Məhkəmə qərarları › İş №e-2(048)-838/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-838/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-838/2025 25.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Zəmanət +2 İL xidməti PALTARYUYAN SAMSUNG, GREE kondisioner,TOZSORAN SAMSUNG üçün 2326.56 (iki min üç yüz iyirmi altı manat,56 qəpik) manat ödənilməmiş hissə və 232.66 (iki yüz otuz iki manat,66 qəpik) manat cərimə borcu, xx.xx.2024-cüil tarixli müqaviləyə əsasən, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti,2 ƏDƏD PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon,İMEİ KODU **********94419 OPPO A78 markalı telefon üçün 786 (yeddi yüz səksən altı) manat ödənilməmiş hissə və 78.60 (yetmiş səkkiz manat,60 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3423.82 (üç min dörd yüz iyirmi üç manat,82 qəpik) manat borc və 54.24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PALTARYUYAN SAMSUNG, GREE kondisioner, TOZSORAN SAMSUNG, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, 2 ədəd PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon, İMEİ KODU **********94419 OPPO A78 markalı telefon almış və nəticədə 3423.82 (üç min dörd yüz iyirmi üç manat, 82 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3489.84(üç mn dörd yüz səksən doqquz manat,84 qəpik) manat (18 ay x 193.88 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PALTARYUYAN SAMSUNG, GREE kondisioner, TOZSORAN SAMSUNG üçün ümumilikdə, 2559.22 (iki min beş yüz əlli doqquz manat,22 qəpik) manat olmaqla ondan, 2326.56 (iki min üç yüz iyirmi altı manat, 56 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 232.66 (iki yüz otuz iki manat, 66 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1572 (min beş yüz yetmiş iki) manat (12 ay x 131 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, 2 ədəd PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon, İMEİ KDOU **********94419 OPPO A78 markalı telefon üçün ümumilikdə, 864.60 (səkkiz yüz altmış dörd manat,60 qəpik) manat olmaqla ondan, 786 (yeddi yüz səksən altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 78.60 (yetmiş səkkiz manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1949.28 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PALTARYUYAN SAMSUNG, GREE kondisioner, TOZSORAN SAMSUNG, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, 2 ədəd PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon, İMEİ KODU **********94419 OPPO A78 markalı telefon almış və nəticədə 3423.82 (üç min dörd yüz iyirmi üç manat, 82 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3489.84(üç mn dörd yüz səksən doqquz manat,84 qəpik) manat (18 ay x 193.88 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PALTARYUYAN SAMSUNG, GREE kondisioner, TOZSORAN SAMSUNG üçün ümumilikdə, 2559.22 (iki min beş yüz əlli doqquz manat,22 qəpik) manat olmaqla ondan, 2326.56 (iki min üç yüz iyirmi altı manat, 56 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 232.66 (iki yüz otuz iki manat, 66 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1572 (min beş yüz yetmiş iki) manat (12 ay x 131 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, 2 ədəd PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon, İMEİ KDOU **********94419 OPPO A78 markalı telefon üçün ümumilikdə, 864.60 (səkkiz yüz altmış dörd manat,60 qəpik) manat olmaqla ondan, 786 (yeddi yüz səksən altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 78.60 (yetmiş səkkiz manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1949.28 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il və xx.xx.2024-cüil tarixli müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Zəmanət +2 İL xidməti PALTARYUYAN SAMSUNG, GREE kondisioner,TOZSORAN SAMSUNG üçün 2326.56 (iki min üç yüz iyirmi altı manat,56 qəpik) manat ödənilməmiş hissə və xx.xx.2024-cüil tarixli müqaviləyə əsasən, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti,2 ədəd PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon,İMEİ KODU **********94419 OPPO A78 markalı telefon üçün 786 (yeddi yüz səksən altı) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 232.66 (iki yüz otuz iki manat,66 qəpik) manat və xx.xx.2024-cüil tarixli müqavilə üzrə 78.60 (yetmiş səkkiz manat,60 qəpik) manat cərimə borclarının tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, eləcə də xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Zəmanət +2 İL xidməti PALTARYUYAN SAMSUNG, GREE kondisioner,TOZSORAN SAMSUNG üçün 2326.56 (iki min üç yüz iyirmi altı manat,56 qəpik) manat və xx.xx.2024cüil tarixli müqaviləyə əsasən, 2 ƏDƏD QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ,2 ƏDƏD PAKET M XİDMƏTİ, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon, İMEİ KODU **********94419 OPPO A78 markalı telefon üçün 786 (yeddi yüz səksən altı) manat məbləğində əsas borcların müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 232.66 (iki yüz otuz iki manat,66 qəpik) manat dəbbə pulunun azaldılaraq 116 (yüz on altı)manat müəyyən edilməsini,telefon üçün hesablanmış 78.60 (yetmiş səkkiz manat,60 qəpik) manat dəbbə pulunun azaldılaraq 39 (otuz doqquz) manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Zəmanət +2 İL xidməti PALTARYUYAN SAMSUNG, GREE kondisioner,TOZSORAN SAMSUNG üçün 2326.56 (iki min üç yüz iyirmi altı manat,56 qəpik) manat ödənilməmiş hissə və 116 (yüz on altı)manat cərimə borcu, xx.xx.2024-cüil tarixli müqaviləyə əsasən, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti,2 ƏDƏD PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon,İMEİ KODU **********94419 OPPO A78 markalı telefon üçün 786 (yeddi yüz səksən altı) manat ödənilməmiş hissə və 39 (otuz doqquz)manat cərimə borcu olmaqla ümumilikdə 3267.56 (üç min iki yüz altmış yeddi manat əlli altı qəpik) manat borc və ödənilmiş 52.67 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Zəmanət +2 İL xidməti PALTARYUYAN SAMSUNG, GREE kondisioner,TOZSORAN SAMSUNG üçün 2326.56 (iki min üç yüz iyirmi altı manat,56 qəpik) manat ödənilməmiş hissə və 116 (yüz on altı) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti,2 ədəd PAKET M xidməti, İMEİ KODU **********97537 OPPO A78 markalı telefon,İMEİ KODU **********94419 OPPO A78 markalı telefon üçün 786 (yeddi yüz səksən altı) manat ödənilməmiş hissə və 39 (otuz doqquz)manat cərimə borcu olmaqla, ümumilikdə 3267.56 (üç min iki yüz altmış yeddi manat əlli altı qəpik) manat borc və ödənilmiş 52.67 tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar