədəd “PS 5” oyun pultu, “Playstation 5”, “Playstation 5” almış və nəticədə 2172,17 (iki min yüz yetmiş iki manat on yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 964,8 (doqquz yüz altmış dörd manat səksən qəpik) manat (12 ay x 67,9 manat + 150 manat ilkin ödəniş) olan 6 ədəd “PS 5” üçün ümumilikdə 780,23 (yeddi yüz səksən manat iyirmi üç qəpik) manat olmaqla ondan, 709,3 (yeddi yüz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə və 70,93 (yetmiş manat doxsan üç qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1320 (min üç yüz iyirmi ) manat (6 ay x 140 manat + 480 manat ilkin ödəniş) olan “Playstation 5” üçün ümumilikdə 698,06 (altı yüz doxsan səkkiz manat altı qəpik) manat olmaqla ondan 634,6 (altı yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə və 63,46 (altmış üç manat qırx altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1320 (min üç yüz iyirmi ) manat (6 ay x 138 manat + 492 manat ilkin ödəniş) olan “Playstation 5” üçün ümumilikdə 693,83 (altı yüz doxsan üç manat səksən səkkiz qəpik) manat olmaqla ondan 630,8 (altı yüz otuz manat səksən qəpik) manat ödənilməmiş hissə və 63,08 (altmış üç manat səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1630,1 (min altı yüz otuz manat on qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 6 ədəd “PS 5” oyun pultu, “Playstation 5”, “Playstation 5” almış və nəticədə 2172,17 (iki min yüz yetmiş iki manat on yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 964,8 (doqquz yüz altmış dörd manat səksən qəpik) manat (12 ay x 67,9 manat + 150 manat ilkin ödəniş) olan 6 ədəd “PS 5” üçün ümumilikdə 780,23 (yeddi yüz səksən manat iyirmi üç qəpik) manat olmaqla ondan, 709,3 (yeddi yüz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə və 70,93 (yetmiş manat doxsan üç qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1320 (min üç yüz iyirmi ) manat (6 ay x 140 manat + 480 manat ilkin ödəniş) olan “Playstation 5” üçün ümumilikdə 698,06 (altı yüz doxsan səkkiz manat altı qəpik) manat olmaqla ondan 634,6 (altı yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə və 63,46 (altmış üç manat qırx altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1320 (min üç yüz iyirmi ) manat (6 ay x 138 manat + 492 manat ilkin ödəniş) olan “Playstation 5” üçün ümumilikdə 693,83 (altı yüz doxsan üç manat səksən səkkiz qəpik) manat olmaqla ondan 630,8 (altı yüz otuz manat səksən qəpik) manat ödənilməmiş hissə və 63,08 (altmış üç manat səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1630,1 (min altı yüz otuz manat on qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 709,3 (yeddi yüz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 634,6 (altı yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə və xx.xx.2024-cü il tarixli digər müqaviləyə əsasən 630,8 (altı yüz otuz manat səksən qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 70,93 (yetmiş manat doxsan üç qəpik) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 63,46 (altmış üç manat qırx altı qəpik) manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 63,08 ( altmış üç manat səkkiz qəpik) manat “cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 709,3 (yeddi yüz doqquz manat otuz qəpik) manat məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 634,6 (altı yüz otuz dörd manat altmış qəpik) manat məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixli digər müqaviləyə əsasən 630,8 (altı yüz otuz manat səksən qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 70,93 (yetmiş manat doxsan üç qəpik) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 63,46 (altmış üç manat qırx altı qəpik) manat dəbbə pulunun azaldılaraq 15 (on) manat, xx.xx.2024-cü il tarixli digər müqavilə üzrə 63,08 ( altmış üç manat səkkiz qəpik) manat dəbbə pulunun azaldılaraq 15 (on) manat müəyyən edilməsini, cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 709,3 (yeddi yüz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 634,6 (altı yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli digər müqaviləyə əsasən 630,8 (altı yüz otuz manat səksən qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu olmaqla ümumilikdə 2024,7 (iki min iyirmi dörd manat yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 40,24 (qırx manat iyirmi dörd qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 709,3 (yeddi yüz doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 634,6 (altı yüz otuz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli digər müqaviləyə əsasən 630,8 (altı yüz otuz manat səksən qəpik) manat ödənilməmiş hissə və 15 (on beş) manat cərimə borcu olmaqla ümumilikdə 2024,7 (iki min iyirmi dörd manat yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 40,24 (qırx manat iyirmi dörd qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar