Məhkəmə qərarları › İş №e-2(048)-717/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-717/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-717/2024 22.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras üçün 412,19 (dörd yüz on iki manat on doqquz qəpik) manat ödənilməmiş hissə və 41,81 (qırx bir manat səksən bir qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon üçün 508,21 (beş yüz səkkiz manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə və 50,79 (əlli manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1013 (min on üç) manat borc və 30,13 (otuz manat on üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras və İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon almış və nəticədə 1013 (min on üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2146,19 (iki min yüz qırx altı manat on doqquz qəpik) manat (23 ay x 92.53 manat + 18 manat ilkin ödəniş) Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras üçün ümumilikdə, 454 (dörd yüz əlli dörd) manat olmaqla ondan, 412,19 (dörd yüz on iki manat on doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41,81 (qırx bir manat səksən bir qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 917,21 (doqquz yüz on yeddi manat iyirmi bir qəpik) manat (18 ay x 49.94 manat + 18.29 manat ilkin ödəniş) İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon üçün ümumilikdə, 559 (beş yüz əlli doqquz) manat olmaqla ondan, 508,21 (beş yüz səkkiz manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 50,79 (əlli manat yetmiş doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2143 (iki min yüz qırx üç) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsullları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirlər də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras və İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon almış və nəticədə 1013 (min on üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2146,19 (iki min yüz qırx altı manat on doqquz qəpik) manat (23 ay x 92.53 manat + 18 manat ilkin ödəniş) Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras üçün ümumilikdə, 454 (dörd yüz əlli dörd) manat olmaqla ondan, 412,19 (dörd yüz on iki manat on doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41,81 (qırx bir manat səksən bir qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 917,21 (doqquz yüz on yeddi manat iyirmi bir qəpik) manat (18 ay x 49.94 manat + 18.29 manat ilkin ödəniş) İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon üçün ümumilikdə, 559 (beş yüz əlli doqquz) manat olmaqla ondan, 508,21 (beş yüz səkkiz manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 50,79 (əlli manat yetmiş doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2143 (iki min yüz qırx üç) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras üçün 412,19 (dörd yüz on iki manat on doqquz qəpik) manat ödənilməmiş hissə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon üçün 508,21 (beş yüz səkkiz manat iyirmi bir qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 41,81 (qırx bir manat səksən bir qəpik) manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50,79 (əlli manat yetmiş doqquz qəpik) manat cərimə borclarının tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras üçün 412,19 (dörd yüz on iki manat on doqquz qəpik) manat və xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon üçün 508,21 (beş yüz səkkiz manat iyirmi bir qəpik) manat məbləğində əsas borcların müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 41,81 (qırx bir manat səksən bir qəpik) manat dəbbə pulunun azaldılaraq 10 (on) manat müəyyən edilməsini, 50,79 (əlli manat yetmiş doqquz qəpik) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras üçün 412,19 (dörd yüz on iki manat on doqquz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon üçün 508,21 (beş yüz səkkiz manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu olmaqla ümumilikdə 950,4 (doqquz yüz əlli manat qırx qəpik) manat borc və ödənilmiş 30,13 (otuz manat on üç qəpik) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Marsel yataq çarpayı, Marsel yataq 4 qapılı dolab, Marsel yataq tumba – 2 ədəd, Marsel yataq termo, Matras üçün 412,19 (dörd yüz on iki manat on doqquz qəpik) manat ödənilməmiş hissə və 10 (on) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72214 olan “TCL 30” markalı telefon üçün 508,21 (beş yüz səkkiz manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə və 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 950,4 (doqquz yüz əlli manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar