Məhkəmə qərarları › İş №e-2(048)-689/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-689/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-689/2024 15.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat əsas borc və 69,1 (altmış doqquz manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 530,2 (beş yüz otuz manat iyirmi qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 547,9 (beş yüz qırx yeddi manat doxsan qəpik) manat əsas borc və 82,1 (səksən iki manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 630 (altı yüz otuz) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 226,9 (iki yüz iyirmi altı manat doxsan qəpik) manat əsas borc və 34 (otuz dörd) manat cərimə borcu olmaqla, cəmi 260,9 (iki yüz altmış manat doxsan qəpik) manat borc, üç müqavilə üzrə 1235,9 (min iki yüz otuz beş manat doxsan qəpik) manat əsas borc və 185,2 (yüz səksən beş manat iyirmi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1421,1 (min dörd yüz iyirmi bir manat on qəpik) manat borcun və 34,21 (otuz dörd manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Honor” markalı telefon və “Casio” markalı saat üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla, cəmi 504,18 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung” markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 92 manat olmaqla, cəmi 1099,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Samsung” markalı tozsoran üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla, cəmi 299,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat əsas borc və 69,1 (altmış doqquz manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 530,2 (beş yüz otuz manat iyirmi qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 547,9 (beş yüz qırx yeddi manat doxsan qəpik) manat əsas borc və 82,1 (səksən iki manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 630 (altı yüz otuz) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 226,9 (iki yüz iyirmi altı manat doxsan qəpik) manat əsas borc və 34 (otuz dörd) manat cərimə borcu olmaqla, cəmi 260,9 (iki yüz altmış manat doxsan qəpik) manat borc, üç müqavilə üzrə 1235,9 (min iki yüz otuz beş manat doxsan qəpik) manat əsas borc və 185,2 (yüz səksən beş manat iyirmi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1421,1 (min dörd yüz iyirmi bir manat on qəpik) manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Honor” markalı telefon və “Casio” markalı saat üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla, cəmi 504,18 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung” markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 92 manat olmaqla, cəmi 1099,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Samsung” markalı tozsoran üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 17 manat olmaqla, cəmi 299,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat əsas borc və 69,1 (altmış doqquz manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 530,2 (beş yüz otuz manat iyirmi qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 547,9 (beş yüz qırx yeddi manat doxsan qəpik) manat əsas borc və 82,1 (səksən iki manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 630 (altı yüz otuz) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 226,9 (iki yüz iyirmi altı manat doxsan qəpik) manat əsas borc və 34 (otuz dörd) manat cərimə borcu olmaqla, cəmi 260,9 (iki yüz altmış manat doxsan qəpik) manat borc, üç müqavilə üzrə 1235,9 (min iki yüz otuz beş manat doxsan qəpik) manat əsas borc və 185,2 (yüz səksən beş manat iyirmi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1421,1 (min dörd yüz iyirmi bir manat on qəpik) manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2023-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı və xx.xx.2023-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 547,9 (beş yüz qırx yeddi manat doxsan qəpik) manat və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 226,9 (iki yüz iyirmi altı manat doxsan qəpik) manat məbləğində əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 69,1 (altmış doqquz manat on qəpik) manat məbləğində cərimə borcunun, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 82,1 (səksən iki manat on qəpik) manat cərimə borcunun, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 34 (otuz dörd) manat məbləğində cərimə borcunun tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilədən irəli gələn 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və “69,1 (altmış doqquz manat on qəpik) manat” dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilədən irəli gələn 547,9 (beş yüz qırx yeddi manat doxsan qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və “82,1 (səksən iki manat on qəpik) manat” dəbbə pulunun azaldılaraq 30 (otuz) manat məbləğində və xx.xx.2023-cü il tarixli ********* saylı müqavilədən irəli gələn 226,9 (iki yüz iyirmi altı manat doxsan qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və “34 (otuz dörd) manat” dəbbə pulunun azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən 34,21 (otuz dörd manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun 32,96 (otuz iki manat doxsan altı qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 481,1 (dörd yüz səksən bir manat on qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 547,9 (beş yüz qırx yeddi manat doxsan qəpik) manat əsas borc və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 577,9 (beş yüz yetmiş yeddi manat doxsan qəpik) manat borc və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 226,9 (iki yüz iyirmi altı manat doxsan qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 236,9 (iki yüz otuz altı manat doxsan qəpik) manat borc olmaqla, ümumilikdə 1295,9 (min iki yüz doxsan beş manat doxsan qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 32,96 (otuz iki manat doxsan altı qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 461,1 (dörd yüz altmış bir manat on qəpik) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 481,1 (dörd yüz səksən bir manat on qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 547,9 (beş yüz qırx yeddi manat doxsan qəpik) manat əsas borc və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 577,9 (beş yüz yetmiş yeddi manat doxsan qəpik) manat borc və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 226,9 (iki yüz iyirmi altı manat doxsan qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 236,9 (iki yüz otuz altı manat doxsan qəpik) manat borc olmaqla, ümumilikdə 1295,9 (min iki yüz doxsan beş manat doxsan qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 32,96 (otuz iki manat doxsan altı qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar