Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-807/2025 15.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Paket L xidməti”, İmei kodu **********58910 “Samsung Galaxy A05S” markalı telefon üçün 350,40 (üç yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və 35,04 (otuz beş manat,04 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 3il xidməti, Paket M xidməti, İMEİ KODU **********92570 «HUAWEİ NOVAY61» markalı telefon üçün 240,21 (iki yüz qırx manat, 21 qəpik) manat ödənilməmiş hissə və 24,02 (iyirmi dörd manat,02 qəpik) manat cərimə borcu və xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, «Paket Xl xidməti»,»X1 2 il xidməti» İmei kodu **********15202 olan "Xıaomı Redmi 12" markalı telefon üçün, 229,90 (iki yüz iyirmi doqquz manat,90 qəpik) manat ödənilməmiş hissə və 22,99 (iyirmi iki manat,99 qəpik) manat cərimə olmaqla ümumilikdə 926,16 (doqquz yüz iyirmi altı manat on altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə PAKET L xidməti, İMEİ KODU **********58910 SAMSUNG GALAXY A05S markalı tfeolne , QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********92570 HUAWEİ NOVA Y61 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİLZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İmei kod **********15202 XİAOMİ REDMİ 12 markalı telefon almış və nəticədə 926.16(doqquz yüz iyirmi altı manat, 16 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 394.92 (üç yüz doxsan dörd manat, 92 qəpik) manat (18 ay x 21.94 manat + 0 manat ilkin ödəniş) olan PAKET L xidməti, İMEİ KODU **********58910 SAMSUNG GALAXY A05S markalı telefonüçün ümumilikdə, 409.04 (dörd yüz doqquz manat, 04 qəpik) manat olmaqla ondan, 350.40 (üç yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 35.04 (otuz beş manat, 04 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 361.44(üç yüz altmış bir manat, 44 qəpik) manat (18 ay x 20.08 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********92570 HUAWEİ NOVAY61 markalı telefonüçün ümumilikdə, 264.23 (iki yüz altmış dörd manat, 23 qəpik) manat olmaqla ondan, 240.21 (iki yüz qırx manat, 21 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.02 (iyirmi dörd manat, 02 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 617.94 (altı yüz on yeddi manat,94 qəpik) manat (18 ay x 34.33 manat + 0 manat ilkin ödəniş) olan PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İmei kod **********15202 XİAOMİ REDMİ 12 markalı telefonüçün ümumilikdə, 252.90(iki yüz əlli iki manat, 90 qəpik) manat olmaqla ondan, 229.90 (iki yüz iyirmi doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.99(iyirmi iki manat, 99 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 553.79 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə PAKET L xidməti, İMEİ KODU **********58910 SAMSUNG GALAXY A05S markalı tfeolne , QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********92570 HUAWEİ NOVA Y61 markalı telefon, PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İmei kod **********15202 XİAOMİ REDMİ 12 markalı telefaolmn ış və nəticədə 926.16(doqquz yüz iyirmi altı manat, 16 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 394.92 (üç yüz doxsan dörd manat, 92 qəpik) manat (18 ay x 21.94 manat + 0 manat ilkin ödəniş) olan PAKET L xidməti, İMEİ KODU **********58910 SAMSUNG GALAXY A05S markalı telefonüçün ümumilikdə, 409.04 (dörd yüz doqquz manat, 04 qəpik) manat olmaqla ondan, 350.40 (üç yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 35.04 (otuz beş manat, 04 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 361.44(üç yüz altmış bir manat, 44 qəpik) manat (18 ay x 20.08 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********92570 HUAWEİ NOVAY61 markalı telefonüçün ümumilikdə, 264.23 (iki yüz altmış dörd manat, 23 qəpik) manat olmaqla ondan, 240.21 (iki yüz qırx manat, 21 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.02 (iyirmi dörd manat, 02 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 617.94 (altı yüz on yeddi manat,94 qəpik) manat (18 ay x 34.33 manat + 0 manat ilkin ödəniş) olan PAKET XL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İmei kod **********15202 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə, 252.90(iki yüz əlli iki manat, 90 qəpik) manat olmaqla ondan, 229.90 (iki yüz iyirmi doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.99(iyirmi iki manat, 99 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 553.79 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Paket L xidməti”, İmei kodu **********58910 “Samsung Galaxy A05S” markalı telefon üçün 350,40 (üç yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X1 3il xidməti, Paket M xidməti, İMEİ KODU **********92570 «HUAWEİ NOVAY61» markalı telefon üçün 240,21 (iki yüz qırx manat, 21 qəpik) manat ödənilməmiş hissənin və xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən,«Paket Xl xidməti»,X1 2 il xidməti İmei kodu **********15202 olan "Xıaomı Redmi 12" markalı telefon üçün, 229,90 (iki yüz iyirmi doqquz manat,90 qəpik) manat ödənilməmiş hissə ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə “35,04 (otuz beş manat,04 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə,xx.xx.2024-cü il tarixli müqavilə üzrə “24,02 (iyirmi dörd manat,02 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə, “22,99 (iyirmi iki manat,99 qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Paket L xidməti”, İmei kodu **********58910 “Samsung Galaxy A05S” markalı telefon üçün 350,40 (üç yüz əlli manat, 40 qəpik) manat məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 3il xidməti, Paket M xidməti, İMEİ KODU **********92570 «HUAWEİ NOVAY61» markalı telefon üçün 240,21 (iki yüz qırx manat, 21 qəpik)manat əsas borcun və xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, «Paket Xl xidməti»,X1 2 il xidməti, İmei kodu **********15202 olan "Xıaomı Redmi 12" markalı telefon üçün , 229,90 (iki yüz iyirmi doqquz manat,90 qəpik) manat əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 35,04 (otuz beş manat,04 qəpik) manat dəbbə pulunun azaldılaraq 17 (on yeddi) manat ,24,02 (iyirmi dörd manat,02 qəpik) manat dəbbə pulunun azaldılaraq 12 (on iki) manat müvafiq olaraq 22,99 (iyirmi iki manat,99 qəpik) manat dəbbə pulunun azaldılaraq 11 (on) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, “Paket L xidməti”, İmei kodu **********58910 “Samsung Galaxy A05S” markalı telefon üçün 350,40 (üç yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə və İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və 17 (on yeddi) manat cərimə borcu olmaqla, cəmi 391 (üç yüz doxsan bir) manat borc və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X1 3il xidməti, Paket M xidməti, İMEİ KODU **********92570 «HUAWEİ NOVAY61» ” markalı telefon üçün 240,21 (iki yüz qırx manat, 21 qəpik) manat ödənilməmiş hissə və 12 (on bir) manat cərimə borcu olmaqla, cəmi 252,21 (iki yüz əlli iki manat iyirmi bir qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, «Paket Xl xidməti»,X1 2 il xidməti, İmei kodu **********15202 olan "Xıaomı Redmi 12" markalı telefon üçün 229,90 (iki yüz iyirmi doqquz manat,90 qəpik) manat ödənilməmiş hissə və 11 (on) manat cərimə borcu olmaqla, cəmi 240,90 (iki yüz qırx manat doxsan qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 884,11 (səkkiz yüz səksən dörd manat on bir qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Paket L xidməti”, İmei kodu **********58910 “Samsung Galaxy A05S” markalı telefon üçün 350,40 (üç yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə və İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum və 17 (on yeddi) manat cərimə borcu olmaqla, cəmi 391 (üç yüz doxsan bir) manat borc və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 3il xidməti, Paket M xidməti, İMEİ KODU **********92570 «HUAWEİ NOVAY61» markalı telefon üçün 240,21 (iki yüz qırx manat, 21 qəpik) manat ödənilməmiş hissə və 12 (on bir) manat cərimə borcu olmaqla, cəmi 252,21 (iki yüz əlli iki manat iyirmi bir qəpik) manat borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, «Paket Xl xidməti»,X1 2 il xidməti, İmei kodu **********15202 olan "Xıaomı Redmi 12" markalı telefon üçün 229,90 (iki yüz iyirmi doqquz manat,90 qəpik) manat ödənilməmiş hissə və 11 (on) manat cərimə borcu olmaqla, cəmi 240,90 (iki yüz qırx manat doxsan qəpik) manat borc, ümumilikdə hər üç müqavilə üzrə 884,11 (səkkiz yüz səksən dörd manat on bir qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(048)-807/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-807/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver