Məhkəmə qərarları › İş №e-2(048)-668/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-668/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-668/2023 28.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı MMC -nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh müddətli alqı-satqı müqaviləsi üzrə 450 manat əsas, 253.12 manat cərimə borcu olmaqla ümumilikdə 703.12 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli alqı-satqı müqaviləsinə əsasən aldığı Samsung A71 markalı telefon üçün müqavilə üzrə 292 manat ilkin ödəniş ödəməklə 12 ay müddətinə hər ay 50 manat ödəmək şərti ilə ümumilkdə 600 manat məbləğində pulu ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq qalıq qalmış 450 manat borcu qaytarmamışdır. Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsindən əmələ gələn pul tələbi Optimal Elektronika” MMC ilə OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC arasında olan faktorinq müqaviləsinə əsasən OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-ə keçmişdir. Beləliklə cavabdehin 450 manat əsas, 253.12 manat cərimə borcu olmaqla 703.12 manat borcu yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməmələri barədə məlumat verməmişlər. Belə olan halda da məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək OPTİMAL FİNANCE BANK OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin ona qarş qaldırdığı iddianın əsassız olduğunu aldığı məhsul geri qaytardığını qeyd etmiş və buna dair tərəflər arasında imzalanmış müştəri qəbzi ilə mədaxil qəbzinidə məhkəməyə təqdim etmişdir. Məhkəmə iş üzrə toplanmış yazılı sübutlara, məcmu şəkildə və müqayisəli qaydada hüquqi qiymət verərək iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasbətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən göründüyü kimi onun İddiaçı MMC qarşısında heç bir öhdəliyi yoxdur. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 217.4, 88, 77 və 14.2-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddiaçı MMC -nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməsin. İddiaçı MMC -nin iddia qaldırılması ilə bağlı ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar