Məhkəmə qərarları › İş №e-2(048)-701/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-701/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-701/2024 22.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı telefon üçün 412,8 (dörd yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə və 41,2 (qırx bir manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********08941 olan «Xiaomi Redmi 9A” markalı telefon üçün 128 (yüz iyirmi səkkiz ) manat ödənilməmiş hissə və 12 (on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 594 (beş yüz doxsan dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı, İMEİ kodu **********08941 olan «Xiaomi Redmi 9A” markalı telefonlar almış və nəticədə 594 (beş yüz doxsan dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 684,7 (altı yüz səksən dörd manat yetmiş qəpik) manat (12 ay x 56.1 manat + 11.5 manat ilkin ödəniş) İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı telefon üçün ümumilikdə, 454 (dörd yüz əlli dörd) manat olmaqla ondan, 412,8 (dörd yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə və güzəşt olunaraq 41,2 (qırx bir manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 287,5 (iki yüz səksən yeddi manat əlli qəpik) manat (12 ay x 23 manat + 11,5 manat ilkin ödəniş) İMEİ kodu **********08941 olan “Xiaomi Redmi 9A” markalı telefon üçün ümumilikdə, 140 (yüz qırx) manat olmaqla ondan, 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə və güzəşt olunaraq 12 (on iki) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 431,4 (dörd yüz otuz bir manat qırx qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsullları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirlər də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı, İMEİ kodu **********08941 olan «Xiaomi Redmi 9A” markalı telefonlar almış və nəticədə 594 (beş yüz doxsan dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 684,7 (altı yüz səksən dörd manat yetmiş qəpik) manat (12 ay x 56.1 manat + 11.5 manat ilkin ödəniş) İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı telefon üçün ümumilikdə, 454 (dörd yüz əlli dörd) manat olmaqla ondan, 412,8 (dörd yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə və güzəşt olunaraq 41,2 (qırx bir manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 287,5 (iki yüz səksən yeddi manat əlli qəpik) manat (12 ay x 23 manat + 11,5 manat ilkin ödəniş) İMEİ kodu **********08941 olan “Xiaomi Redmi 9A” markalı telefon üçün ümumilikdə, 140 (yüz qırx) manat olmaqla ondan, 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə və güzəşt olunaraq 12 (on iki) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 431,4 (dörd yüz otuz bir manat qırx qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı telefon üçün 412,8 (dörd yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə və 41,2 (qırx bir manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********08941 olan «Xiaomi Redmi 9A” markalı telefon üçün 128 (yüz iyirmi səkkiz ) manat ödənilməmiş hissə və 12 (on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 594 (beş yüz doxsan dörd) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı telefon üçün 412,8 (dörd yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə və 41,2 (qırx bir manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********08941 olan “Xiaomi Redmi 9A” markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə və 12 (on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 594 (beş yüz doxsan dörd) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24966 olan «Samsung Galaxy A02S” markalı telefon üçün 412,8 (dörd yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə və 41,2 (qırx bir manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********08941 olan “Xiaomi Redmi 9A” markalı telefon üçün 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə və 12 (on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 594 (beş yüz doxsan dörd) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar